|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Nəsimi bizə harda olduğunu parollarla deyirdi” – Döyüşən jurnalistin xanımı – MÜSAHİBƏ
Tarix 30.12.20, 18:40 |
|
Qarabağ uğrunda gedən 44 günlük Vətən müharibəsində bəzi jurnalistlərimiz də döyüşçü kimi iştirak etdi. Necə deyərlər, qələmlərini silahla əvəz etdilər. Belə jurnalistlərdən biri də Cumhuriyyet.az saytının rəhbəri, baş leytenant Nəsimi Şərəfxanlıdır.
N.Şərəfxanlı prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.
Jurnalistin xanımı Ruhiyyə Şərəfxanlı Modern.az-a həyat yoldaşı haqqında danışıb.
– Ruhiyyə xanım, Nəsimi bəyin cəbhəyə gedişi necə baş verdi?
– İyulda Tovuz hadisələri baş verən zaman Nəsimi könüllü cəbhəyə getmişdi, düşünürəm ki, o, döyüşlərdə yaxşı iştirak etdiyinə görə yenidən Vətən müharibəsinə də çağırıldı. Nəsimi baş leytenantdır. Müharibəyə heç tərəddüd etmədən getdi. Biz də ona heç nə deyə bilməzdik, çünki vətən üçün gedirdi. İnsanın içində bir az qorxu olur, amma vətən dedinsə, axan sular dayanır.
– Gedəndə sizə nə tapşırdı, nə dedi?
– Çağırış gələn kimi mənə zəng vurdu, dedi ki, axşama qəşəng yemək hazırla, sabah cəbhəyə gedirəm. O qədər sevincli idi ki… Əvvəldən də bilirdim ki, könüllü yazılıb və onu çağıracaqlar.
– Övladlarınız atalarını necə yola saldılar?
– Uşaqlar hər şeyi başa düşəcək yaşdadırlar, tələbədirlər. Atalarını da fəxrlə müharibəyə yola saldılar. Nəsimi mənim onu yola salmağıma icazə vermədi, uşaqlar və dostları yanınca getdilər. Getdiyi zaman heç nə demədi, amma gözləri onun yerinə hər şeyi ifadə edirdi. Sadəcə bir söz dedi ki, darıxma gələcəm.
– Döyüşlər başlayan zaman nələr düşünürdünüz, həyat yoldaşınızın sona qədər gedəcəyini təxmin edirdinizmi?
– Məndə az da olsa inam var idi ki, əsgərlərimiz axıra qədər gedəcək. Hələ 10 oktyabrda atəşkəs razılığı əldə olunanda bütün Azərbaycan kimi, biz də məyus olmuşduq ki, müharibə niyə dayandı? Davam etsin, torpaqlarımıza qovuşaq. Yəni hər birimizdə belə əhval-ruhiyyə var idi. Nəsimiyə də inamımız böyük idi…
– Nəsimi bəy cəbhədən zəng edəndə nələr danışırdı sizə?
– Elə günlər olurdu ki, zəng çatmırdı, əvvəlcədən xəbər verirdi ki, danışa bilməyəcək. Gecəmiz gündüzümüzə qarışmışdı, biz də evdə özümüz üçün qərargah yaratmışdıq. Mənə elə gəlir ki, müharibə zamanı bütün Azərbaycan bu vəziyyətdə idi.
Nəsimi zəng etməyəndə o qədər həyəcan keçirirdik ki, təsəvvür edə bilməzsiniz… Amma danışdığımız zaman şükür edirdik ki, səsini eşitdik. Son zamanlar görüntülü də danışa bilirik. Özümüzü onunla hiss etsək də, bilirik ki, yanına gedə bilmərik. Bəzən videolar göndərirdi, torpağın üstündə, qarın içində yatdıqlarını görəndə ürəyimiz sızıldayırdı. Hər zaman soruşurduq ki, nəsə yeyibmi, əgər Nəsimi yemək yemişdisə, biz də rahat olurduq, boğazımızdan çörək keçirdi. Susuz, yeməksiz qalan vaxtları da çox olub.
– Hansı istiqamətdə olduğunu demişdi, yoxsa soradan bildiniz?
– Əvvəldən bizə harda olduğunu parollarla deyirdi ki, nigaran qalmayaq. Məsələn, bizim bir qrup yoldaşımız var idi – Çingiz, Cəbrayıldandı. Nəsimi deyirdi ki, Çingizgildəyəm və ya başqa sözlərlə hiss elətdirirdi. Qubadlı və Laçında da olub. Artıq Laçına çatanda rahatlıqla deyirdi harada olduğunu.
– Uşaqlar ataları ilə danışanda nə düşünür, nə deyirdilər?
– Səsini eşidən zaman şükür edirdik, eşitməyəndə çox pis olurduq. Ancaq internetə, saytlara baxırdıq ki, nə xəbər var, birdən nəsə olar bilmərik. Bütün günümüz internetin, televizorun qarşısında keçirdi.
Uşaqlar da dediyim kimi, böyük yaşdadırlar, ağılları hər şeyi kəsir, özlərini tox tuturdular…
– Yəqin ki, bir döyüşçü xanımı olmaq sizdə hansısa hislər yaradıb, o hisləri necə ifadə edərdiniz?
– Çox qürurverici hislərdir, sözlə ifadə etmək çətindir. Qalib əsgərin həyat yoldaşı, ailəsi olmaqla fəxr edirəm.
Gözləyirəm ki, bəlkə də Nəsimi müharibə mövzusunda kitab yazacaq, orada yaşadıqları haqqında bəhs eedəcək. Biri var döyüşdə gördüklərini adi hərbçi danışsın, biri də var ki, orada yaşananlar jurnalist qələmindən çıxsın. İkisi arasında çox fərq var..
Nəsiminin tərxis olunmağını çox səbirsizliklə gözləyirik. Fikirləşirəm ki, o gələndə necə davranım, necə qulluq edim ki, döyüşçü adına layiq olsun. Arada Nəsimiyə deyirdim ki, bizim də yerimizə erməni öldür. Bizim də əvəzimizdən qisas al. Deyirdi ki, narahat olmayın burada hər kəsin qisasını alırıq.
– Heç deyibmi sizi azad olunmuş hansı bölgəmizə gəzməyə aparacaq?
– Daha çox Cəbrayıldan, Laçından xoşu gəlir. Laçının qarlı dağlarından o qədər ağızdolusu danışır ki, adam durub elə indi oralara getmək istəyir.
– İki oğlan övladınız var, onlardan hansısa gələcəkdə hərbçi olmağı düşünürmü?
– Hərbçi olmaq barədə yox, amma əsgərliyə getmək barədə düşünürlər. Hətta böyük oğlum istəyirdi ki, universitetini dondurub müharibədə iştirak etsin. Amma atası dedi ki, sən hazırlaşıb gələnə kimi müharibə bitəcək, 3 aya qalmayacaq.
– Nəsimi bəy baş leytenantdır, onun əsgərlərindən şəhid olanlar, yaralananlar olubmu?
– Bizə bu barədə danışmayıb, amma müəyyən vaxtlar zəng edəndə çox kefsiz olurdu, əhval-ruhiyyəsindən hiss edirdik ki, pis xəbərlər var. Məsələn, sonradan bildik ki, Milli Qəhrəman Şükür Həmidov Nəsimi ilə birlikdə döyüşüb, şəhid olub. Allah rəhmət eləsin!
– Şükür Həmidovla bağlı nə isə danışırdımı?
– Demişdi ki, “Şükür Həmidov döyüşə tankın üstündə gedir, əsgərləri ruhlandırmaq üçün öndə olur, heç nədən qorxmur. O belə etdikcə əsgərlərdə də ruh yüksəkliyi yaranır”. İgid insan idi. Allah rəhmət eləsin…
– Hazırda cəbhədə olan əsgərlərimizin ailələrinə nə demək istərdiniz?
– Bütün əsgərlərimiz şəhidliyi gözə alıb, ailələrini, övladlarını geridə qoyub müharibəyə qatılmışdı. Hamı bir amal uğrunda birləşmişdi. Bu müharibədə hər şeydən öncə vətən idi, torpaqlarımızı geri almaq istəyi hər şeyi üstələyirdi. Hamı qalibiyyət üçün çalışırdı. Canlarından keçən şəhidlərimiz oldu, hər birinə Allah rəhmət eləsin. Yaralılara Allah şəfa versin, əsgər ailələrinə səbr diləyirəm! İnşallah, hər şey yaxşı olacaq…
Xəbərin oxunma sayı : 652
Müsahibə
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV