Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq - Deputat açıqladı

Tarix 19.12.24, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


"Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər".

AzFakt.com  xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə "Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur: "Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək".

İqtisadçı deyir ki, bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər.

"Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər", -o, əlavə edib.

Qeyd edək ki, dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap