Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ölkə rəhbəri verdiyi müsahibədən aydın olur ki ölkə iqtisadiyyatı güclənib

Tarix 17.01.22, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələlərə bir daha ayrı-ayrılıqda aydınlıq gətirib. Qazanılan uğurlar, görülən işlər və qarşıya qoyulan vəzifələrlə yanaşı reallaşdırılması nəzərdə tutulan müxtəlif istiqamətli layihələr, islahatlar da diqqətə çatdırıldı. Qalib Azərbaycanın iqtisadi qüdrəti hesabına bütün bölgələr kimi, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş quruculuq işlərinə başlanıldığı diqqətə çatdırılıb.

İşğaldan azad edilən ərazilərimizdə görülən işlərdən danışan Prezident İlham Əliyev qeyd edib ki, müharibədən çıxmış bir ölkədə ən genişmiqyaslı proqramı icra edilməyə başlayıb. İlkin olaraq Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənərək elektrik təsərrüfatı yaradılıb, yollar çəkilib. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Ermənistanla həmsərhəd olan
bölgələrdə 700 kilometrə yaxın yol çəkilib, 7 yarımstansiya inşa edilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Bundan əlavə olaraq ölkəminizin siyasi nüfuzuda artır.İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye artım məhz bu rəqəmdə özünü əks etdirir; Keçənilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Ölkə rəhbəri Ermənistana və siyasi havadarlarına lazımı mesajları göndərdi.

Hamlet Qasımov



Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap