![]() |
|














“Mediasiya institutunun inkişafı digər peşələrdə qüsur axtarmaqla deyil, öz yanlışlarını düzəltməklə ola bilər“ - Ayxan Rüstəmzadə
Tarix 24.01.23, 16:31 |
|

"Hüquq mübahisələrinin alternativ yolla həll edilməsi, eləcə də, məhkəmələr başda olmaqla, hüquqi mübahisələrin nizamlanması ilə məşğul olan dövlət orqanlarının iş yükünün azaldılması vasitəsi kimi mediasiya institutu, tətbiq edildiyi bütün dövlətlərdə özünü doğrultmuşdur. Bu anlamda, mediasiya institutunun özünün milli hüquq sistemi üçün əhəmiyyəti və onun hüquqi mübahisələrin həllində səmərəliliyi məsələsi müzakirə predemti deyildir. Əgər hansısa milli hüquq sistemi daxilində mediasiya institutu yaradılır, lakin lazımi səmərəlilik dərəcəsi göstərə bilmirsə, bu, həmin institutun özünün deyil, daha çox bu institutun idarəetməsi sahəsində problemlərin olmasından xəbər verir".
Bu sözləri Hüquq elmləri doktoru Ayxan Rüstəmzadə e-huquq.az-a göndərdiyi məqaləsində qeyd edib.

Həmin məqaləni təqdim edirik:
"Ölkəmizdə mediasiya institutunun tətbiq edilməsi haqqında qərar qəbul edilərkən, haqlı olaraq, müsbət beynəlxalq praktikaya və təcrübi fəaliyyətdə təsdiqini tapmış konsepsiyalara əsaslanılmış və Azərbaycanda mediasiya institutunun qısa zaman ərzində milli hüquq sisteminə əhəmiyyətli fayda verəcəyi proqnozlaşdırılmışdı. Üstəlik, nəzərə almaq lazımdır ki, mediasiyanın yönəldiyi ən arzuedilən nəticə, yəni barışıq əldə etmə ənənələri bizim xalqımız üçün çox xarakterikdir. Tarixən bizim coğrafiyada insanlar arasında baş verən mübahisələrin, ilk növbədə, ağsaqqallar, böyüklər, nüfuzlu şəxslər tərəfindən barışıqla həllinə cəhd edilmişdir. Başqa sözlə, mediasiyanın Azərbaycanda səmərəli işləməsi üçün mövcud olan bütün digər amillərlə, siyasi iradə, normativ tənzimetmə, maliyyə dəstəyi və s. yanaşı, cəmiyyətin bu instituta meylli olması, yəni sosioloji amil də öz yerindədir. Əslində mediasiya institutu yaranana qədər də həm vəkillərin, həm də hakimlərin təşəbbüsü ilə barışıq əldə olunurdu. Hətta məhkəmələrin qarşısında barışıq masaları da qurulmuşdu. Bunun statistik məlumatını da daim əldə edirdik. Lakin təəssüf ki, mediasiya institutunun iştirakı ilə əldə olunmuş barışıqlar barədə statistik məlumatlarını əldə edilməsi mümkün olmadı.
Bu gün reallıqda mediasiya institutu məhkəmə-hüquq sisteminin problemlərini azaltmaq əvəzinə, onun üçün yeni problemlər yaratmaqdadır və bunun səbəbi də, əvvəldə qeyd edildiyi kimi, institutun özü ilə deyil, onun cari idarəetməsindəki boşluq və problemlərlə əlaqəlidir. Nümunə qismində onlardan bəzilərini qeyd etmək olar.
Hər şeydən öncə, bu fəaliyyətin kimlər tərəfindən aparıldığı məsələsinə toxunmaq lazımdıır. Reallıq ondan ibarətdir ki, hazırda mediatorlar arasında səmərəli mediasiya prosedurları aparanların əsas hissəsi eyni zamanda vəkil statusu olan şəxslərdir və hazırda peşəkar mediator hesab edilə biləcək şəxslər, demək olar ki, çox az saydadır. Həmçinin, mediasiya təşkilatlarının dairəsinə nəzər saldıqda, görünür ki, onların əksəriyyəti vəkil büroları bazasında yaradılmışdır. Bunun səbəbləri anlaşılandır, lakin yaratdığı nəticə ürəkaçan deyil. Bunun səbəbi ondadır ki, əhaliyə yüksək keyfiyyətli hüquqi yardım göstərmək iqtidarında olan yeganə peşəni təmsil edən vəkillər ölkədə baş verən bütün digər hadisələrə operativ reaksiya verdikləri kimi, mediasiya institutunun yaranmasında da iştirak etməklə, ona öz töhfəsini verdilər. Əgər mediasiya institutunun yaradılması prosesinin ilkin mərhələsində vəkillər aktiv iştirak etməsə idi, bu gün reallıqda vəziyyət daha da acınacaqlı olacaqdı. Bununla belə, nəzərə almaq lazımdır ki, vəkillərin cəmiyyət qarşısında öz vəzifələri mövcuddur. Onlar, ilk növbədə, yalnız vəkillər tərəfindən təmin edilə bilən yüksək keyfiyyətli hüquqi yardımın təminatçılarıdır və öz üzərlərinə digər qurumların öhdəliklərinin yerinə yetirilməsi “yükünü” götürməməlidirlər. Ümid edirik ki, gələcəkdə mediasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi nəticəsində vəkil olmayan mediatorların fəaliyyətinin keyfiyyət göstəriciləri yüksəldikcə, vəkillər, paralel olaraq, mediator qismində çıxış etməkdən uzaqlaşacaq və bilavasiyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə məşğul olacaqlar. Mən də mediasiya institutu yarananda böyük maraq və istəklə bu proseslərə qoşuldum. Sonradan mövcud vəziyyət məni bu sahədən uzaqlaşdırdı. Düzdür, bu institutun yarandığı ilk zaman anlaşılan hissəsi ondan ibarət idi ki, maddi-texniki bazanın olmaması səbəbindən Vəkillər Kollegiyasının köməyi çox olmuşdur. Artıq hesab edirəm ki, mediasiya institutu özü maddi-texniki bazasını formalaşdırmalı və Vəkillər Kollegiyasının bu növ yardımından tam imtina etməlidir. Vəkillər Kollegiyası da hesab edirəm ki, artıq bu növ yardımı dayandırmalıdır və bununla bağlı öz növbəmdə mən də Kollegiyayaya müraciət edəcəyəm.
Diqqət yetirilməli olan əsas məqamlardan biri də əhalinin maairfləndirilməsidir ki, mediasiya fəaliyyətinin cari idarəetməsində bu məsələ də ürəkaçan səviyyədə təşkil edilməmişdir. Xüsusilə regionlarda mediasiya barəsində əhalinin maarifləndirilməsi, demək olar ki, yox dərəcəsindədir. Bununla bağlı Vəkillər Kollegiyasının kifayət qədər müsbət, lakin iradə, təmənnasızlıq hissi və idarəçilikdə peşəkarlıq tələb edən təcrübəsi mövcuddur. Söhbət regionlarda əhaliyə ödənişsiz şəkildə ən yüksək keyfiyyətdə hüquqi yardım göstərilməsinə dair təşkil edilmiş çoxsaylı tədbirlərdən gedir. Belə tədbirlərin təşkili eyni zamanda bir neçə mühüm vəzifənin həllini təmin edir. Belə ki, bu tədbirlər zamanı region əhalisi bir tərəfdən ölkənin ən peşəkar, ən təcrübəli vəkillərindən yüksək keyfiyyətdə hüquqi yardımı ödənişsiz bir şəkildə ala bilir, digər tərəfdən Vəkillər Kollegiyası bu tədbirləri təşkil etməklə, təkcə paytaxt miqyasında deyil, bütün ölkə miqyasında həm öz fəaliyyəti ilə bağlı, həm də ümumi hüquqi maarifləndirmə işini effektiv bir şəkildə təmin edir. Təəssüf ki, mediasiya sahəsində bir dəfə də olsun belə tədbir təşkil edilməmişdir. Bununla yanaşı ölkənin müəyyən təbəqələri (tələbələr, alimlər və s.) arasında da maarifləndirmə tədbirləri səmərəli aparılmır.
Mediatorların əməyinin ödənilməsi məsələsi də hazırda ciddi və zəncirvari problemlər yaradan məsələlərdən biridir. Mediasiya sahəsində cari idarəetmə elə bir şəkildə qurulmuşdur ki, əhaliyə göstərilən mediasiya xidmətlərinə görə ödənilən haqqın olduqca az bir hissəsi mediatorun özünə qalır, insanlar tərəfindən ödənilən məbləğlərin böyük hissəsi isə mediasiya təşkilatlarını “varlandırır”. Yenə də vəkillik fəaliyyətindən nümunə gətirsək, görərik ki, hazırda bu sahədə idarəetmə elə qurulmuşdur ki, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər nəinki normal maddi vəziyyətlərini təmin edə bilərlər, hətta peşəkarlıq və zəhmətkeşlik dərəcəsindən asılı olaraq, kifayət qədər maddi təminatlı insanlara da çevrilə bilərlər. Məhz bu səbəbdən, hüquqşünas gənclər arasında vəkillik bu gün ən çox seçilən peşə sahəsidir. Mediatorların isə belə bir karyera qurması, mediasiya fəaliyyəti ilə məşğul olaraq özünü maddi cəhətdən təmin etməsi, praktiki cəhətdən mümkün deyildir. Bu hal isə, deyildiyi kimi, zəncirvari problemlər yaradır. Belə ki, mediasiya fəaliyyəti yalnız təşkilatları “varlandırdığı” üçün bu sahədə inhisarlaşma riskləri yaranır, mediatorların əməyi layiqli şəkildə ödənilmədiyi üçün peşəkarlaşma baş vermir, bu peşəyə gənclər arasında maraq yaranmır, mediatorluq fəaliyyətinə hər zaman ikinci dərəcəli, paralel bir fəaliyyət kimi yanaşılır, rəqabətdən və inkişafdan ümumiyyətlə, bəhs etmək mümkün olmur və ən əsas problem odur ki, belə şəraitdə mediatorluq formallaşır, praktiki əhəmiyyətli bir fəaliyyət olmaqdan çıxır və təcrübədə “arayış alveri” deyilən neqativ və təhlükəli hallarla nəticələnir. Hesab edirik ki, formal mediasiya bu gün həmin institutun səmərəsizliyinin kökündə duran əsas səbəbdir. Bundan əlavə, əsas məsələdə ondan ibarətdir ki, mediasiya ödənişi məhkəmə xərclərində nəzərə alınır ki, bu da birbaşa dövlət büdcəsinə təsir edir.
Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış mediasiya institutu vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, məhkəmələrin iş yükünün azaldılması məqsədi daşısa da, bu sahənin idarə edilməsində mövcud problem və çatışmamazlıqlar gözlə görüləcək səviyyədədir. Məcburi mediasiya prosesləri formal xarakter daşımaqla proseslərin əsassız uzanmasına gətirib çıxarır və barışıq faizinin aşağı olması iş yükününün əvvəlki səviyyədə olması ilə nəticələnir. Bunun üçün hesab edirəm, mediatorların daha peşəkar olmaları, barışığın əldə olunmasını məcburi deyil, öz düzgün fəaliyyətləri ilə həyata keçirmələri qənaətbəxş addım sayıla bilərdi.
Sonda ümid edirəm ki, mediasiya institutu onlara göstərilmiş etimadı doğruldaraq formal xarakter daşımayacaq və işlərini peşəkar quraraq yaranma səbəbini haqqını verəcəklər.
Qeyd etdiyim fikirlər mənə məxsus olmaqla Azərbaycan vətəndaşı və hüquqşünas olaraq ölkə rəhbərimizin təşəbbüsü ilə yaradılmış bir institutun inkişafında mən də maraqlı şəxsəm. Fikirlərimlə bağlı müzakirələrə və polemikaya hazıram".
Bizim Facebook səhifəmizə abunə olun
Xəbərin oxunma sayı : 916
loading...
Sosial
Xəbərlər
-
500 manat sosial müavinət almaq üçün lazım olan sənədlərin SİYAHISI
-
“Şimali Koreya Rusiyaya raketlərlə kömək edir” - NATO
-
Çevik Polis Alayının rəisi işdən çıxarıldı - Vilayət Eyvazov əmr imzalayıb
-
Nüfuzlu nəşr Vardanyanın Qarabağdakı hərəkətlərindən yazdı - “Putinin lütfü sayəsində fəaliyyət göstərir“
-
Nazirlik daha bir ofis icarəyə götürdü – Bu dəfə 1 milyon manata...
-
Xaricdən telefon gətirənlərin nəzərinə - Bu tarixdən cərimələnə bilərsiniz
-
“Broker Əbülfəz”in ətrafında nə baş verir? - Öz şirkəti özünü məhkəməyə verib
-
“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib” - Pentaqon
-
Pakistanda məsciddə dəhşətli partlayış: 28 ölü, 150 yaralı
-
Əli Əliyev kamera yoldaşını niyə döyüb? - TƏFƏRRÜAT
-
“Muğan Bank” mənfəət vergisini ödəmədi - BANK ZƏRƏRDƏ
-
Türkiyəli müğənninin oğlu nişanında “Yaşa Azərbaycan” oynadı - VİDEO
-
Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO
-
Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş - VİDEO
-
Pomidor yenə birinci, xurma ikincidir... – Azərbaycan ötən il xaricə hansı məhsulları satıb?
-
Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir? - VİDEO
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
-
“İran dövləti məsuliyyət daşıyır“ - Hacı Şahin
-
Neft Fondundan büdcəyə 131 milyard köçürülüb – İllər üzrə statistika
-
Bu avtomobillərlə bağlı bu rüsum artırıldı - Bundan sonra...
-
“Azəriqaz“ın rayon şöbələrində yoxlama başlayıb - Birlik faktı təsdiqlədi, amma nöqsanı “gizlətdi“
-
Şəhid Orxan Əsgərov dəfn edildi - FOTO/VİDEO
-
Budapeştdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
”İranla quru sərhədləri bağlı saxlamalıyıq” - Natiq Cəfərli
-
Ağdam rayonunun Kosalar kəndi - FOTOLAR
-
“Rusiyada növbəti səfərbərlik ehtimalı yüksəkdir“ - Britaniya kəşfiyyatı
-
Sürücülərə xəbərdarlıq! Bunu etsəniz, 150 manat cərimə olunacaqsız
-
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə (VİDEO)
-
Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - FOTO/VİDEO
-
“Ukraynaya müdaxilə ərəfəsində Putin məni hədələdi” - Boris Conson
-
“İrana qarşı hərbi əməliyyatlar istisna deyil” - ABŞ dövlət katibi
-
“Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik” - Ərdoğan
-
“Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq“ - Aİ-nin ali nümayəndəsi
-
“İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın” - Xələf Xələfov
-
“Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır” - Ərdoğan
-
Azərbaycanın İrandakı səfirliyindən 53 nəfər təxliyə olunub - FOTO
-
“Qərb silahlarının tədarükü və təlimi bir qədər vaxt aparacaq” - Reznikov
-
“İran bir dövlət kimi məsuliyyət daşıyır“ - Xələf Xələfov
-
Şəhid Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib - FOTO, VİDEO
-
Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olacaq? - FOTO
-
Naxçıvanda yol nişanları dəyişdirilir - Video
-
“The Wall Street Journal”: “İranda hərbi zavoda hücumun arxasında İsrail dayanır”
-
“ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər“ - Bayraktar
-
4 aylıq şirkət MSK-ya İKT xidmətləri göstərəcək – Müəmmalı məqamlar
-
“Azərbaycan başda olmaqla, dünyada sülhə töhfə verməyə davam edirik” - Akar
-
Podolyak İrandakı partlayışlardan danışıb: “Müharibə qatillər üçün ağır qanunlar qoyur”
-
İstifadə müddəti bitmiş məhsullar satılır? - VİDEO
-
Suraxanıda adsız küçələrdə yaşanan problemlər - FOTO
-
Azərbaycanda “kupça“larla bağlı yenilik - VİDEO
-
Son sutkada Azərbaycanda 23 nəfər koronavirusa yoluxub - Ölən yoxdur
-
İlham Əliyev və Mehriban Əliyeva Macarıstanda rəsmi səfərdədirlər - FOTO
-
“Putinlə yenidən telefon danışığım olacaq, çünki bir-birimizlə danışmalıyıq” - Şolz
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Sosial mediada ən çox izlənən liderlər açıqlandı - Ərdoğan birinci yerdədir
-
Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
-
İctimai yerlərdə “Wi-Fi” təhlükəsi - ARAŞDIRMA
-
Nərimanov rayonunda 250 nəfərdən artıq insanın yaşadığı qəzalı binadan FOTOREPORTAJ
-
Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı FOTOSU
-
“Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir” - Kansler
-
Naxçıvan şəhərində bir neçə abidələr sökülüb - FOTO/VİDEO
-
Rusiyada təhsil hərbiləşdirilir - Britaniya kəşfiyyatı
-
Pakistanda avtobus qəza nəticəsində yanıb - 41 nəfər ölüb
-
Medvedev Almaniyanın xarici işlər nazirini “faydalı axmaq” adlandırdı - FOTO
-
Laçın-Xankəndi yolunda aksiya 49 gündür davam edir
-
Şamaxıda bir binanın sakinləri susuz qalıb - VİDEO
-
Masallıda əməliyyat - 18 nəfər saxlanıldı
-
“Əl Nəsr”in baş məşqçisi: “Ronaldu tezliklə Avropaya qayıdacaq”
-
İsrail İranın hərbi obyektlərinə zərbə endirib - Ölkənin dörd bir tərəfində partlayışlar (VİDEO)
-
NATO Rusiya ilə qarşıdurmaya hazırdır - Hərbi komitənin sədri
-
“Terror aktına cavab güclü, sürətli və dəqiq olacaq” - Netanyahu
-
Mərmərə dənizinin rəngi dəyişdi - FOTO
-
Pərvin Abıyeva Rotterdamda - Fotolar
-
“Bu qanlı terror hərtərəfli araşdırılmalıdır“ - İlham Əliyev
-
Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO
-
İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
-
Rusiya XİN Ərdoğan haqqında:“Xüsusi “kalibrli” lider”
-
Xankəndi-Laçın yolunda aksiya 48 gecədir davam edir - Şüarlar səsləndirilir
-
İsrail Prezidenti İlham Əliyevə zəng edib
-
Fındığın alış qiyməti niyə ucuzlaşıb? - Səbəblərdən biri kimi xüsusi maddə göstərilir
-
Abşeron xəstəxanasında izdiham - Səbəb nədir?
-
İsraildə daha bir terror aktı: Yaralananlar var
-
Nərimanovda bu binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
Ərdoğandan “namizədlik” müzakirələrinə cavab: “Yeni idarəetmə sistemi göstəricini sıfırladı”
-
Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO
-
Rusiyanın ilhaq etdiyi “LXR“də xəstəxanaya raket zərbəsi endirilib - 14 nəfər ölüb
-
Qara dənizdə mina təhlükəsi: İnsanlara xəbərdarlıq edildi
-
“Dərmanların Azərbaycana gətirilməsində monopoliya var” - Deputat
-
“Bandotdel”dən əməliyyat: İran vətəndaşının cinayətkar dəstəsi saxlanıldı - Video
-
“Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb“ - Səlcuq Bayraktar
-
Qanundan qaçan satıcı: “100 manat ver, çörək yesinlər” - VİDEO
-
Son sutkada Azərbaycanda 33 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
ABŞ dövlət katibinin köməkçisi: “Moskva və Tehranın Cənubi Qafqazda fəallığı təşviş doğurur”
-
Qərb tankları Ukrayna cəbhəsində nəyi dəyişə bilər? – “Azı 300 tank lazımdır...”
-
Səfirliyimizdə törədilmiş terror dindarları hiddətləndirib - Bəyanat
-
Sisinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
“Hələ ki, sülh əldə edilməyib“ - Azərbaycan lideri
-
Səfirliyə hücum iki ay əvvəl planlaşdırılıb - SEPAH polkovnikinin etirafı (VİDEO)
-
Azərbaycanda mobil cihazların qeydiyyatı ilə bağlı qaydalar sərtləşdirilib
-
Hərbçilərimizin də qatıldıqları Türkiyənin ən böyük təlimindən yeni görüntülər - VİDEO
-
Sabahdan rayonlara qar yağacaq - Xəbərdarlıq
-
“Gömrük tarifi haqqında” Qanuna dəyişiklik edildi - FƏRMAN
-
“Vasif Talıbovun evinə polislər basqın etdi, vinçester silahları tapıldı” – İddia
-
Neftçalada narazılıq pik həddə: sabiq icra başçısı Mirhəsən Seyidova dərs keçdi – “Sənin 1 yaşın vardı…”
-
Bakıda binanın mansardına əlavə balkon inşa edildi - FOTO
-
Mühəndis bölmələri döyüş təlimində - FOTO/VİDEO
-
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub - FOTO
-
“Rusiya yeni hücuma hazırlaşır” - Ukrayna Təhlükəsizlik Şurası
-
Səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəman əməliyyat olundu - VİDEO
-
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTO
-
“İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar” - ABŞ institutu
-
“Başıma gələnlər Zelenski üçün açıq “mesaj”dır” - Saakaşvili
-
Ata qızının lüt şəkilləri yayılmasın deyə evini satdı - Abşeronda ailəli qadın keçmiş sevgilisi ilə...
-
“Bayden İranla münasibətlərin həllində hərbi yolu istisna etmir“ - KİV
-
Azərbaycana məxsus “Mi-8” helikopterini erməni terrorçularının vurmasından 31 il ötür
-
Küsülü məşhurlar gecəyə eyni geyimdə gəldilər - FOTO
-
Günün transfer xəbərləri: “Milan“ axtardığını “Mançester Siti“də tapdı
-
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyirik“ - İsveç XİN
-
Təbrizdə qürurverici görüntülər - Şəhidimiz alqışlarla anıldı - VİDEO
-
“Onun haqqında ən sərt tədbirlər görülə bilər” - Elman Nəsirov
-
Səfirliyimizə hücum belə planlaşdırılıb - Yeni görüntülər
TOP 10
ARXİV