“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Neftin qiymətinin düşməsi münaqişəni bitirməyəcək” - Kremldən Trampa cavab

Tarix 24.01.25, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


“Neftin qiymətinin düşməsi Ukraynada münaqişənin bitməsinə gətirib çıxarmayacaq, bu məsələlər bir-birləri ilə əlaqəli deyil”.

Bunu jurnalistlərə açıqlaması zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bunu, ABŞ Prezidenti Donald Trampın neftin qiymətinin aşağı düşməsinin Ukraynadakı münaqişəyə son qoya biləcəyi ilə bağlı dediklərini şərh edərkən bildirib.
“Bu münaqişə Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid, məlum ərazilərdə yaşayan ruslar üçün təhlükə, amerikalıların və avropalıların Rusiyanın narahatlığına qulaq asmaq istəməməsi və tamamilə imtina etməsi səbəbindən baş verir. Bunun neftin qiymətləri ilə heç bir əlaqəsi yoxdur”, - deyə Peskov bildirib.

Xatırladaq ki, daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edən Tramp demişdi ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlər neftin qiymətini çoxdan aşağı salmalı idilər, onun fikrincə, bu, Ukraynadakı münaqişəni sona gətirib çıxarardı.



Xəbərin oxunma sayı : 1375




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap