Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Nağıl kimi uğurun bir addımlığında...” - Dünya mediası “Qarabağ”dan yazır

Tarix 15.03.24, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


Son Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer Leverkuzen”ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

AzFakt.com “Offsideplus.az”-a istinadla xəbər verir ki, məşhur idman saytları təmsilçimizin oyunu barədə paylaşımlar edib.

Həmin paylaşımlardan başlıqları təqdim edirik:

“Daily Sports”: “Qarabağ” nağıl kimi uğurun bir addımlığında idi. “Bayer”dən möhtəşəm geridönüş;

“BR Football”: “10 nəfərlə oynayan "Qarabağ" 2:0 hesabı ilə “Bayer”ə qalib gəlməyə çox yaxındır ("Qarabağ"ın 2:0 hesablı üstünlüyü zamanı).

“BBC Sport”: “Bayer”in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu”.

“Socrates”: “Bayer”in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı – “Qarabağ FK”.

“TRT Sports”: “Qurban Qurbanovun "Qarabağ"ı Avropaya damğa vurdu, amma olmadı”.

“bbc.com”: "Bayer Leverkuzen" "Qarabağ"ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi.

“Relevent Sports”: “Bayer” "Qarabağ" tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi”.

“Beinsports.com”: "Bayer" Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı.

“Vavel.com”: "Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı”.

“Flashscore.com”: “Patrik Şikin qəhrəmanlığı "Bayer"ə "Qarabağ" üzərində qələbə qazandırdı”.

“Goal.com”: “Xabi Alonso ölümsüzdür! "Bayer Leverkusen" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu”.

“espndeportes.com”: “Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi”.

“Marca.com”: “Xabi yenə sarsılmadı - "Bayer Leverkusen" ilk oyunda olduğu kimi geri dönüş etdi”.

“Fanatik.com.tr”: “Bayer Leverkuzen" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu”.

“Sportbox.ru”: "Bayer" "Qarabağ"ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib”.



Xəbərin oxunma sayı : 922




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap