“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir“ - Deputat

Tarix 15.01.25, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Vəfat edən insanın meyiti onun inancına və adət-ənənəyə görə ya dəfn edilir, ya da yandırılır.

Kremasiya nədir?

Bir çox dinlərdə insanın meyiti torpağa basdırılsa da, bəzi dinlər və adət-ənənələr onun yandırılmasını və külünün basdırılmasını tələb edir. Qədimdən mövcud olan bu ənənə Hindistan, Çin, İndoneziya və digər ölkələrdə mövcuddur.

Azərbaycanda qanunla meyitin yandırılmasına qadağa yoxdur.

Bu, Azərbaycanda müxtəlif xalqların yaşadığı nəzərə alınmaqla qanunvericilikdə öz əksini tapıb.

Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda əsas anlayışlarda kremasiya - ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitinin xüsusi sobalarda yandırılması, krematori - meyitin yandırılması üçün xüsusi sobaları və qurğuları olan bina, kolumbari - krematoridə yandırılmış meyitin külü olan urnaların (kül üçün xüsusi qab) saxlanıldığı yer də öz əksini tapıb.

Yəni qanunda vəfat edən insanın yandırılması ilə bağlı heç bir qadağa yoxdur.

Bunu həyata keçirmək üçün xüsusi binaların olması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dəfələrlə informasiya sorğusu ünvanlasaq da, cavab ala bilməmişik. Pravda.az Bizim.Media-ya istinadla xəbər verir ki, qanunda bunlar qeyd olunsa da, ölkədə belə xüsusi yerlər yoxdur.

Bəs belə mərkəzlərin yaradılması niyə təklif olunmur? Təklif oluna bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, qanunvericilikdə də bu, öz əksini tapıb:

"Azərbaycan dünyəvi dövlətdir. Bu gün bizim ölkəmizdə müxtəlif dinlərin, etiqadların nümayəndələri yaşayırlar. Azərbaycan Konstitusiyasında da bu ölkədə yaşayan hər bir dinin nümayəndələrinin hüquqları təsbit olunub. Ölkəmiz etiqad azadlığını təmin edib.

Bu, çox önəmli və olduqca vacibdir. Nazirlər Kabinetinin qərarında da bu, öz əksini tapıb və açıq-aydın qeyd olunub ki, belə bir mərkəzlərin yaradılması gündəmdədir. Söhbət meyitlərin yandırılması üçün olan xüsusi sobalardan gedir. Yəni bu məsələdə hüquqi əsas var, gələcəkdə də zərurətdən asılı olaraq bu məsələyə baxılacaq".

Deputat bildirib ki, gələcəkdə meyitinin yandırılmasını istəyənlərin sayı arta bilər:

"Hələ ki ölkəmizdə buna geniş ehtiyac yoxdur, amma nəzərə alsaq ki, meyitinin yandırılmasını istəyən insanlar da var və gələcəkdə bunların sayı arta bilər. Ona görə də bu məsələnin gündəmdə saxlanılması, buna xüsusi diqqətlə yanaşılması çox önəmlidir. Bu istiqamətdə hazırda dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və addımlar atılır. Dövlətin bu istiqamətdə planları var. Əsas olan odur ki, hüquqi baza və qayda var. Növbəti mərhələdə bir-bir addımlar atılacaq və bu məsələyə baxılacaq".



Xəbərin oxunma sayı : 832




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap