Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO Aygün Kazımovadan cazibədar paylaşım - FOTO Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

  • / Maqazin / — 16 May 2022

    Aygün Kazımovadan cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 14 May 2022

    Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO

  • / Maqazin / — 06 May 2022

    Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO

  • / Maqazin / — 29 Aprel 2022

    Səmra alt paltarında paylaşım etdi - FOTO

  • / Maqazin / — 26 Aprel 2022

    Damla qırmızı şortikdə poz verdi - FOTO

İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib - FOTO

Tarix 28.01.22, 21:56

Font ölçüsü : - / +
bitmap-img6


Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biri olan 14-cü Berlin Kənd Təsərrüfatı Nazirləri Konfransı öz işinə başlayıb. Kənd təsərrüfatı nazirlərinin görüş platforması sayılan bu mötəbər beynəlxalq tədbirdə 64-dən çox ölkənin rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edib.

Azərbaycanı bu beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov təmsil edir. 24-28 yanvar 2022-ci il tarixlərini əhatə edən Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum “Torpaqdan davamlı istifadə: Ərzaq təhlükəsizliyi torpaqdan başlayır” şüarı altında keçirilib.

Konfransın “Məhdud torpaq ehtiyatları” mövzusuna həsr edilmiş panel müzakirəsində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, torpaq və su sürətlə artan dünya əhalisinin ərzağa olan tələbatının ödənilməsi üçün həyati əhəmiyyət kəsb edir. Lakin bu resurslar məhduddur və azalır. Qeyd olunub ki, son 19 ildə bütün dünyada kənd təsərrüfatı təyinatlı torpaqların sahəsinin 3 faiz azalmasına baxmayaraq bu müddətdə məhsul istehsalı 53% çoxalıb. Ərzağa olan tələbatın ödənilməsi üçün məhsuldarlığın artırılması torpağa təzyiqləri artırır. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda qlobal ərzaq sistemi iqlim dəyişikliyindən də əziyyət çəkir. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir. Belə ki, innovativ tədqiqatlara əsaslanan rəqəmsallaşmış kənd təsərrüfatı məhdud resurslardan səmərəli istifadəni təmin edir.

İnam Kərimov qeyd edib ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri həyata keçirilir. Nazir əlavə edib ki, qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır.

Konfransda ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı zəncirinin qurulması, bu istiqamətlərdə qlobal əməkdaşlığın əhəmiyyəti əsas müzakirə mövzularından olub. Tədbir iştirakçıları aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Konfransın yekun bəyannaməsində torpaqların və su resurslarının mühafizəsi, təbii resurslardan səmərəli istifadə üzrə müxtəlif istiqamətlərdə kollektiv fəaliyyətin təşkili və səylərin gücləndirilməsi ilə bağlı çağırışlar öz əksini tapır. Bu çağırışlar qlobal istiləşmənin qarşısının alınması, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində birgə fəaliyyəti təmin etməkdən ibarətdir.







Xəbərin oxunma sayı : 424

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap