Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Generalı öldürən saxlanıldı - Özbəkistan vətəndaşı olduğu iddia edilir

Tarix 18.12.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya İstintaq Komitəsi Moskvada Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin (RCBZ) rəhbəri İqor Kirillov və onun köməkçisinin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxslərin tutulduğunu bəyan edib.

İstintaq Komitəsi partlayışı bilavasitə törədən şəxsin 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı olduğunu bildirib.

İddia olunur ki, saxlanılan şəxs dindirilmə zamanı Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunduğunu deyib. Generalı öldürdüyünə görə ona 100 min dollar və yaşamaq üçün Avropa ölkələrindən birinə çıxış vəd edilib.

İstintaq Komitəsinin məlumatına görə, həmin şəxs Ukrayna tərəfinin göstərişi ilə Moskvaya gələrək əldəqayırma partlayıcı qurğu ilə təchiz olunub. Onu elektrik skuterinə qoyub və skuteri Kirillovun yaşadığı binanın girişində saxlayıb. Şübhəli şəxs evə nəzarət etmək üçün avtomobil icarəyə götürüb və orada kamera quraşdırıb.

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Pitrenko görüntülərin həmin kameradan onlayn olaraq Dnepr şəhərinə yayımlandığını bildirib: “Hərbi qulluqçuların girişdən çıxması ilə bağlı video siqnal alındıqdan sonra partlayıcı qurğu onlar tərəfindən uzaqdan işə salınıb”.

Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində Özbəkistan vətəndaşı saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk xəbər verib. Saxlanılan şəxsi mümkün ömürlük həbs cəzası gözləyir.

Daxili İşlər Nazirliyinə yaxın mənbə RBC-ya bildirib ki, təhlükəsizlik qüvvələri əməliyyat və texniki tədbirlər nəticəsində şübhəlilərin şəxsiyyətini müəyyənləşdirib. Xüsusilə, qətl yerinə yaxın ərazidə yerləşən videokameraların çəkilişlərinin təhlili aparılıb. Mənbənin sözlərinə görə, avtomobildəki videoreqistratorun çəkilişi böyük rol oynayıb. 

Hüquq-mühafizə orqanları şübhəli şəxslərin axtarışı zamanı mobil telefon hesabından da istifadə ediblər. Onlar edilən zənglər və obyektlərin bütün hərəkətləri haqqında məlumatları təhlil edərək cinayəti törədənləri tapıblar.



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap