Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar

Tarix 20.12.24, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Adış Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Mahir Məmməd oğlu Əliyevin də geri çağırılması barədə sərəncam imzalayıb.

İllham Əliyev başqa bir sərəncamla Yaşar Teymur oğlu Əliyevi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıb. Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Yaşar Əliyev Azərbaycanın Çexiya Respublikasında səfiri vəzifəsinə təyin edilib.
 
Prezdent başqa bir sərəncamla Tofiq Fuad oğlu Musayevi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edib.
 
Dövlət başçısı müvafiq sərəncamlarla Məmməd Bahəddin oğlu Əhmədzadəni Azərbaycan Respublikasının Niderland Krallığında, Ramil Əbil oğlu Rzayevi İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

İlham Əliyev başqa bir sərəncamla Cəlal Sabir oğlu Mirzəyevi Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap