![]() |
|














Çovdarovdan sonra “Broker Əbülfəz“... Məhkəmələrdən “korrupsiya qəhrəmanları“ üçün “aç burax” kampaniyası
Tarix 21.02.23, 16:14 |
|

Səbail Rayon Məhkəməsinin “monopolist Əbülfəz” kimi tanınan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ev dustaqlığına buraxılmasına dair qərarı cəmiyyətdə haqlı olaraq, birmənalı qarşılanmadı. Azərbaycan reallıqları nəzərə alınsa, bu, o deməkdir ki, böyük ehtimalla Ə.Məlikova dair həbs qərarı seçilməyəcək və “şərti iş”, yaxud buna bənzər hansısa başqa bir hökm çıxarılacaq.
Xatırladaq ki, bu şəxs Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri əsasında, yəni, kifayət qədər ağır cinayətlərdə günahlandırılır. Məsələnin rəsmi tərəfi bir kənara, Azərbaycanda uzun illər “monoipoliyaya” haqq ödəmiş və bu zaman “Broker Əbülfəzi” tanımamış və onun “bayrağının altından keçməmiş” iş adamı demək olar ki, olmayıb. Yəni, hamı bilir ki, bu adam nə işlə məşğul olub, nələrə sahiblənib, “krışası” kimlər olub və sair.

Haşiyə çıxaraq onu da qeyd edək ki, sabiq millət vəkili və Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev həmin bu Əbülfəzin Rusiyada yaşayan və Azərbaycanın ən qatı düşmənlərindən biri olan erməni milyarder Ara Abramyanla yaxın qohumluq əlaqəsində - “yeznə-qayın” olduğunu dəfələrlə açıq şəkildə mətbuata bildirib.
Nə Ə.Məlikovun özü, nə vəkilləri, nə də yaxınları bunu təkzib etməyiblər. Hansı ki, əgər bu deyilənlər həqiqətdirsə, ortada təkcə korrupsiya, oğurluq yox, ölkənin milli maraqlarını təhlükə altına alan daha ağır məsələlərə dair şübhələr yaranmış olur...

Bütün bunlara baxmayaraq, indi belə bir adama qarşı ədalət anlayışına hamımızın yaxşı bələd olduğu Azərbaycan məhkəmə sistemi “mərhəmət göstərərək” və daha çox Avropa, Amerika məhkəmələrinin geniş yayılmış təcrübəsindən çıxış edərək, ev dustaqlığı barədə qərar çıxarır.
Hansı ki, Azərbaycanda Əbülfəz Məlikovdan fərqli olaraq, ağır xəstəliyi, olduqca ağır, acınacaqlı ailə vəziyyəti, xəstə valideynləri, övladları olan və heç də “Broker Əbülfəz”in maddələrindən ağır maddələrlə mühakimə edilməyən minlərlə şəxs var ki, ev dustaqlığını heç ağlının ucundan da keçirə bilmir. Çünki belə müraciətlər dərhal rədd edilir. Çünki yaxşı bilir ki, bu cür “Avropa sayağı” qərarlar necə qəbul olunur və “humanistlik” də, “güzəşt” də, “mərhəmət” də kasıb-kusub üçün yox, korrupsiya, talançılıq, oğurluq hesabına varlananlar üçündür...
Bir müddət əvvəl təxminən eyni münasibət “MTN işi”nin ən əsas fiqurlarından biri, Azərbaycanda general rütbəsi səviyyəsində korrupsiya ilə quldurluğun və reketliyin sintezinin simvoluna çevrilmiş Akif Çovdarovun 10 milyonlarla dəyərində əmlakının geri qaytarılması işində özünü büruzə verdi. Açıq-aşkar, harın və nümayişkaranə şəkildə təkcə cəmiyyətə yox, Azərbaycanın məhkəmə, hüquq-mühafizə sisteminə, dövlətə meydan oxuyan bu adam hazırda Azərbaycan məhkəməsinin “ƏDALƏTİ” sayəsində məlum yollarla “qazandığı” on milyonlara yenidən sahiblənməkdə və həyatının qalan hissəsini kef-damaq içərisində keçirməkdədir.

Ali Məhkəmə sədrinin Çovdarovun əmlakları ilə bağlı qərara verdiyi müsbət rəy isə belələrinə necə himayədarlıq edildiyini ortaya qoymaqla yanaşı, yəqin ki, Azərbaycanın ədalət mühakiməsi tarixinə “qızıl hərflərlə” yazılacaq tarixi hadisə olacaq...
Əlbəttə, Azərbaycanda Çovdarovdan da “beş betər”, ondan qat-qat üstün vəzifələr tutmuş, milyonlar yox, yüz milyonlara, bəlkə də milyardlara sahiblənmiş, əli daha ağır cinayətlərə bulaşmış, Azərbaycanın milli maraqlarını, bugününü, gələcəyini satmış şəxslər var ki, nə heç olmasa görüntü xatirinə istintaqa cəlb olundular, nə mühakimə edildilər, nə həbsxana gördülər, nə də əmlakları, pulları əllərindən alınıb, dövlətə, büdcəyə qaytarıldı. İndi də şad-xürrəm həyatlarını davam etdirirlər. Eldar Mahmudovumu deyək, Zakir Qaralovumu deyək, Rüstəm Usubovumu deyək, Ramiz Mehdiyevimi deyək, Nəcməddin Sadıkovumu deyək – hansı birini deyək?

Yəqin, bu cür qərarları verən hakimlər və onlara tapşırıq verənlər yaxşı başa düşürlər ki, belə məhkəmə sistemi, ədalət anlayışı ilə bizi nəinki Avropaya, Qərbə, heç Yaxın və Uzaq Şərqə, hətta Afrikaya da buraxmazlar...
Adətən, əksər hallarda məhbuslar barədə “Allah qapısını açsın” deyirlər. Olsun. Lap “Broker Əbülfəz” kimilərin də qapısını açsın. Amma qoy, ilahi qüvvə ilk növbədə məhkəmələrimizin, hüquq-mühafizə, ədalət sistemimizin “vicdan qapısını” açsın... Açsın ki,ölkəni çapıb-talayan, vətəndaşlara quldur münasibəti göstərən məmurlar layiq olduğu şəkildə cəzalandırılsınlar! Açsın ki, əbülfəzlərə, çovdarovlara yandırılan “yaşıl işıq” günahsız olduğu halda məhkəmələrin, hüquq-mühafizə orqanlarının qapılarında süründürülən, hətta həbsə atılan vətəndaşlarımız üçün də keçərli olsun! Çünki belə görünür ki, yerdəki qüvvələr bunu bacarmır...(azpolitika.info).
Xəbərin oxunma sayı : 457
Gündəm
Xəbərlər
-
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub - FOTO
-
Meyvə götürüb tanışlığa gedib -
-
Bakıda zibili eşşək arabası ilə daşıyırlar: “Beş manatdan pul yığırıq“ (VİDEO)
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
TOP 10
ARXİV