Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Möcüzəyə bel bağlamışıq“ - Şenol Güneş

Tarix 19.06.21, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


"Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik".

AzFakt.com-un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı: "Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var idi".

Güneş sabahkı matçda daha yaxşı mübarizə aparacaqlarını vurğulayıb: "Təqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq".

Təcrübəli baş məşqçi komanda daxilində heç bir problemin olmadığını söyləyib: "Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik".



Xəbərin oxunma sayı : 685




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap