![]() |
|














“Məni yataq otağına saldı, qollarımı şərflə çarpayıya bağladı...“ – Şok təfərrüat
Tarix 19.05.21, 22:57 |
|

Yevlax şəhərində 1983-cü il təvəllüdlü Natiq qısqanclıq zəminində həyat yoldaşı Jaləyə işgəncə verib.
Teleqraf.com-un xəbərinə görə, o, yaşadığı Yevlaxın Kür küçəsindəki evində arvadı Jalənin mobil telefonla başqa şəxslə ünsiyyət qurmasını bilib və qısqanclıq zəminində onunla mübahisə edib.
Sonra cəzalandırmaq məqsədilə Jaləni yataq otağındakı çarpayıya şərflə bağlayıb. Onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı şillə-təpik zərbələri vurub, əlindəki alışqanla bədəninin müxtəlif nahiyələrini yandırıb. Qadının saçlarını zorakı hərəkətlərlə səliqəsiz formada kəsib, güclü fiziki ağrı və ya psixi iztirablarla ona əzab verib.
“Jalənin bir neçə nömrəsi vardı”
İstintaq orqanı Natiqin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (işgəncə ilə əzab vermə) maddəsi ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Ağdaş şəhərində yaşamış Jalə ilə rəsmi nikahla ailə qurub: “Birgə nikahdan üç uşağımız var. Əvvəllər münasibətimiz yaxşı idi, aramızda dava-dalaş olmurdu. Bəzi vaxtlarda Jalə ilə sözlü mübahisəmiz düşürdü.
Ailə qurduğumuz zamandan Jalə mobil telefondan istifadə edirdi, bir neçə telefon nömrəsi vardı”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilin martında Jalənin mobil telefonda başqa şəxslərlə danışdığını müəyyən edib: “Ona iradımı bildirdim və mobil telefonunu əlindən aldım, nömrəsini isə sındırdım. 2020-ci ilin aprelində Jaləyə “Smartfon” tipli mobil telefon və nömrə aldım. Sentyabr, oktyabr və noyabr aylarında Jalə həmin mobil telefondan və mobil telefon nömrəsindən istifadə etdi”.
“Dedim, gəl birlikdə döşəyin altına baxaq, görək nə var...”
Natiqin ifadəsinə görə, arvadından şübhələrinə əsas tapıb: "İşdən çıxaraq evə gəldim. Oğlanlarım Nihad və İsmayıl da evdə idilər. Saat 18 radələrində yataq otağına daxil oldum. Jalənin çantasından hansısa əşya çıxararaq döşəyin altında gizlətdiyini gördüm. Saat 22 radələrində Jaləyə “sən məndən nə isə gizlədirsən” dedim. Jalə mənə “heç nə gizlətmirəm” deyə cavab verdi. Ondan döşəyin altında gizlətdiyi əşya barədə soruşdum. Heç bir əşya gizlətmədiyini dedi.
Dedim, gəl birlikdə döşəyin altına baxaq, görək nə var. Jalə “lazım deyil” dedi. Döşəyi qaldırdım, kiçik ölçüdə bəzəkli sellofan torba gördüm. Torbaya baxanda, içərisində bir mobil telefon nömrəsi və yeddi mobil telefon nömrəsi yazılmış kağız parçası tapdım.
Jalədən gördüklərim barədə soruşdum. O bu nömrədən istifadə etmədiyini, kağız parçasına yazılmış nömrələrin isə kimə məxsus olduğunu bilmədiyini dedi”.
“Nömrələrə zəng vurdum”
Natiqin sözlərinə görə, Jalə mobil telefon nömrəsini təxminən bir il əvvəl aldığını etiraf edib: “Kağız parçasına qeyd edilmiş mobil telefon nömrələrinə bir-bir zəng etdim. İki nəfər zəngimə cavab verdi. Onlardan biri hərbçi olduğunu, telefonundan hər bir hərbiçinin istifadə etdiyini, arvadımla heç vaxt danışmadığını, başqalarının danışıb-danışmadığını isə bilmədiyini dedi.
Digər şəxs də Bakı şəhərində yaşadığını, ailəli olduğunu, arvadımla danışmadığını söylədi. Jalədən yenidən həmin şəxslər barədə soruşdum. O da həmin şəxsləri tanımadığını və heç kimlə danışmadığını bildirdi.
Əlimlə Jalənin üz və baş nahiyələrindən bir neçə dəfə vurdum, düzgün danışmasını tələb etdim. Jalə mənə onu vurmamağı istədi, baş verənləri düzgün danışacağına söz verdi”.
“Qollarını çarpayıya bağladım”
Natiq qeyd edib ki, Jalə əvvəl dediklərini təkrar edib və baş verənlərin hamısını danışmayıb: “Onun qollarını boyun şərfi ilə, ayaqlarını isə tozsoranın naqili ilə çarpayıya bağladım. Əlimlə bədəninin müxtəlif nahiyələrinə vurdum və həqiqəti söyləməsini tələb etdim.
Alışqanla qarın, qol, ayaq və digər nahiyələrini bir neçə yerdən yandırdım. Oğlanlarım digər otaqda olublar, Jaləni döydüyümü, yandırdığımı görməyiblər”.
“Kiminlə danışdığını mənə demədi”
Təqsirləndirilən şəxs bildirib ki, ertəsi gün, səhər saatlarında Jaləyə işə getməyə icazə verməyib: “Özüm işə getdim, saat 16 radələrində evə qayıtdım. Jalədən mənimlə birlikdə əyləşməsini, telefon söhbəti barədə həqiqəti bildirməsini istədim. Həmin vaxt qonşumuz Raisə evə gəldi. Buna görə söhbətimiz kəsildi.
Raisə Jalə ilə birlikdə tort bişirdi. Bir neçə saat sonra Raisə yaşadığı evə getdi. Saat 21 radələrində Jaləni yataq otağına apardım.
Həmin vaxt Raisə bizə gəldi, mənimlə söhbət etmək istədiyini, Jalə ilə aramızda baş verənlərdən xəbərdar olduğunu dedi. O, Jaləni döyməməyimi, onun əvvəllər hansısa bir şəxslə danışdığını, sonralar isə heç kimlə əlaqə saxlamadığını söylədi, Jaləni bağışlamağımı istədi. Raisədən ailə işimə qarışmamağı tələb etdim.
Raisə bizdən getdikdən sonra Jaləni yataq otağına çağırdım, həqiqəti söyləməli olduğunu bildirdim. O, yenə kiminlə danışdığını mənə demədi”.
“Saçını kəsməyi qərara aldım”
Natiq bildirib ki, əli ilə Jalənin üzünə bir neçə şillə vurub: “Jalə yenə həqiqəti demədi. Jalənin saçından tutdum və möhkəm dartdım. Sonra saçını kəsməyi qərara aldım. Qayçı ilə əvvəl saçın qabaq tərəfini kəsdim, sonra dibindən kəsməyə çalışdım. Jalə əlləri ilə başını qorudu, saçını qayçı ilə kəsməyimə imkan vermədi. Onun başının qanadığını gördüm.
Bundan sonra qayçını kənara qoydum və Jaləyə ilkin tibbi yardım göstərdim. Başına yod vurdum, dəsmalı soyuq su ilə isladaraq yarasına qoydum. Həmin vaxt Raisə evə gəldi və Jalənin xəsarət aldığını gördü. Raisyə getməyi məsləhət gördüm, təcili tibbi yardıma zəng edəcəyimi dedim. Onu evdən çıxardım.
Raisə qonşulara məlumat verdiyi üçün bir neçə dəqiqə sonra Raisənin əri Elnur, digər qonşumuz Rövşən və Rövşənin arvadı Həqiqət yaşadığım evə gəldilər. Amma onları evə buraxmadım. Həmin şəxslər arvadımla dalaşmamağı xahiş etdilər. Onlara daha Jalə ilə dalaşmayacağımı dedim. Jalə evdə qaldı”.
Natiq deyib ki, ertəsi gün saat 11 radələrində işdə olarkən Jalənin xalası Könül zəng edərək onu evə çağırıb: “Evə gedərək Könülün, Sevincin, Leylanın və Rövşənin gəldiyini gördüm. Onlar məndən nə səbəbə Jaləni döydüyümü soruşdular.
Jalənin mobil telefonla başqa şəxslərlə danışdığını müəyyən etdiyimi dedim. Həmin gün Jalə barəmdə Yevlax rayon polis şöbəsinə şikayət etdi”.
“Gözümü yandıracağını dedi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Jalə bildirib ki, 2020-ci ildə saat 17 radələrində işdən çıxaraq evə gəlib: “Natiq döşəyin altında hansı əşyanı gizlətdiyimi soruşdu və döşəyi yuxarı qaldırdı. Telefon nömrəsini və kağız parçasını tapdı, bu barədə məndən soruşdu.
Natiqə nömrə və kağız parçasının mənə məxsus olmadığını, həmin əşyaları taparaq əldə etdiyimi dedim. Natiq kağız parçasında yazılmış mobil telefon nömrələrinə bir-bir zəng etdi. Saat 20 radələrində mənimlə mübahisə elədi, kağız parçasına yazılmış nömrələr barədə, eləcə də kiminlə danışmağım haqda soruşdu. Ona heç kimlə danışmadığımı bildirdim. Mənə inanmadı, təkrar-təkrar soruşdu.
Hamam xalatının ipi ilə qollarımın bilək nahiyəsini bir-birinə bağladı.Sifətimə 6-7 şillə vurdu. Aşağı əyildim, Natiq ayağı ilə üzümdən iki təpik zərbəsi vurdu. Əli ilə başımı tutaraq dizi ilə təxminən 5-6 zərbə endirdi. İplə əllərimi, tozsoranın naqili və xalatının ipi ilə isə ayaqlarımı çarpayıya bağladı. Alışqanla gözlərimi yandıracağını, heç kimi görə bilməyəcəyimi dedi”.
“Uşaqlar qonşu otaqda ağlaşdılar”
Jalənin ifadəsinə görə, Natiq şərflə onun gözlərini və ağzını bağlayıb: “Əlindəki alışqanla qollarımı, ayaqlarımı, qarnımı, böyrümü və üzümü bir neçə dəfə, bir neçə yerdən yandırdı. Gözümü yandıran zaman qollarımı ipdən çıxartdım və Natiqə mane oldum. Buna görə gözlərimi yandıra bilmədi. Lakin sağ qaşım yandı. Ağrıdan qışqırdım. Qonşu otaqda uşaqlar Natiqin məni döydüyünü bildilər, ağlaşdılar.
Uşaqlarının yataq otağına daxil olmasının qarşısını almaq üçün Natiq otağın giriş qapısını bağladı. Həmin vaxt qonşumuz Raisə adlı qadın yaşadığım evə gəldi. Uşaqlarım ağladığı üçün Natiq ayaqlarımı açdı.
Bədənimin müxtəlif nahiyələrindən yanıq, başımdan, üzümdən, qollarımdan, ayaqlarımdan qızarmış, şişmiş xəsarətlər almışdım”.
“Başımın qanadığını görəndə qorxdu”
Jalənin ifadəsinə görə, ertəsi gün səhər saatlarında xəsarət aldığı üçün işə getməyib: “Natiq isə işə getdi, saat 18 radələrində evə qayıtdı. Mənə danışdığım şəxsin adını kağıza yazaraq ona verməyimi istədi. Yenə də heç kimlə danışmadığımı dedim.
Saat 20 radələrində Raisə yaşadığım evə bəzəmək üçün tort gətirdi. Tortu bəzədim, Natiq də bizə kömək etdi. Bundan sonra Natiq Raisəyə dedi ki, evdən getsin.
Mən Raisəyə Natiqin məni döyəcəyini bildirdim. Buna görə o, evdən getmək istəmədi, Natiq Raisəni məcburi evdən çıxardı.
Saat 22 radələrində Natiq məni yataq otağına saldı, zaldakı televizorun səsini yüksəltdi və uşaqlara zalda oturmağı tapşırdı. Sonra yataq otağının giriş qapısını bağladı. Məni çarpayının üstünə uzadaraq əlləri ilə üzümdən, qollarımdan və ayaqlarımdan dəfələrlə şillə, yumruq zərbələri vurdu. Ona yalvardım, amma mənə məhəl qoymadı, döyməyə davam etdi.
Bundan sonra Natiq kəlbətin, bıçaq və qayçı gətirdi. Qorxdum, Natiqin bıçaq və qayçı ilə mənə xəsarət yetirəcəyini bildim. Ağlayaraq yalvardım, döyməməyini xahiş etdim. Sözlərimə məhəl qoymadı, qayçı ilə saçımı kəsəcəyini dedi.
Natiq saçımın ön və orta hissəsini iki yerdən kəsdi. Qayçı başımın ortasına dəydi və başım kəsildi. Qışqıraraq kömək istədim.
Həmin vaxt qonşumuz Raisə yaşadığım evə gəldi, başımdan qan axdığını, saçımın kəsildiyini gördüm. Natiq Raisəni evdən çıxardı, başımdan qan axdığından qorxdu, yarama yod və “zelyonka” vurdu”.
Jalənin sözlərinə görə, dayısının arvadı Sevincə zəng edib və Natiqin onu döyməsi barədə məlumat verib: “Anam, xalam, bacım və bacımın əri evə gəldilər. Qohumlarım xəsarət aldığımı və saçımın kəsildiyini gördülər. Mobil telefonla 102-yə zəng edərək Natiqin məni döyməsi barədə məlumat verdilər”.
Bu cinayət işinə Yevlax rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə baxılıb.
Natiqin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Xəbərin oxunma sayı : 907
Kriminal
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV