Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Büdcə qənaəti adı ilə sosial zərbə... - Və ya ixtisarlar kimləri vurur?”

Tarix 24.03.26, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda icra hakimiyyəti strukturlarında, nazirlik və komitələrdə struktur və kadr dəyişikliyi kütləvi ixtisarlarla nəticələnir. Yerli idarəetmədə dövlət qulluğuna daxil olan ştatlar ləğv edilir, birləşdirilən qurumlardan işçi heyətinin bir qisminin əmək müqavilələrinə xitam verilir. Paralel olaraq təsərrüfat hesablı qurumlarda da ixtisarlar aparılır, işçi heyəti azaldılır.

“AzPolitika”ya daxil olan məlumata görə, say etibarilə rayon və şəhər icra hakimiyyətlərinin tabeliyində olan mənzil-kommunal təsərrüfat birliklərində çalışanların yarıdan çoxu işini itirmək məcburiyyətindədir. Artıq onların bir çoxuna bu barədə xəbərdarlıq edilib. Bildirilib ki, büdcədən bu istiqamətdə ayrılan vəsaitin həcmi kəskin azaldıldığına görə işlərinə xitam vermək məcburiyyətindədirlər.

Bu kateqoriyaya rayon və şəhərlərdə küçə və prospektlərin təmizliyi, tullantıların toplanması və daşınması ilə məşğul olan işçilər daxildir. Onların əksəriyyəti minimum əmək haqqı (400 manat) alır, vergi və sosial ödənişlər çıxıldıqdan sonra maaş kartlarında 378 manat qalır.


Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlillərinin bir qismi bu qurumlarda işlə təmin edilib. Bu, əsasən imtiyazlı vətəndaşların sosial rifahının təmin olunması istiqamətində görülən tədbirlərdən biri olduğuna görə, mənzil-kommunal təsərrüfat birliklərinin ştatı xeyli böyüyüb. İndi isə büdcə kəsintilərinə görə onların qarşısında ixtisarlara getmək tələbi qoyulub. Bu zaman imtiyazlı təbəqənin işini itirmək təhlükəsi digərləri ilə müqayisədə azdır, çünki onlara güzəştli münasibət var. Amma digər işçilərin heç bir sığortası yoxdur və qurumlar 50 faizə qədər işçi ilə vidalaşmaq məcburiyyətindədirlər.

Məlumdur ki, minimum əmək haqqına çalışmağa razı olanların əksəriyyəti əhalinin maddi rifah səviyyəsi ən aşağı olan hissəsidir. Onların özəl sektorda və dövlət qurumlarında daha gəlirli iş tapmaq imkanları yoxdur. Buna görə də aşağı maaşla, fiziki yükü ağır olan işlərdə çalışmaq məcburiyyətindədirlər. Bir çox ailələrin yeganə gəlir mənbəyi minimum əməkhaqqıdır. Onların sırasında kredit borcu olanlar, xəstə ailə üzvü olanlar, himayəsində azyaşlı uşaqlar olanlar və kirayədə yaşayanlar kifayət qədərdir.

Ona görə də hökumət qurumları dövlət təşkilatlarında aparılan ixtisarları ciddi şəkildə monitorinq etməyə borcludurlar. Hər bir işçiyə fərdi yanaşmaq, onları başqa qurumlarda işlə təmin etmək və ya ixtisar riskindən sığortalamaq vacibdir.


Ümumiyyətlə, minimum əmək haqqı ilə çalışanların ixtisara salınmaması daha doğru yanaşma olardı. Dövlət bununla kifayət qədər az xərclə minlərlə iş yerini qoruyar, vətəndaşların minimum ehtiyaclarını qarşılamağa şərait yaradar. Həm də onların ağır zəhmət hesabına gördükləri iş bir çox yüksək maaşlı vəzifələrdən daha faydalı və vacibdir.

Dövlət vəsaitlərinə qənaət etmək üçün böyük məsrəflərin xərcləndiyi sahələrə diqqət yetirmək lazımdır. Büdcə təşkilatlarında bir-birini təkrarlayan, praktik olaraq heç bir əhəmiyyəti olmayan çoxsaylı qurumlar və vəzifələr var; onların sayını azaltmaq daha səmərəli olardı. Bundan əlavə, büdcə vəsaitlərinin qohum-əqraba şirkətləri arasında bölüşdürülməsi kimi hallar da sirr deyil. Bu sahəyə sərt maliyyə nəzarəti tətbiq etmək, tenderlərin şəffaflığını təmin etmək və vəsaitlərin dəyər yaradan işlərə yönəldilməsini təmin etmək vacibdir.

Gözünü 400 manata dikən vətəndaşı yeganə gəlir mənbəyindən məhrum etmək doğru yanaşma sayıla bilməz. Hər bir hökumətin ali məqsədi vətəndaşların təhlükəsizliyini və rifahını təmin etməkdir.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap