|
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
“MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
Çoban ferma sahibinin oğlunu yataqda qətlə yetirdi: “Anamı və ailə üzvlərimi...”
Tarix 15.11.24, 16:57 |
|
Tovuz rayonunda 1988-ci il təvəllüdlü Eldar İbrahimov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Nicat Məmmədovu qətlə yetirib.
Eldar ötən ilin noyabrın 17-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşən və Habil Məmmədova məxsus çoban işlədiyi fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilisində onun 1998-ci il təvəllüdlü oğlu Nicatla birlikdə yemək yeyib, spirtli içki qəbul edərək sərxoş olub.
Eldar həmin gün saat 23:30-da Nicatın yatmasından istifadə edərək onun əvvəllər mərhum anasının və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsini özünə qarşı qəbuledilməz təhqir hesab edib, qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Tikilinin qarşı tərəfindən götürdüyü linglə noyabrın 18-də gecə saat 01:30-da çarpayıda yatmış vəziyyətdə olan Nicat Məmmədovun baş nahiyəsinə iki ardıcıl zərbə vurub. Nicat Məmmədov aldığı zərbələrdən hadisə yerindən ölüb.
Eldar törətdiyi cinayət əməlini gizlətmək məqsədilə çarpayının üzərindəki yorğan-döşəyi tikilidən götürdüyü kibritlə yandıraraq hadisə yerini tərk edib.
Habil Məmmədova məxsus yardımçı tikilinin içərisində olan əşyalar yanıb. Ümumilikdə 7916 manat dəyərində əmlak yandırılaraq məhv edilib.
İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 2016-cı ildə ailə həyatı qurub, lakin arvadı ilə rəsmi nikahları olmayıb, həmin evlilikdən bir azyaşlı uşağı var: “Həyat yoldaşımla ailədaxili münaqişələrim olduğu üçün 2019-cu ildə faktiki olaraq ayrılmışıq. Mən Tovuz rayonunun Aşağı Öysüzlü kəndində Habilə məxsus fermada çoban işləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 17 noyabr 2023-cü il həmişəki kimi fermada olub: “Noyabrın 17-dən 18-nə keçən gecə ferma sahibinin oğlu olan Nicatla fermada birlikdə qaldıq. Nicat demək olar ki, çox vaxt mənimlə birlikdə fermada yaşayırdı.
Noyabrın 17-də səhər saat 7 radələrində Nicatla birlikdə heyvanları tövlədən çıxararaq otarmağa getdik. Qoyunları otarmağa gedəndə yolda Nicatın dayısı Əlixan yanımızdan özünün idarə etdiyi “Niva” markalı maşınla keçdi. Əlixanın da həmin əraziyə yaxın ferması var.
Nicat dayısı ilə birlikdə işləri olduğu üçün rayon mərkəzinə getdi. Axşam saat 21 radələrində atasına məxsus “Mercedes” markalı avtomobillə dostları olan Rəşad və Abbasla birlikdə fermaya qayıtdı. Hərəkətlərindən hiss elədim ki, hər üçü sərxoşdur. Onlar gələndə heyvanları artıq dama yığmışdım. Dördümüz birlikdə fermanın yardımçı tikilisində oturaraq yemək yeydik, araq içdik. Həmin vaxtı Abbas araq içmədi. Kefsiz olduğu üçün Nicat onunla zarafatyana mübahisə elədi. Abbasa dedi ki, bura deyib-gülməyə gəlmişik, belə kefsiz olma. Onların mübahisəsi çox çəkmədi.
Saat 23 radələrində Nicat Abbası evlərinə, Rəşadı isə onlara yaxın yaşadığı fermaya düşürdü və yenidən fermaya qayıtdı. Mən də götürərək Rəşadgilin fermasına apardı. Nicat özü ilə pivə almışdı. Orada üçümüz birlikdə pivə içdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra öz fermalarına gəliblər, Nicat fermanın itini tövləyə qatmadığı üçün yenə onu təhqir eləyib, onu acılamağa başlayıb: “İtin üstündə yenə ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söydü. Mən ona cavab qaytara bilmədim. Sonra Nicat yatmağa getdi.
Baş vermiş hadisədən 10 gün əvvəl də Nicat ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söymüşdü. Mən onun söyüşlərini heç cür götürə bilmədim. Hətta Nicat məni bir neçə dəfə döymüşdü də. Lakin mən hüquq-mühafizə orqanlarına şikayət eləməmişdim. Nicatın məni döyüb təhqir etməsini Rəşad da görmüşdü. Mənim Nicata gücüm çatmırdı”.
Eldar bildirib ki, hadisə baş verən gün Nicat yatmağa getdikdən sonra hər dəfə onu təhqir edərək döydüyündən qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib: “Belə bir fürsətin əlinə keçməyəcəyini düşündüm. Fermanın yardımçı tikilisinin qarşısından dəmir aləti götürərək Nicatın baş nahiyəsindən bir zərblə vurdum. Ayağa qalxmaq istəyəndə baş nahiyəsindən bir daha vurdum. Nicatın xırıldayaraq öldüyünü gördüm. Saat 01:30 radələri olardı”.
Eldar qeyd edib ki, törətmiş olduğu cinayəti gizlətmək məqsədilə Nicatın yatdığı çarpayıdakı yorğanı, sonra isə döşəyi kibritlə yandırıb: “Təxminən 5 dəqiqə sonra alovun gücləndiyini gördüm və ayaqyalın həmin yeri tərk etdim. Nicatı öldürdüyüm dəmir aləti fermanın qarşısında olan içəri su ilə dolu dəmir vannaya atdım ki, onun üzərində olan qan izləri yuyulsun.
Yaxınlıqdakı hərbi hissənin növbətçi hissəsinə yaxınlaşaraq yaşadığım fermada yanğın olduğunu, Nicatın da orada yandığını bildirdim. Hərbçilər dərhal yanğınsöndürənlərə zəng edərək bu barədə məlumat verdilər. Yanğınsöndürən əməkdaşlar gəldikdə fermanın yerləşdiyi istiqaməti onlara göstərdim. Onlar gələndə yanğın demək olar ki, yekunlaşmışdı.
Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi. İlk öncə onlara yanğın hadisəsinin necə baş verməsindən məlumatımın olmadığını dedim. Lakin sonradan bu yalanı davam etdirə bilməyəcəyimi gördüm və hər şeyi olduğu kimi danışdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nicat Məmmədovla əvvəllər düşmənçilikləri olmasa da, Nicat həmişə onunla mübahisə edib və onu təhqir edib: “Bu səbəbdən Nicata həmişə acıqlı olmuşam. Qeyd etdiyim kimi, əvvəllər ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söyüdüyünə görə qisas məqsədilə onun başına dəmir parçası ilə iki dəfə zərblə vurmuşam. Niyyətim onu öldürmək olub. Törətdiyim əmələ görə peşman deyiləm. Əgər əlimə yenə belə bir şans düşsəydi, Nicatı öldürərdim. Etdiyim əməldən peşmançılığım yalnız oğlumun himayəsiz qalmasından ibarətdir”.
İş üzrə zərərçəkmiş Nicat Məmmədovun hüquqi varisi qismində ifadə verən atası Habilin sözlərinə görə, Eldar onun fermasında çoban işləyib: "Təqsirləndirilən şəxslə münasibətlərimiz həmişə yaxşı olub. Noyabrın 17-də mərhum oğlum Nicat zəng edərək fermada özünün qalacağını bildirdi. Bu səbəbdən mən fermaya getmədim.
Hadisə günü oğlum Nicat, təqsirləndirilən şəxs və oğlumun digər iki dostu ad günü məclisində yeyib-içiblər. Sonra oğlumun dostları öz evlərinə gediblər. Nicat yatmaq üçün öz yatağına uzanıb. Eldar onun baş nahiyəsinə dəmir paçası ilə zərbələr yetirib. Oğlum öldükdən sonra Eldar fermanı yandırıb, oğlum da orada yanıb.
Hadisədən sonra mənə zəng etdilər ki, fermada yanğın olub. Mən hadisə yerinə gələndə Eldar kənardan yanğın yerinə baxırdı. Eldardan şikayətçiyəm, ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyirəm”.
Habil Məmmədov verdiyi mülki iddianın təmin edilməsini, 7916 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldar 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Təqsirləndirilən şəxsə qarşı verilən mülki iddia da təmin olunub.
Hökmdən narazı qalan Eldar İbrahimov apellyasiya şikayəti verib. Onun şikayəti baxlması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu şikayət üzrə məhkəmə prosesi başlanacaq./Teleqraf.com
Xəbərin oxunma sayı : 898
Hadisə
Xəbərlər
-
Bu gün instaqramda paylaşılanlar - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri: Kim gəlir, kim gedir?
-
Gözəllik salonlarında bu xidmətlər qadağan olundu - Rəsmi xəbərdarlıq
-
“Müharibə bu halda bir-iki aya bitə bilər” - Putin
-
Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı
-
İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidir? - Açıqlama
-
Plastik əməliyyat etdirən aktrisa: “Bədənimdən çirk axmağa başladı“
-
Ərdoğanın Xocalı səfəri - “Şuşada Türkiyə konsulluğunun təməli atılsa...”
-
Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib - Prezident çıxış edib + VİDEO
-
500 manat kredit götürdü, 1500 manat faiz ödədi - Lombard dələduzluğu
-
“Şirvanşah“ muzey restoranında FHN üçün 1500 manatlıq ziyafət
-
Tıxaca görə yeni yollar çəkiləcək - Siyahı
-
Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib - SİYAHI
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
-
“Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
-
Yayılan feyk məlumatlar Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir - MEDİA
-
ARDNF-in aktivləri 60 milyard dolları ötüb - Hesabat
-
Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub - SİYAHI
-
Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm
-
Ən çox sığorta ödənişi edən şirkətlər - SİYAHI
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Yeni tərkib formalaşdırılıb
-
Deputatlar toplanacaq - 16 məsələ müzakirə olunacaq
-
Prezidentdən yeni təyinat -SƏRƏNCAM
-
İcra hakimiyyətləri benzinə nə qədər pul xərcləyirlər? - Siyahı
-
On üç yaşlı qız üç uşaq atası ilə qaçdı: “Pəncərəsiz otaqda dəhşət yaşadım...“
-
Miqrasiya Məcəlləsi dəyişib - Prezident İlham Əliyev əlavələri təsdiqləyib
-
Təyyarə qəzası ilə bağlı XİN adından saxta məlumatlar yayılır -Xəbərdarlıq + FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Zəngəzurla bağlı tələbini açıqladı - “Azərbaycana maneəsiz keçid verməlidir...”
-
Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir - Əmlak davası
-
“Əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır” - Prezident
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - Xəstəxanaya yerləşdirilib
-
Yunanıstandakı səfirimiz birinci katibi döyüb? - XİN-dən AÇIQLAMA
-
Prezident nəqliyyat məsələləri ilə bağlı müşavirə keçirdi - Fotolar
-
“Rossotrudniçestvo“nun əsl mahiyyəti - “Rus evlər“i casus şəbəkəsi rolunda
-
Falçıya gedən qadının aqibəti görün necə oldu... - Azərbaycanda ŞOK OLAY
-
Sabah gecə səsvermənin ilkin nəticələri açıqlanacaq - MSK sədri
-
“Ajiotaj yaratmağa ehtiyac yoxdur” - Şahin Bağırovdan maaş açıqlaması
-
Lənkəranda sərnişin avtobusu minik maşınının üzərinə aşıb: 24 nəfər xəsarət alıb
-
Əməliyyat zamanı “TikTok“da canlı yayım açan tibbi personal cəzalandırıldı - VİDEO
-
“Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslər saxlanıldı - VİDEO
-
“Abşeron A1” MTK-nın nümayəndəsinə hökm oxundu: özünü sədr kimi təqdim edib
-
Siqaretin zərərini azaldan bitki - Çəkənlər bundan yesin
-
Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
-
Daxili İşlər Nazirliyi süni intellektlə bağlı - Xəbərdarlıq
-
Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO
-
AAAF parkdakı qanunsuz tikinti aidiyyatı məmurlarla “razılaşdırılıb“ - Prezidentə xəyanət
-
“Orta statistik azərbaycanlı” özünə ev almaq üçün 35 il gözləməlidir - Hesablama
-
Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
-
İran mollası vəzifəsindən kənarlaşdırılıb - Azərbaycan əleyhinə çıxışlar edirdi
-
Evi qəzalı vəziyyətdə olan Lerik sakinindən nazirə müraciət: “15 il keçib, problemim hələ də qalır...“
-
Sabiq baş direktor hakim qarşısında: “İşimiz məhsullara gigiyenik sertifikatın verilməsi idi“
-
ANAMA-dakı yoxlamaların detalları: Nəticələr parlamentə göndəriləcək
-
Dövlət əleyhinə çağırış etmişdi - 6 illik həbs olundu
-
İnsanlar ən çox hansı banklardan kredit götürürlər? - Tam siyahı
-
Adəm Məmmədovun vəkillik fəaliyyəti DAYANDIRILDI
-
“Khazar Drink“ məhkəmə qarşısında - Protokola bu tarixdə baxılacaq
-
Sərxoş halda transformatora girdi, yanaraq öldü - FOTO
-
“ASAN Xidmət“də 10 mini götürüb qaçmışdı - 5 ay sonra tapıldı
-
62 kq narkotiklə tutuldular - Video
-
Ələddinin koreyalı məhəbbəti - VİDEO
-
“Yolun sonu göründü” - Ərdoğan
-
Neymar “Əl-Hilal”dan getdi - Rəsmi
-
Qalmaqallı cərrah yenidən iş başında
-
Xərclərin 70 faizini dövlət qarşılayacaq - VİDEO
-
ABŞ “Dəmir Qübbə” yaradır - Trampdan Fərman
-
Bu gün Azərbaycanda “sükut günü”dür
-
Xatunun kürən saçları və oriyental rəqsi - Video
-
İnzaqi A Seriyasının tarixinə düşdü - Rekord
-
Həcc ziyarəti nə vaxt başlayacaq? - Tarix açıqlandı
-
Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib
-
Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Əkin sahələrinə subsidiya verilməsi qaydası dəyişdi - Detallar
-
Yolda avtoxuliqanlıq edən yük maşını sürücüsü həbs edildi - VİDEO
-
“Birbank”a nə olub? - Rəsmi açıqlama
-
AAAF Parkda tikilən qanunsuz obyekt tamamlandı - Ulu Öndərin posteri restoranla əvəzləndi
-
Kosmetoloji xidmətlər zamanı yanlış mütəxəssis seçimi ölümə səbəb ola bilər - VİDEO
-
“Suriyada baş verənlərə bəzi dövlətlər müdaxilə etmək istəyir“ - Ömer Çelik
-
Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi
-
Dövlət Xidməti bir ədəd su sayğacının qutusu üçün 11 manat ödəyir - 500 min ayrılıb
-
“Tək bu gün 4-5 nəfər hücuma məruz qalıb“ - Xırdalanda sahibsiz itlər problemi
-
“İnvestAZ“ın adı milyonluq dələduzluq işində -Məşhur şəxslər arasında qalmaqal
-
Azadlığa çıxan hakim dəymiş ziyanı ödəməyib? - Yeni detallar
-
Daxili Qoşunların Hərbi İnstitutu tələbə qəbulu elan edib - Şərtlər
-
Bu yolda hərəkət dəyişikliyi edildi - Qaydaları pozanlar 100 manat cərimə olunacaqlar
-
Arvadını öldürən 70 yaşlı kişinin qardaşı oğlu da həbs edilib - Baltanı gizlədib
-
“Nimesil” istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Şantaja görə tutulan qadın sirləri açdı: “Faizə pul vermişəm“
-
Azərbaycan qeyri-neft məhsullarını bu ölkələrə satır - CƏDVƏL
-
“Zəngəzur” PUA-sının yeni görüntüləri - FOTO
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
-
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub - FOTOLAR
-
Polşada qalmaqal - Yüzlərlə siyasətçinin telefonu dinlənilib
-
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı - FƏRMAN
-
Nəzrinin işində ziddiyyətlər və sual doğuran məqamlar - DETALLAR
-
Prezident bu qurumlarda maaşları artırdı - Sərəncam
-
Türk memarlığının şah əsərləri -Taxta məscidlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Samir Şərifova yeni vəzifə verdi - Sərəncam
-
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
-
Nazir və komitə sədrləri... - Onların fevral ayı üzrə qəbul günləri elan olundu (CƏDVƏL)
-
278 min manatlıq oğurluq edən şəxslər saxlanılıb - Narkotik və odlu silah aşkarlanıb
-
Agentlikdə sədr müavinlərinin sayı artıb - Təyinat
-
“Vəhşi Arman“, keçmiş rəis, və keçmiş deputata hökm oxundu - Ağır cəzalar
-
“Şimali Koreya əsgərləri cəbhə xəttindən geri çəkiliblər“ - Xarici KİV
-
Məmurlara telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
-
AMEA-da gözlənilməz dəyişiklıik - İnstitut ləğvi olunub
-
Yaşayış binalarına “cambalkon” quraşdırılması qadağandır? - VİDEO
-
Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb - KREML
-
Antalyanın irsi: Qədim yaşayış məskənləri - FOTOLAR
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul etdi - Fotolar
-
“Fəvvarələr” meydanında qanunsuz tikintinin qarşısı alındı - Komitədən açıqlama
-
İtaliya ilə Səudiyyə arasında 10 milyardlıq anlaşma: Ərəb pulları hara yatırılacaq?
-
Qurban Qurbanov AFFA-dan gedir? - Qurumdan açıqlama
-
Prezident İlham Əliyev İsraili qonaqları qəbul edib - FOTOLAR
-
Fevralın 1-dən pensiyalar nə qədər artırılacaq? - İqtisadçı açıqladı
-
Bu plastik cərrahların şəhadətnamələri ləğv ediləcək - Qərar verildi
-
İlham Əliyev Lukaşenkoya zəng etdi - Seçkidə qələbəyə görə təbrik edib
-
Avtomobilləri üçün qeyri-orijinal şüşə alanlara xəbərdarlıq - VİDEO
-
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində mənimsəmə işi - “Biz istəsək, verməyəcəklər, xahiş edirik...“
TOP 10
ARXİV