Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

İlham Əliyev AZAL-a prezident təyin etdi - Samir Rzayev kimdir? + DOSYE

Tarix 22.02.24, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev QSC-nin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

AzFakt.com xəbər verir ki, Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. 

Açıklama yok.

Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində çalışıb.

2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.

2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilmişdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.





Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap