“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əliməmməd Nuriyev də geri çəkildi, müraciət yaydı – “Mümkün olanın ən yaxşısını etdik...”

Tarix 31.07.24, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, keçmiş deputat Əliməmməd Nuriyev namizədliyini geri götürüb.

AzFakt.com xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb: "Əziz dostlar, 75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. Müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir. İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq. Təbii qazla təchizat problemini, meşələrin qırılmasını anlatdıq. Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır. Ümumi mənzərəni artıq siz təhlil edin".

Ə.Nuriyev daha sonra qeyd edib ki, Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Onun sözlərinə görə, hazırlıq üçün əksəriyyət Lənkərana üz tutur, kənd təsərrüfatı, turizm potensilanın səmərəli istifadəsi çox-çox aşağıdır.

"Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotiklərə qarşı mübarizə məsələlərini qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin da çox faydası olmayacaq.

Bu kimi faktları topladıq, diqqətə ərz elədik. Bir sözlə, mümkün olanın ən yaxşısını etdik. Bi mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu. Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi. Bu təşəbbüsümüzlə, yeni vizyon təqdim etməklə regionla əlaqədar siyasətin səmərəliliyinin artacağına, əlaqədar şəxslərin daha məsuliyyətli olacağına əminəm".

Ə.Nuriyev vurğulayıb ki, bundan sonra fəaliyyətində əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. "Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız müzəffər Ali Baş Komandan, möhtərəm Prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir. Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır", - o vurğulayıb.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap