“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Məni seçkilərdə iştirakdan ancaq həkimin hansısa bəd xəbəri daşındıra bilər” - Donald Tramp

Tarix 26.09.21, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə iştirakdan ancaq hansısa ağır xəstəliyə düçar olması halında vaz keçəcəyini söyləyib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Real America`s Voice” radiostansiyasına verdiyi müsahibədə bəyan edib.

Qeyd etmək lazımdır ki, sabiq prezident 2024-cü il üçün planları barədə dəfələrlə danışsa da, bununla bağlı qəti söz söyləməyib. Buna əsas səbəb seçkiqabağı kampaniyada maliyyə hesabatlarının verilməsində yaranacaq çətinliklərdir.

Buna görə də proqramın aparıcısı sualı bir qədər dəyişdirərək verib : “Sizi həmin niyyətdən vaz keçirəcək başqa bir səbəb varmı?”.

Donald Trampın bu suala cavabı maraqlı olub: “Yəqin ki, həkimdən hansısa pis xəbərin verildiyi bir telefon zəngi və ya buna bənzər bir hadisə ola bilər...”

Xatırladaq ki, Donald Tramp 2017-ci ildə prezident seçildiyi zaman 75 yaşı olub. Bu, onun həmin vaxta qədər ABŞ tarixində ən yaşlı prezident ünvanı qazamasına səbəb olmuşdu. Lakin 2020-ci il seçilərində 78 yaşlı Bayden ona qalib gəlməklə bərabər yaş rekordunu da qırıb.



Xəbərin oxunma sayı : 892




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap