“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şor pendir qiymətinə, pendir ət qiymətinə... - Kasıb nə yesin? - Fotolar

Tarix 28.01.22, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu şorun maya dəyəri neçə manata qalxıb ki, satış qiyməti ceyran belinə çıxıb?..

Ucqar kənd evinə gələn qonağın, gedən zaman səhər-axşam yeyilən şora işarə edib, “mən gedirəm, amma bu ağ şey nədirsə, sizi qıracaq” məsəlini danışıb, qəhqəhə çəkənlərə fikir verməyin. Tamamilə əksinə, bizi qıran yox, bizi saxlayan qidalardandır şor.

Müasir tibbin belə məsləhət gördüyü, sümüklərin və insan skeletinin formalaşmasında əvəzsiz nemət olub şor. Ona görə “olub” deyirik ki, əvvəllər imkansız kütlənin əli çatan bu nemətin son vaxtlar qiyməti ceyran belinə qalxıb, özü isə “delikateslər” siyahısında qərar tutub.

Hələ onu da deyək ki, söhbət dədə-baba üsulu ilə hazırlanmış təbii şordan yox, quru süddən hazırlanan, min bir kimyəvi qatqı ilə ortaya çıxan şordan gedir.

Beləcə indi şor pendir qiymətinə, pendir ət qiymətinə, çörək şor qiymətinə olub...

Bəs kasıb səhər nə yesin?

Qədimdən şor çörək kasıbların səhər yeməyi olub. Süfrəsində heç nəyi olmasa da, bir ailənin şoru mütləq olardı. Uzağı 2 il əvvəl bir kilosu 2-3 manata olan şor, 6-7 manata qalxıbsa, əlbəttə yanındakı pendir də bahalaşacaq. Ötən il qiyməti 5-6-7 manata olan pendirlər indi marketlərdə 9-18 manatadır.

Rayonlarda, kəndlərdə insanlar həyətlərindən 1-2 manata satdığı tər-təmiz şor şəhərə gəlib çıxan yolları süni sürətdə bağlanır, əvəzində pendir sexlərinin quru süddən hazırladığı adi şor marketlər şəbəkələrindən keçib süfrəmizin başına oturur. Özü də od qiymətinə...

Bu şorun maya dəyəri neçə manata qalxıb ki, satış qiyməti ceyran belinə çıxıb?

Görəsən, istənilən artıma iqtisadi terminləri köməyə çağırıb don geydirən iqtisadi-ekspertlər şorun 6-7 manat olmasını necə şərh edir?

Kiçik bir hesablama aparsaq görərik ki, 5 nəfərdən ibarət bir ailə hər səhər 500 qram şor istehlak edərsə, bu bir ay ərzində 14-15 kq şor edir.

Bəs sizin, bir ayda şora verməyə 70-80 manat pulunuz varmı?

medicina.az








Xəbərin oxunma sayı : 628




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap