Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTOLAR

Tarix 05.11.24, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin ən sərfəli mobil operatoru “Nar” sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, COP29 ərəfəsində jurnalistlər üçün ekologiya mövzusunda təlimin keçirilməsinə dəstək olub.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkilatçılığı ilə COP29 konfransına hazırlıq məqsədilə keçirilən bu təlimdə yerli peşəkar jurnalistlər iştirak edib.

Təlimi iqlim mövzusu üzrə beynəlxalq təcrübəli ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara aparıb. O, iqlim mövzusunda çoxsaylı beynəlxalq tədbirlərdə iştirakı ilə əldə etdiyi bilik və təcrübəni bölüşərək jurnalistlərə ekologiya mövzusunda məlumat toplama və araşdırma üsullarını təqdim edib.

Peşəkar təlimçi media əməkdaşlarına qlobal istiləşmə, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində effektiv layihələrin hazırlanması və onların büdcəsinin düzgün idarə olunmasının əhəmiyyəti barədə geniş məlumat verib. Jurnalistlər iqlim dəyişikliyi ilə bağlı mövzuların mediada işıqlandırılması üçün yeni biliklər və peşəkar yanaşmalar əldə ediblər.

“Nar” bu layihəyə dəstək verərək ekologiya mövzusu üzrə maarifləndirmə və iqlim dəyişiklikləri ilə mübarizədə medianın rolunu gücləndirməyə töhfə verir. Layihə həm də şirkətin ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinə uyğun fəaliyyətini və COP29-un məqsədlərinə dəstəyini göstərir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
img img img





Xəbərin oxunma sayı : 664




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap