“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir” - Ərdoğan

Tarix 10.02.25, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


“İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir”.

AzFakt.com xəbər verir ki, bunu Malayziyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vasitələr axtarmalıdır”, - Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin, Qəzzada məscidlərin, kilsələrin, məktəblərin və universitetlərin bombalandığını və binaların demək olar ki, 80 faizinin dağıdıldığını bildirib.
“50 milyon tondan çox nəhəng dağıntıdan söhbət gedir. İsrail və Netanyahu hökuməti bu ağır nəticəyə görə məsuliyyət daşıyır. Onlar bu hesabı mütləq ödəməlidir”, - Ərdoğan bildirib.
Qeyd edək ki, yanvarın 19-da İsrail həbsxanalarında olan fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair əldə olunmuş razılaşma çərçivəsində İsrail və HƏMAS arasında atəşkəs rejimi qüvvəyə minib.
33 israilli girovun və minə yaxın fələstinli məhbusun 42 gün ərzində azad edilməsini nəzərdə tutan sazişin birinci mərhələsi çərçivəsində artıq beş mübadilə həyata keçirilib. Beləliklə, İsrail artıq beşi Tailand vətəndaşı olmaqla, 21 girovu qaytarmağa nail olub.



Xəbərin oxunma sayı : 1132




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap