Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Geri çağırılan səfir həbs edilə bilər - Deputat kürəkəninin başı dərdə

Tarix 19.12.24, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

Nəsir Məmmədov təxminən 2 ay öncə gündəmə gəlmişdi. Araşdırmalar nəticəsində Nəsir Məmmədovun viza alveri etdiyi məlum olmuşdu.

Oktyabrın 20-də globalinfo.az saytında yayımlanan yazıda mötəbər mənbələrə istinadla bildirilirdi ki, səfirlikdə hər il viza alverindən milyonlarla vəsait mənimsənilir.

Viza rüsumu 20 dollar olduğu halda səfirlik saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satırmış. İraq səfirliyində il ərzində təxminən 5 min viza verilir, bu da yekunda 2-3 milyon dollar aralığında qara dövriyyə deməkdir.

Məqalədə bildirilirdi ki, milyonlarla dollar dövriyyəsi olan viza dəllallığında səfirlik təkbaşına olmayıb. Prosesdə xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovun da adı keçir. Onun bu cür qaranlıq işlərdə təcrübəsinin olduğu haqda mediada indiyə kimi çox yazılıb.

Xatırladaq ki, Nadir Hüseynovun adı daha əvvəllərdən viza alverində hallanıb. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Mümkündür ki, Nadir Hüseynov da məsuliyyətə cəlb edilsin.

Qeyd edək ki, Nəsir Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğludur.

O, Milli Məclisin Komitə sədri Hicran Hüseynovanın kürəkənidir. (axar.az)



Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap