“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əliqismət Lalayev 17 illik “postundan“ uzaqlaşdırılır?

Tarix 06.01.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev yaxın günlərdə vəzifəsindən çıxarılacaq. 
 
Bu barədə AzFakt.com saytının Mədəniyyət nazirliyində mötəbər mənbədən əldə etdiyi məlumatda bildirilir. 
 
Məlumata görə artıq bu məsələ nazirliyin kluarlarında müzakirə olunmaqdadır. 
 
Əliqismət Lalayevin vəzifədən azad edilməsinə səbəb isə son illər teatrın fəaliyyətində yaranan durğunluq göstərilir. 
 
Eyni zamanda teatr rəhbərliyindən, buradakı idarəçilikdən də də son illər müxtəlif məzmunlu şikayətlər səslənməkdədir.
 
Ə.Lalayevin yerinə kimin təyin ediləcəyi barədə hələ ki, heç bir məlumat yoxdur.
 
Onu da qeyd edək ki, Əliqismət Lalayev ölkədə ən uzunömürlü məmurlardan sayılır. 
 
O, 2008-ci ildən Musiqili Teatrın direktoru vəzifəsində çalışır. 
 
Sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevin kadrlarından sayılan Ə.Lalayevin adı zaman-zaman mətbuatda fəxri adların verilməsində əsas simalardan biri olduğu iddia edilib. 
 
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrına 2019-cu ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə "Akademik" statusu verilib. 



Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap