Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“MPay“ cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi

Tarix 23.01.25, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


"eManat” brendi altında özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul qabı/online ödəniş platformasını idarə edən "MPay" Qapalı Səhmdar Cəmiyyəti cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, "MPay" Qapalı Səhmdar Cəmiyyəti barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi ilə protokol tərtib edilib. 

"MPay" Qapalı Səhmdar Cəmiyyətinin sədri Mətləb Vəliyev Zaman oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verib. 

İşə 05.02.2025-ci il tarixində Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, İXM-nin 192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Xatıradaq ki, 2020-ci ildə "Meqa Sığorta” ASC-nin rəhbərliyindən ayrılan Mətləb Vəliyev Zaman oğlunun təmsilçiliyi ilə təsis edilən "MPay” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 2000 manat təşkil edir.



Xəbərin oxunma sayı : 1090




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap