“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İlham Əliyev Putinə yazdı: “Xalqlarımız ağır sınaqdan şərəflə keçdilər“

Tarix 08.05.21, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Vətən müharibəsi illərində Azərbaycan və Rusiya xalqlarının dostluq və qarşılıqlı dəstək ənənələri iki ölkənin çoxplanlı və strateji tərəfdaşlığının bünövrəsini qoyub və bu tərəfdaşlıq bundan sonra da möhkəmlənməlidir.

TASS bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə müharibədə qələbənin 76-cı ildönümü münasibətilə göndərdiyi təbrikində yazıb.

“Əminəm ki, Böyük Vətən Müharibəsində ağır sınaqlara şərəflə qalib gələn xalqlarımızın dostluq və qarşılıqlı dəstək ənənələri bundan sonra da ölkələrimiz arasında strateji tərəfdaşlığın və çoxşaxəli qarşılıqlı əlaqələrimizin möhkəmlənməsi üçün etibarlı təməl rolunu oynayacaq”, - deyə məktubda bildirilib.

Azərbaycan Prezidenti müharibə veteranlarına, arxa cəbhə əməkçilərinə, eləcə də bütün dost Rusiya xalqına xoşbəxtlik, firavanlıq və uğur arzulayıb.

“9 May xalqlarımızın şanlı salnaməsində misilsiz bir cəsarət, qəhrəmanlıq və fədakarlıq rəmzi olaraq xüsusi yer tutur. Döyüş meydanlarında və arxa cəbhədə göstərilən dözümlülük, möhkəmlik və həmrəylik bəşəriyyət tarixində ən qanlı və dağıdıcı müharibənin nəticəsini müəyyənləşdirdi, faşizmin sarsılmasında əsaslı rol oynadı”, - deyə İlham Əliyev vurğulayıb.



Xəbərin oxunma sayı : 409




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap