Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Xarici ticarət dövriyyəsində ixrac azaldı - Səbəb nədir?

Tarix 19.12.24, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon dollar ixracın, 18 milyard 771,69 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 faiz azalıb, idxal isə 18,7 faiz artıb.

Bəs xarici ticarət dövriyyəsinin azalmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, xarici ticarət dövriyyəmizi aşağı salan əsas səbəb ixracatımızın azalmasıdır: “İxracımız 22.8 faiz azalıb, idxal isə əksinə 18.7 faiz artıb”. 

Ekspert bildirib ki, ixracımız isə əsas neft sektorunda azalıb:

“Neftin qiyməti və ixrac həcmləri ötən illə müqayisədə aşağı düşüb. “Azəri-Çıraq- Günəşli” yataqlarının verimliliyi getdikcə aşağı düşür. Bundan əlavə neft ixrac rəqəmi aşağı düşür. Ötən ilin qiyməti 100 dollara qədər gəlib çıxırdı, amma bu ilin qiymətləri 80 dolların üstündədir. Neft qiymətləri keçən illə müqayisədə 25 faizə qədər aşağı düşüb. Neft qiymətlərinin də aşağı düşməsi ixracatımızın aşağı düşməsinə gətirib çıxarır. Qazın da qiymətlərində keçən illə müqayisədə kəskin eniş müşahidə olunub”. 

Xalid Kərimlinin sözlərinə görə, ixracımızın 90 faizdən çoxunu əsasən neft-qaz təşkil edir:

“Həm neftin qiymətinin aşağı düşməsi, həm neftin ixracı rəqəmlərinin aşağı düşməsi, eyni zamanda da qazın qiymətinin aşağı düşməsi ümumi ixracın aşağı düşməsinə təsir göstərib”. 

Bu qiymətlərin aşağı düşməsinin büdcəmizə təsirləri haqqında da danışan iqtisadçı bildirib ki, bütün bunların növbəti illərin büdcəsinə təsiri var:

“Amma 2025-ci ilin ilin büdcəsi müəyyənləşəndə bu məsələlər müzakirə olunub. Bu məlumatlar gizli deyil. 2025-ci ilin proqnozları veriləndə neftin, qazın ixracından gələn gəlirin azalması nəzərə alınıb”. 



Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap