Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Lazım olsa, Eldarla oxuyaram“ - Şəbnəmdən Nigara cavab

Tarix 09.10.24, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Şəbnəm Tovuzlu ölkəmizə müğənni Nigar Camalın açıqlamasına münasibət bildirib.

OLAY yazır ki, bu haqda sənətçi "Xəbərin var?" maqazin verilişinə müsahibəsində deyib.

Nigarın "Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar" sözlərinə Şəbnəmin cavabı belə olub:

"Nigar xanım mən sizi "Avroviziya"dakı Eldar Qasımovla olan duetinizə və uğurunuza görə tanıyıram. Ondan sonra heç bir hit mahnınızı, hansısa gördüyünüz layihənizi və ya işlərinizi görməmişəm. Mən görmədiyimi deyirəm. Siz mənə məsləhət görürsünüz ki, hansısa bir ifaçı ilə mən duet oxuyum. O xanımın adını çəkməyəcəyəm, çünki ona yetəri qədər lazımi reklamı vermişəm. Bu adı artıq özümə qadağa qoymuşam. Mənə verilişlərdə sual verdilər ki, siz Nigar xanımla duet oxuyarsınız? Mən acı və sərt davranmadım. Sadəcə səsimə güvənərək belə bir ifadə işlətdim ki, mən Nigar xanımın seçdiyi bir repertuarda, onun janrında oxuyaram. Buna mənim səs imkanlarım icazə verir. Siz başqa cür başa düşməyin və məsləhətinizə də görə çox sağ olun. Mən kimlə duet oxumağı gözəl bilirəm. Səs imkanlarım hər janrda oxumağa imkan verir. Lazım olarsa, Eldar Qasımovla gözəl duet edə bilərəm. Bunu təbii ki, mən istəyərəmsə... Siz özünüzə sərf edən kimi heç zaman müsahibə verməyin. Sizdən bunu xahiş edirəm. Sona kimi dinləyin, sonra cavab verin".

Qeyd edək ki, N.Camal ARB TV-də yayımlanan "Pərvizə görə" proqramında bu barədə danışmış və Tovuzlunun duet təklifini rədd etmişdi.







Xəbərin oxunma sayı : 1687




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap