“Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı “Anarı hələ də sevirəm” - Röya ağladı
Axtar
 
  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

  • / Maqazin / — 08 Aprel 2021

    Pərvin Abıyeva seksual libasda - FOTO

“Mən avar xalqının nümayəndəsiyəm, fəxr edirəm ki...“ - Vətən Müharibəsi Qəhrəmanı

Tarix 12.04.21, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


"Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ümummilli liderimiz Heydər Əliyevin arzusudur, vəsiyyətidir. Siz Şuşanın işğaldan azad olunan günü Ulu Öndərimizin məzarını, Şəhidlər xiyabanını ziyarət edərkən demişdiniz: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, cənab Prezident, ulu öndərimiz Heydər Əliyev istəyirdi ki, müstəqil Azərbaycanın güclü ordusu olsun, peşəkar hərbçilərimiz olsun. Onlar bütün dünyaya göstərsinlər ki, azərbaycanlılar suda da, quruda da, səmada da düşmənlərimizi məhv etməyə qadirdirlər. Elə bu məqsədlə də Ulu Öndərimiz düz əlli il bundan əvvəl indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı.

Cənab Prezident, Siz vaxtilə demişdiniz ki, müasir, mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. İndi isə mən rəşadətli, qalib bir Ordunun şəxsi heyəti adından böyük qürur hissi ilə deyirəm: Azərbaycan Ordusunun, qalib ordunun səviyyəsinin yüksəldilməsi, ordumuzun bütün güclü dünya orduları sırasında yer alması şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın adı ilə bağlıdır. Bu müharibədə digər amillərlə yanaşı, Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi də qələbə çaldı, cənab Prezident".

"Report"un xəbərinə görə, bunu Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təltif olunan hərbi qulluqçularla görüşü zamanı Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ramazan Hudulov deyib.

R.Hudulov vurğulayıb ki, Azərbaycan monoetnik dövlət olan Ermənistandan fərqli bir dövlətdir, tolerant bir ölkədir: "Burada bir çox xalqların nümayəndələri - türklər, ləzgilər, avarlar, talışlar, ruslar, yəhudilər, udilər, tatlar və digər xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən avar xalqının nümayəndəsiyəm. Mən Azərbaycan vətəndaşıyam. Bizim bir adımız var, biz azərbaycanlıyıq! Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi.

Cənab Prezident, mən Xocavənd, Füzuli uğrunda döyüşlərdə, Qarabağımızın tacı olan Şuşa şəhərinədək döyüş yolu keçmişəm. Daşaltı uğrunda gedən ölüm-qalım savaşında tabor komandirimiz ağır yaralandıqdan sonra ekstremal vəziyyətdə tabor komandiri kimi, çətin, məsuliyyətli vəzifənin ağırlığını öz üzərimə götürərək qarşımıza qoyulan mühüm döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə nail olmuşuq.

Siz isə bütün xidmətlərimi nəzərə alaraq, məni ən yüksək fəxri ada - “Vətən müharibəsi qəhrəmanı” adına layiq görmüsünüz. Sizi əmin edirəm ki, bu ali etimadı bundan sonra da Vətənimizə, dövlətimizə, millətimizə, öz doğma Azərbaycanımıza sədaqətli xidmətimlə doğruldacağam".



Xəbərin oxunma sayı : 610

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda