Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Azərbaycana Monqolustandan gətirilən quzu əti niyə 15 AZN-ə satılır? - AÇIQLAMA

Tarix 18.12.24, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərdə Azərbaycanda quzu əti bazarında maraqlı bir tendensiya müşahidə olunur.

AzFakt.com-un BAKU.WS-a istinadən məlumatına görə, Monqolustandan gətirilən hazır quzu ətləri ölkə bazarına daxil olub və 1 kiloqramı 15 manatdan satışa çıxarılıb.

Bu, həm istehlakçıların, həm də yerli fermerlərin diqqətini cəlb edib.

Monqolustan quzu əti dünyada keyfiyyətli və təbii məhsul kimi tanınır. Bu ölkənin heyvandarlıq sahəsində inkişaf etmiş təcrübəsi və təbii şəraitdə yetişdirilən qoyunları, onların ətini qida sənayesi üçün yüksək dəyərli məhsula çevirir.

Azərbaycanda da bu ətlərin satışa çıxarılması, xüsusilə hazır məhsul olması, həm qiyməti, həm də keyfiyyəti ilə bazarda böyük maraq doğrurub. Nəzərinə çatıraq ki, Monqolustanda ətin qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur.

Monqolustanın Statitika İdarəsinin ötənilki rəqəmlərinə əsasən qiymətlər belədir:

Mal əti - kiloqramı 17 min tuqrik (8.38 AZN)

Quzu əti - kiloqramı 18 min tuqrik (8.87 AZN)

Keçi əti - kiloqramı 9 min tuqrik (4.43 AZN)

Dəvə əti - kiloqramı 8 min tuqrik (3.94 AZN).

Kəsim üçün satılan heyvanların qiyməti isə belə deyişir:

Qoyun və ya keçi - 120-180 min tuqrik (57.8-88.4 AZN).

İri buynuzlu mal-qara - 1,2 milyon - 2,3 milyon tuqrik (590-1132 AZN).

Dəvə - 1-1,5 milyon tuqrik (491.3-737.8 AZN).

Azərbaycana müqayisədə Monqolustanda heyvan ətlərinin bu qədər ucuz olması onların keyfiyyəti ilə bağlı suallar doğurur. Görəsən, Monqolustanda Azərbaycana gətirilən ətlərin keyfiyyəti bütün standartlara cavab verirmi?

Bu suala cavab tapmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik. AQTA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qurum tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:


"Bildiririk ki, xarici ölkələrdən, o cümlədən Monqolustandan Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən Monqolustandakı epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə qida təhlükəsizliyi sertifikatı verilir və dövriyyəyə buraxılır.

Qeyd ki, ət məhsullarının qiyməti ilə bağlı məsələlər AQTA-nın nəzarətində deyil. İstehlakçılar əmin ola bilərlər ki, qiymətindən asılı olmayaraq həmin məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri norma çərçivəsindədir.

Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verə bilərlər".



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap