![]() |
|














Əli Həsənov bu iki şəxsə niyə mənzil verib? - Prezidentin sabiq köməkçisinə qarşı 20 milyonluq ittiham!
Tarix 22.07.21, 18:38 |
|

Milli Məclisin üzvü, tanınmış təhsil eksperti Etibar Əliyevin jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi təklifi ətrafında qızğın müzakirə və mübahisələr davam edir.
Deputat, Milli Mətbuat Günü ərəfəsində əsasən də üçüncü binadan mənzil almaq iddiasında olan jurnalistlərin sərt hücumlarına məruz qalsa da, nəinki geri çəkilmir, hətta son günlər bir və ikinci binaların paylanması zamanı yol verilmiş cinayət xarakterli sui-istifadə hallarını ifşa etməyə başlayıb. E.Əliyevin bu həmləsindən sonra mübahisənin xarakteri də müəyyən qədər dəyişib və diqqət daha çox birinci və ikinci binanın paylanması zamanı sui-istifadə mövzusuna yönəlib.

Xatırlatmaq yerinə düşər ki, birinci və ikinci binanın paylanması zamanı həqiqətən də çox böyük ədalətsizliyə və cinayət xarakterli sui-istifadələrə yol verilib. Binaların tikintisi zamanı total mənimsəmələr də daxil olmaqla, bütün bu işlərin başında durmuş Prezidentin sabiq köməkçisi Əli Həsənovun, ardınca isə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin vəzifələrindən azad olunmasından sonra bu cinayətlərə hüquqi qiymət veriləcəyi gözlənilsə də, təəssüf ki, bu gözləntilər hələlik özünü tam doğrultmayıb. Baxmayaraq ki, Baş Prokurorluqda KİVDF rəhbərliyi ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində binaların tikintisi zamanı yol verilmiş korrupsiya halları ilə yanaşı mənzillərin paylanmasındakı korrupsiyanın da araşdırıldığı barədə məlumatlar var idi. Belə ki, iki binadan mənzil alanlar istintaqa çağırılır, onların kimliyi və mətbuata bağlılıqları müəyyənləşdirilir, mənzili necə aldıqları ilə bağlı sorğu-sual olunurdular. Bu səbəbdən gözlənilirdi ki, mənzillərin paylanması zamanı yol verilmiş cinayətlərə hüquqi qiymət veriləcək və jurnalist olmayanlara verilmiş mənzillər geri alınacaq. Lakin Vüqar Səfərlinin cinayət işi artıq məhkəməyə göndərilsə də, bu istiqamətdə hər hansı qərarın qəbul olunduğu məlum deyil. Bu baxımdan, deputat Etibar Əliyevin mənzillərin paylanmasındakı ədalətsizliyi və sui-istifadə hallarını yenidən gündəmə gətirməsi lap yerinə düşüb.

Fikrimizcə, Vüqar Səfərlinin artıq sabah başlayacaq məhkəməsi ərəfəsində məsələ aktuallaşmışkən, bu istiqamətdə daha dərin araşdırmanın aparılmasına ehtiyac var. Yuxarıda da qeyd etdiyimiz kimi, Etibar Əliyev də konkret adlar çəkməyə başlayıb. Lakin hələ də ittihamlar və iddialar əsasən ümumi xarakterlidir və Prezident sərəncamı ilə jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin Prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən kimlərə və hansı məqsədlə peşkəş edildiyi adbaad dəqiq araşdırılmalıdır. Bu araşdırma siyahı üzərindən aparılsa, ittihamların nə dərəcədə əsaslı olub-olmadığı üzə çıxar və mübahisələrə nöqtə qoyular. Bu yolla iki jurnalist binasından neçə nəfər qeyri-jurnalistin, hamının dediyi kimi, “sürücü, katibə və qohum-əqrabanın” mənzil aldığını faktlarla üzə çıxarmaq mümkündür.
Belə bir araşdırma, sözsüz ki, uzun vaxt və gərgin iş tələb edir. Bu səbəbdən iki binanın tikintisi və bölgüsündəki sui-istifadə hallarını, mənimsəmə və cinayətləri faktlarla üzə çıxarmaq üçün jurnalist təhqiqat qrupunun yaradılması daha yaxşı olar. Məsələn, xeyli vaxtdır danışılır ki, iki binadan Əli Həsənovun özünün və həyat yoldaşı Sona Vəliyevanın qohumlarına mənzillər verilib. Bu kateqoriyadan olan insanların sayının ən azı SƏKKİZ nəfər olduğu bildirilir. Bu iddia həqiqəti əks etdirirmi? Həqiqətdirsə, kimlərdir bu adamlar və hansı adlar altında jurnalist adı ilə mənzil siyahısına daxil ediliblər?
Bu kontekstdə ikinci binadan hər biri dövlət büdcəsinə 150-200 min manata başa gəlmiş 3 və 4 otaqlı evlərə sahib olmuş 2 şəxsin üzərində xüsusi dayanmaq olar.
İkinci mənzilin bölgüsü siyahısındakı 39-cu adam – “Azərbaycan” nəşriyyatı adından siyahıya daxil edilmiş Cəfərov Rauf Hüseynqulu oğlu. İkinci binadan 3 otaqlı mənzil verilmiş bu adam Əli Həsənovun bacısının kürəkənidir. “Azərbaycan” nəşriyyatının işçisi olan bu adamın, Əli Həsənovla qohumluqdan başqa mediaya nə kimi bağlılığı var? Maraqlıdır, istintaq bu adamın hansı əsasla siyahıya soxuşdurulduğunu araşdırıb, fakta hüquqi qiymət veribmi?
Şair Əkbər Qoşalı. Atatürk Mərkəzinin şöbə müdiri olan Ə.Qoşalı ikinci binada 4 otaqlı mənzillə mükafatlandırılıb. Mediaya hansı bağlılığına və xidmətlərinə görə? Üstəlik də, binada cəmi bir neçə dənə olan 4 otaqlı mənzillə...
Artıq xeyli vaxtdır danışılır ki, Ə.Qoşalı şairə Sona Vəliyevanın “şeirlərini” “redaktə” etdiyinə görə siyahıya düşüb və 4 otaqlı mənzillə mükafatlandırılıb. Yəni Həsənovlar ailəsinə hansısa şəxsi xidmətinə görə.
Biri həsənovların adından şeir, digəri kitab yazıb, bir başqası da bunların itinə baxıb. Hamısına da jurnalist adı altında ev verilib.
Əli Həsənovun şəxsi media şəbəkəsinə daxil olan televiziya, qəzet, sayt və jurnallar iki jurnalist binasının bölgüsündə 40-dan çox mənzil alıblar.
“AzPolitika”-ya mötəbər mənbədən sızan məlumata görə, bu sıradakı 7 nəfərin Sona Vəliyeva ilə yaxın-uzaq qohumluq əlaqəsi var. İki siyahıda “Vəliyev” soyadlı xeyli adam gözə dəyir. Onların əksəriyyəti media çevrələrində tanınmırlar. Həqiqətən də bu adamların Sona Vəliyeva ilə qohumluq əlaqələri varmı? Bunu da araşdırmaq istintaqın işi idi...

“Azərbaycan” nəşriyyatının on milyonlarla dəyərində torpaq və binaları Əli Həsənov tərəfindən ələ keçirilib. Bu torpaqlarda hündürmərtəbəli yaşayış binaları, həmçinin ofis binaları tikilib. Təkcə Beynəlxalq Mətbuat Mərkəzi adlanan bina və son illərdə tikilərək Gömrük Komitəsinə icarəyə verilmiş onun ekiz tayının icarəyə verilməsindən Əli Həsənovun aylıq gəliri yəqin ki, yüz min manatlarla ölçülür. Hər ay təkcə KİVDF Əli Həsənova 8 min manat ödəyib. Sabiq köməkçinin ümumi aylıq gəliri haqda danışarkən isə, biz milyonları dilə gətirməliyik. Bir aylıq gəliri ilə bir kəndin əhalisini mənzillə təmin etmək iqtidarında olan belə bir adamın, jurnalistikaya uzaqdan-yaxından əlaqəsi olmayan qohumunu jurnalist adıyla dövlətə sırımasının adı nədir? Üç jurnalist binasının tikintisindən ən azı 30 milyon manat (Rəsmi ittiham 18.5 milyon manatdır. Amma reallıqda daha çox olduğu şübhə doğurmur-red.) mənimsəmiş birinin, üstəlik, mənzil bölgüsündə tamahına güc gələ bilməməsi, müxtəlif adlar altında özünün və arvadının qohumlarını siyahıya daxil etməsi təkcə acğözlülük, görməmişlik deyil, həm də cəzasızlığın və qorxusuzluğun son həddi olub! Baş Prokurorluqda bir ildən çoxdur aparılan istintaq, bütün bunlara hüquqi qiymət veribmi? Yəqin ki, bu suala Vüqar Səfərlinin məhkəməsində aydınlıq gələcək.
Bəli, məhz bütün bu yaramazlıqlara, ağılasığmaz görməmişlik və cinayətlərə görə iki ildir hazır olmasına baxmayaraq, üçüncü binanı paylamaq mümkün olmur. Hətta ola bilsin ki, heç jurnalistlərə vermək istəmirlər. Bu binanın da tikintisinə dövlət büdcəsindən böyük vəsait ayrılıb. Həmin vəsaitlə 3 belə bina tikmək olardı. Lakin 51 faizi Əli Həsənova, 49 faizi isə onun kirvəsi, Rusiyada yaşayan milyonçu Mehrac Babayevə məxsus olan şirkət, 3 binanın puluna bir binanı da keyfiyyətlə tikə bilməyib. Saxtakarlıq və keyfiyyətsizlik gözə girir. Ona görə də, 2 ilə yaxındır guya hazır olan binanı Media Agentliyi təhvil ala bilmir.
Yeri gəlmişkən, sabah KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin məhkəməsi başlayır. O, bir sıra cinayətlərlə yanaşı jurnalist binalarının tikintisindən 18.5 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Bu ittiham, əslində Vüqar Səfərliyə yox, Əli Həsənova qarşı irəli sürülüb. Tam əminliklə demək olar ki, jurnalist binalarının tikintisi birbaşa Əli Həsənovun rəhbərliyi altında onun yaxınları tərəfindən aparılıb. Bu zaman Vüqar Səfərlinin heç bir manata belə sərəncam vermək hüququ olmayıb. Onun rolu, olsa-olsa Çinə ucuz unitaz almağa göndərilməkdən və qarşısına gələn sənədləri imzalamaqdan uzağa getməyib. Lakin indi ona qarşı belə böyük məbləği mənimsəmək ittihamı irəli sürülüb. Əli Həsənov isə, deyilənə görə bu məbləği geri qaytarmaqdan israrla imtina edir.
Beləcə, Dövlətin aztəminatlı media cameəsinə xoşməramlı bu jesti bir qrup görməmiş və dələduzun ucbatından gözdən salınıb. Nəticədə, ortaya belə təkliflər də çıxır ki, üçüncü bina, ümumiyyətlə jurnalistlərə verilməsin.
Xəbərin oxunma sayı : 1561
Gündəm
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV