Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Əmək münasibətlərində yeni tələb - Bu işçilərin aqibəti necə olacaq?

Tarix 24.03.26, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


İş yerlərində peşəkarlıqla yanaşı psixoloji atmosfer də çox önəmlidir.

AzFakt.com Bizim.Media-ya istinadən xəbər verir ki, neqativ atmosfer yaradan əməkdaşlar həm işin gedişatına, həm də qarşılıqlı münasibətlərə mənfi təsir edir.

Müasir anlayışla "toksik” (zəhərli ing.) adlandırılan bu insanlara qarşı müxtəlif tədbirlər görülür, daxili qruplaşmalar yaradılır... Amma Rusiya məsələni kökündən həll etmək istəyir: toksik xarakterli insanların işdən qovulması təklif edilir. Məsələyə hələ ki rəsmi müstəvidə baxılır. Amma elə müzakirə ərəfəsində geniş ictimai debat yaradıb.

"Pis xarakter”, və ya "toksik davranış” kimi anlayışların rəsmi əsas kimi istifadə olunması nə dərəcədə əsaslıdır? Bu yanaşma işçi hüquqlarının pozulmasına səbəb ola bilərmi?

Mütəxəssislər bildirirlər ki, əgər səbəb qeyri-müəyyəndirsə toksik xarakter sübut kimi götürülə bilməz. Bu halda işçi işdən çıxarılmanın qanunsuz sayılmasını, işə bərpa olunmağı, üstəlik kompensasiyasını tələb edə bilər.

Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bununla bağlı bildirdi ki, əslində Azərbaycanın Əmək Məcəlləsi dolayı yolla bunu tənzimləyir.

Bununla bağlı hər hansı yeni qayda dəyişdirməyə ehtiyac yoxdur. Amma sırf insanın şəxsi xasiyyətini də əsas götürmək düzgün deyil:

"İş yerində, kollektivdə münasibətləri korlayan və ya buna səbəb olan, tez-tez dava salmaqla iş ahəngini pozan işçilərə qarşı işəlgötürən inzibati tənbeh tədbirləri görmək hüququna malikdir. Amma o da var ki, pis xarakteri olan, amma işini yerinə yetirən işçi qalmaqallardan uzaq durursa, başqa sözlə heç kəslə işi yoxdursa, niyə qovulmalıdır?”

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 11-ci maddəsinə görə, işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ var.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap