“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı

Tarix 18.05.24, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Lerikdə İcra Hakimiyyətinə məxsus AA seriyalı avtomobilin yoluna çıxaraq qəza törədən və güzgüsünü sındıran şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Əliabad kənd yolunda baş verib. 

Belə ki, 1989-cu ildə Lerik rayonu, Sors kəndində anadan olmuş Cavid (şərti) idarə etdiyi "Niva" markalı avtomobili Əliabad kənd yolunda yüksək sürətlə idarə edib. Cavid avtomobili ilə Lerik Rayon İcra hakimiyyətinə məxsus "Cevrolet" markalı, AA dövlət qeydiyyat nişanlı maşının yoluna çıxıb. Hadisə nəticəsində ciddi qəza baş verməsə də, İcra Hakimiyyətinə məxsus avtomobilin güzgüsünü sındırıb. 

Əldə etdyimiz məlumata görə, AA dövlət qeydiyyat nişanlı avtomobildə icra başçısının müavini olub. Belə ki, 15 may 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Boykəndil kəndində səyyar qəbul keçirib.
Əkbər Abbasov Boykəndil kəndində səyyar qəbulu
 
Rayon rəhbərliyinin vətəndaşlarla qəbulu bitdikdən sonra icra başçsının müavini "Cevrolet" markalı avtomobillə Lerik şəhərinə doğru hərəkətdə olarkən hadisə baş verib. "Niva" markalı avtomobilin sürücüsü yolun onlara aid hissəsində yüksək sürətlə hərəkət edib və manevretmə qaydasını pozaraq icra başçsının müavinin olduğu avtomobilin üzərinə gələrək, yan güzgüsünü sındırıb. 

Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətə inzibati həbs edilib. 



Xəbərin oxunma sayı : 949




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap