| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Peşəkar suallar heç vaxt cavabını tapmayacaq” – Arif Əliyev
Tarix 02.05.21, 21:08 |
|
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri: “Jurnalist öz əməyinin nəticəsini iki şeydə görməlidir: maddi qazancında və cəmiyyətdəki hörmətində”
Əgər səni peşəkarlıq səviyyən narahat edirsə, deməli, sən inkişafın izini itirməkdən qorxursan. Belə bir fikir də var ki, inkişaf etmək istəyən gərək komfort zonasını tərk etsin. Bunun üçün isə bəzən bir təkan, səni hərəkətə keçirən qüvvəyə ehtiyac duyursan. Müzakirələr, tənqidlər də çox zaman bunun üçün var.
Son günlərdə jurnalistlər arasında gedən müzakirələrdən biri də mediamızda peşəkar jurnalist qıtlığıdır. Düzdür, müzakirə var, tənqidlər səsləndirilir, amma konkret olaraq peşəkar jurnalistin portretini təsvir edən gözə dəymir. Biz də AYNA olaraq istədik, bu portreti “Yeni Nəsil” Jurnalistlər Birliyinin və “Pressklub” İdarə Heyətinin sədri, tanınmış jurnalist Arif Əliyevə çəkdirək. Müsahibəmizi oxuyaraq, bəlkə elə siz də suallarınıza cavabı burada tapacaqsınız. Beləliklə:
- Arif müəllim, ölkəmizdə peşəkar jurnalist qıtlığından şikayətlənənlər çoxdur. Mümkünsə, bizim üçün peşəkar jurnalistin portretini çəkin, onun cizgilərini aydınlaşdırın.
- Mənim yadımdadır ki, tələbəlik illərində – Moskvada oxuduğum vaxtlarda bizə bir səhifəlik material verdilər və dedilər ki, bunu peşəkar redaktə edin. Hərə bir cür redaktə etdi və nəticədə verilən mətndən, demək olar ki, ortada bir şey qalmadı. Sonra məlum oldu ki, bu, Lev Tolstoyun əsərindən balaca bir parça imiş. Yəni demək istəyirəm ki, jurnalist yanaşması, jurnalist üslubları – bunlar son dərəcədə fərqlidir. Ancaq müəyyən qaydalar var ki, o qaydalar, siz demiş, peşəkarlığın portretinin əsas cizgilərini müəyyənləşdirir. Bir çox peşə növlərindən fərqli olaraq jurnalistikada peşəkarlığın çərçivələri xeyli dərəcədə dəqiq və aşkar cızılıb. “Peşə etikası kodeksi normaları” dediyimiz qaydaların davranışa bir o qədər aidiyyəti yoxdur, bu, yazı formalarına aidiyyəti olan bir şeydir. Yazmaq cəhətini bir tərəfə qoyuram, çünki bu, Allah vergisidir, varsa - var, yoxsa - sən yalnız xəbərləri rəndələməkdən o tərəfə keçə bilməyəcəksən. Əgər biz götürsək ki, Azərbaycanda 5000 nəfər jurnalist var, onun 4500 nəfəri xəbərləri tərtib etməkdən o yana keçə bilmir. Xəbər jurnalistikası demirəm, onların daha mürəkkəb janrlara keçmək imkanları məhduddur. Amma bütövlükdə götürdükdə peşəkarlığın əsas cəhətləri – hərtərəflilik, obyektivlik və sairdir.
Əsas göstəricilərdən biri müstəqillikdir. Peşəkarlıq mütləq müstəqilliyin üzərində qurulmalıdır. Müstəqillik yoxdursa, peşəkarlıq üçün stimul yoxdur. Peşəkarlıq dediyimiz əmtəədir. Hərə bir şeyini satır, dolanır, pul qazanır. Biz də peşəkarlığımızı satmaqla pul, ad, cəmiyyətdə nüfuz qazanırıq. Gəlin baxaq, belədirmi? Azərbaycan jurnalisti pulu peşəkarlıqlamı qazanır? Nüfuzu onunla qazanır, yoxsa baxır hansı tərəfə yaxınsan, kimin yanında dayanmısan? Ona görə də belə şəraitdə – müstəqilliyin olmadığı halda peşəkarlıq haqda danışmaq o qədər də yerinə düşmür.
Digər bir cəhət ondan ibarətdir ki, peşəkar jurnalist mütləq tənqidlərində qərəzsizliyini təmin etməlidir və hər tərəfə öz sözünü demək imkanı verməlidir. Bizim telekanallarımızı götürək, orada bunu təmin etmək tam mənada mümkündürmü? Qadağa siyahısında adı olan şəxslər var və həmin adamlar oraya düşə bilməzlər, baxmayaraq ki, haqlarında nələr desən, səsləndirilir. Bu qeyd etdiklərim peşəkarlıq üçün baza elementlərdəndir. Bu cür elementləri nəzərə alanda görərik ki, peşəkarlıqla bağlı bizdə ciddi problemlər mövcuddur.
- Müstəqillik məsələsinə toxundunuz. Təbii ki, insanın daxili müstəqilliyini yox, mühitin müstəqilliyini nəzərdə tutursunuz. Müstəqillik olmayan yerdə peşəkar olmaq mümkündürmü?
- Jurnalist özü peşəkar ola bilər, amma olduğu mühit müstəqil deyilsə, peşəkar məhsul ortaya qoya bilməyəcək.
- Jurnalist peşəkarlığı nəyi tələb edir: qayda-qanunlara əməl etməyi, yoxsa içindən gələn dalğanı izhar etməyi?
- Bütövlükdə hər ikisi mütləqdir. Qanun deyəndə biz yazılı qanunları, qayda dedikdə yazılmayanları da nəzərdə tuturuq. Bunun çərçivəsində sizin kifayət qədər böyük manevr imkanlarınız var. Ümumiyyətlə, qanunun nə qədər vacib olub-olmaması peşəkar jurnalistikada bir çox mübahisələrə səbəb olur. Bayaq dedim ki, bir çox peşələrdən fərqli olaraq jurnalistikada peşəkarlıq çərçivələri kifayət qədər yoğun cızılıb. O çərçivələrə, əlbəttə ki, qanun da daxildir.
- Peşəkar jurnalist tutduğunu qoparmalıdır, yoxsa daha çox etik davranış qaydalarına qapılıb müsahibi ilə o cür münasibət qurmalıdır?
- Jurnalistdə ötkəmlik, bir işin axırına getmək hövsələsi, həvəsi olmalıdır. Əgər sən məsələn, oğurluq etdiyini bildiyin, amma üzünə oğru deyə bilmədiyin bir məmurdan və ya şəxsdən dönə-dönə, təkidlə cavab almaq istəyirsənsə, burada heç bir abırsızlıq yoxdur. Buna müəyyən mənada həyasızlıq demək olar. Yəni qapıdan qovursan, pəncərədən girir.
Hakimiyyət yaranandan bəri, onu yaradan insanlar özlərini həmin hakimiyyətdən qorumaqla məşğuldurlar. Bunun üçün onların əlində mediadan – jurnalistikadan yaxşı bir alət yoxdur. Bu missiyanı cəmiyyət jurnalistə tapşırıbsa, o, qanunun, etik qaydaların ən son həddinə qədər həmin missiyanı yerinə yetirməyə çalışmalıdır. Biz indi fundamental professional məsələlərdən danışırıq. Professionalizmə adi bir faktı hansı formada, nə vaxt təqdim etmək də daxildir.
- Arif müəllim, necə düşünürsünüz, mediamızda peşəkar jurnalist qıtlığı qabardıldığı qədərdirmi?
- Bütün dünyada xeyli müddətdir, böyük jurnalist təşkilatları tərəfindən də qəbul olunur ki, peşəkarlıq problemi var. Bu, bir tərəfdən ondan ibarətdir ki, tək Azərbaycanda yox, hər yerdə mediaya təzyiqlər güclənib. O cümlədən, jurnalistlərin qanuni fəaliyyət imkanları da xeyli dərəcədə məhdudlaşdırılıb. Peşəkarlıq problemini kəskinləşdirən ikinci səbəb isə texniki inkişafdır. Məsələn, sosial şəbəkələr və s. jurnalist peşəkarlığına xeyli ziyan vurdu. Jurnalistikaya blogerlər daxil oldu, vətəndaş jurnalistikası yarandı və s. Amma digər peşələrdə bu kimi şeylər olmur, vətəndaş hərbçiliyi, jurnalist həkimliyi deyə bir şey yoxdur. Digər peşələr kimi jurnalistika da insanların professional şəkildə məşğul olduğu peşədir.
Azərbaycan kimi ölkələri və ya bütövlükdə post-sovet ölkələrini götürdüyümüzdə əlavə çətinliklər var. Bunlar da ona görədir ki, cəmiyyətin, dövlətin ideoloji təzyiqi həddindən artıq güclüdür. Sizə xatırladım, cəmi bir neçə il əvvəl ən yüksək tribunalardan səslənirdi ki, jurnalistin başlıca vəzifəsi dövlətçiliyə xidmət etmək, vətəndaşlığını nümayiş etdirməkdir. Siz bunu jurnalistlər üçün heç bir professional qaydalarda tapa bilməzsiniz. Əksinə dövlətçiliyə xidmət etmək jurnalistin vəzifəsi deyil. Vətəndaş kimi danışa bilərik, amma jurnalistikaya belə bir vəzifə daxil deyil. Bunlar jurnalistikaya çox ciddi ziyan vurdular.
Və bir element kimi onu da qeyd edim ki, növbəti vacib və mühüm cəhət stimuldur. Jurnalistdə professionallıq həmişə və hər yerdə ancaq stimul tələb edir. Professional daha yüksək pul alacaq, professional daha hörmətli olacaq, daha yüksək vəzifəyə malik olacaq, cəmiyyət tərəfindən daha yaxşı qəbul olunacaq. Əks halda heç bir peşədə, eləcə də jurnalistikada peşəkarlıq bir institut olaraq inkişaf etməyəcək. Sadəcə bizim peşəmiz zərbələrə daha həssasdır, çünki biz insanlarla və sözlə işləyirik.
- Stimul ancaq maddimi olur, yəni başdan sadalasaq, ən birinci stimul maddi sayılır?
- Xeyr. Cəmiyyətdə hörmət, vəzifə ən başlıca stimul mənbəyidir. “Mörfi qanunu”nda deyilir ki, “Söhbət nədən gedirsə getsin, həmişə gəlib pula dirənir”’. Maddi tərəf verilən qiymətin bəlkə də ən bariz formasıdır. Biz niyə deyirik ki, jurnalistlərə ad verməyin, jurnalistlərə orden, medal verməyin? Jurnalist öz əməyinin nəticəsini iki şeydə görməlidir: maddiyyatında və cəmiyyətdəki hörmətində. Amma digər tərəfdən götürəndə medallar, adlar və s. – bunlar da qiymətin bir formasıdır. Ancaq bunlar səni harayasa bağlayan və asılılıq yaradan formalardır.
- Fikir vermişəm, peşəkarlıqdan söz düşəndə jurnalistləri elə verdikləri suallara görə də qınayırlar. Hətta, bir də görürsən ki, hansısa qurumun mətbuat xidməti “Bu cür sual verilməz”, - deyə qınayıcı fon yaradır və sual ünvanlayan jurnalistə peşəsini “öyrətməklə” bir növ onun ağzını yummağa çalışır. Burada belə bir sual da yaranı: peşəkar jurnalist istədiyi sualı verə bilərmi?
- Heç bir mövzuya və heç bir suala qadağa yoxdur. Forma, əlbəttə, müəyyən bir çərçivədə olmalıdır. Məsələn, özüm rəhbərlik etdiyim bütün strukturlarda həmişə birinci qayda kimi şərt qoymuşam ki, heç bir mövzuya, heç bir tənqidə qadağa yoxdur. Məhdudiyyətlər ancaq tərzdə var. Mən sizi başa düşdüm, bu sualın kökunun professionallığa yox, bayaq dediyim kimi dövlət qurumlarının özləri üçün seçdikləri əlahiddə hüquqlara, hüdudlara daha çox aidiyyəti var. “Sən sualı nə cür verə bilərsən, nə cür verə bilməzsən - bunu mən deyə bilərəm” münasibəti sərgiləyir, hətta bir neçə il əvvəl bundan da artığını edirdilər: “Sən hansı sualı verə bilərsən, hansı sualı verə bilməzsən - mən deyəcəm”. Ona görə bu, yəqin ki, bir az başqa müstəvidən olan söhbətdir, ancaq əgər mövzuya toxundunuzsa, mən deyim ki, əlbəttə, sualları vermək bacarığı, hətta aldığın cavabı düzgün yazmaq bacarığı bir çox jurnalistdə yoxdur. Sən özün bir suala cavab verəndən sonra onu oxuyanda verdiyin cavabı tanıya bilmirsən. Bu, niyə, nədən irəli gəlir? Bax, o, peşəkarlığın mühüm cəhətlərindən biridir.
Bizim jurnalist kimdir? Bu gün bir siyasətçiyə zəng edir, bir sual verir, sabah dəmiryol idarəsinin rəisinə zəng edir bir sual verir, üçüncü gün SOCAR-ın şöbə müdirinə zəng edir, o birisi gün hansısa bir restoranın müdirinə zəng edir, sual verir, danışır. Niyə? Çünki ixtisaslaşma yoxdur. İxtisaslaşma olmadan insan nə cür professional ola bilər? Tutaq ki, mən mədəniyyət sahəsindən yazan bir jurnalistəm, o zaman jurnalistikanın qaydalarını bilməkdən əlavə mədəniyyət sahəsini də bilməliyəm. Bu, siyasətə də, iqtisadiyyata da, idman jurnalistikasına da və s. aiddir.
Siyasətdən yazmaq elə də asan məsələ deyil, amma bizdə kimdən soruşsan, deyər ki, “siyasətdən yazmağa nə var?!” Biz heç bir sahədə 99% ixtisaslaşmırıq, hərşeyşünasıq. Hərşeyşünas da heç zaman professional ola bilməz. Əgər sən bir publisistsənsə və yaxud da daha çox mənəviyyat mövzularından yazırsansa, bu, başadüşüləndir. Amma sən redaksiyada işləyib xəbərlər hazırlayırsansa, hansısa bir mövzuda araşdırmalar aparırsansa, yazırsansa, məşğul olduğun sahəni bilməlisən.
- Burada maraqlı bir məqama toxundunuz. O zaman sual yaranır: bəs redaktorlar neynəsinlər? Bu saydığınız sahələrin hamısı üzrə deyək ki, jurnalistlər ixtisaslaşıblar. Mədəniyyətdən biri, kriminaldan başqa biri, siyasətdən daha başqa biri yazır. Lakin sonda bu yazılar redaktorun əlindən keçir. O zaman redaktor hərşeyşünas sayılır, yoxsa…?
- Əslində, biz jurnalist peşəkarlığından danışırıq, amma professional redaksiyaların nə cür olmalı olduğunu nəzərdən qaçırırıq. Bizim redaktor tutaq ki, indi idmandan material redaktə edirsə, yarım saatdan sonra siyasətdən material üzərində işləyir, daha sonra da başqa bir sahədən və s. Bu zaman reaktor vicdanlıdırsa, yazıya vicdanla yanaşacaq və bir çox məqamları dəqiqləşdirmək üçün kifayət qədər vaxt sərf edəcək. Professionalizmdən danışırıqsa, ixtisaslaşma redaktorlara da aiddir. Professional redaksiyaların qurulmasından söhbət ediriksə, professional redaksiyaların ombudsmanı olur, özlərinin peşə kodeksləri, üslub kitabı olur. Bunların heç biri yoxdur. Hətta istənilən saytı götürüb baxsaq, yeddi-səkkiz üslub forması görərik. Material bu gün bu cür verilir, sabah başqa cür. Bu gün bu cür dırnaqlardan istifadə olunur, sabah başqa cür. Amma professional redaksiyalarda bunların hər biri əvvəlcədən müəyyənləşdirilir, dəqiqləşdirilir, kitab halına salınır, hamı üçün məcburi bir formaya salınır və bunun əsasında da işlər qurulur.
Bu yaxınlarda mənə “Amerikanın səsi”ndəki aparıcı şəxslərindən biri dedi ki, “biz jurnalistlər üçün treninqlər təşkil edir, onlara informasiyanı oxucuya daha cəlbedici formada verməyin yollarını öyrətməyə çalışırıq”. Təsəvvür edin, əvvəllər onlayn mediada materialın oxucunu özündə saxlamaq üçün 6 saniyəsi var idisə, indi bu, 3 saniyəyə enib. Əgər 3 saniyə ərzində materialınla oxucunu cəlb edə bildinsə, bildin, bacarmadınsa, oxucu başqa səmtə yönələcək. Biz öz bildiklərimizdən yola çıxıb peşəkarlıq barədə müzakirə aparırıq. Lakin nəzərə almalıyıq ki, dünya bu söhbəti tamamilə başqa müstəvidə, fərqli meyarlara söykənərək aparır.
- Son olaraq, peşəkar jurnalist kimi yetişmək istəyən gənclərə məsləhətləriniz nədir?
- Mən “Gün-Səhər” qəzetinin baş redaktoru olanda redaksiyada belə bir qayda qoymuşdum: Jurnalistlər ay ərzində nə qədər kitab alırdılarsa, ayın sonunda çekləri gətirirdilər və redaksiya onların pulunu ödəyirdi. Deyəcəyim odur ki, oxumaq lazımdır. Mən bayaq “Amerikanın səsi”ndən misal çəkdim. Professional olmaq və bunu qorumaq üçün jurnalist il ərzində mütləq kurslara qatılmalıdır. Bəzi redaksiyalarda bu, məcburidir.
Daim oxumaq vacibdir. Mənim baxmayaraq ki, 60-dan çox yaşım, jurnalistikada kifayət qədər təcrübəm var, əgər oxumasam, 10 il geri düşərəm. Professionallıq üçün daim oxumaq, yeni təcrübələrlə tanış olmaq şərtdir. Hətta yaxşı yazmaq, üslubunu inkişaf etdirmək üçün də bu, önəmlidir. Təəssüf ki, bizim peşəkarlıqdan danışan jurnalistlərimizin əskəriyyəti ədəbiyyatla maraqlanmır.
Jurnalistikanın əsas professional sualları heç vaxt cavabını tapa bilməyəcək. Mətbuat, ictimai şuralar ona görə var ki, hansısa situasiyada davranışları qiymətləndirsin. Çünki hər gün yeni bir sual doğur və yəqin siz də baxmayaraq ki, prinsipləri bilirsiniz, amma bəzi məqamlarda düşünməli olursunuz ki, bu cür etsəm, yaxşı olar, yoxsa başqa cür. Əsas odur ki, beyin daim fəaliyyətdə olsun, proses daim getsin və insan daim öz üzərində işləsin.
Xəbərin oxunma sayı : 619
Müsahibə
Xəbərlər
-
Xaricdən Azərbaycana qarşı hücum: Altay Göyüşovun “tarixçi” maskası düşdü
-
Hakan Fidan Bakıya gəldi, Ceyhun Bayramovla görüşdü - FOTO
-
Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu
-
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
-
Ramiz Mehdiyevin cinayət işində məşhur siyasətçilərin də adları var - SİYAHI
-
ABŞ ilk dəfə açıqladı: Kosmosda silahlar yerləşdirilib
-
Suraxanı rayonunda “Daş abidə“parkını söküblər? - VİDEO
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Pit Heqset Pentaqonun fəaliyyətini xaosa çevirib - The New York Times
-
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - TƏFƏRRÜAT
-
Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
-
DSMF 13 il sonra əlil şəxsin pensiyasını dayandırıb - Hələ 3 ilin pulunu geri istəyir
-
Azərbaycan nefti kəskin bahalaşdı - 127 dolları oldu
-
Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur - Emin Əmrullayev
-
Paytaxtın bu yollarında “Yaşıl dalğa” rejimi tətbiq edilir - Siyahı
-
Rusiya və Ukrayna bu obyektlərə hücum etməyəcək - Tramp açıqladı
-
Azərbaycanda bölgələrdə daşnımaz əmlaka yatırımlar artdı - VİDEO
-
Nərimanovda qazılan yol aylardır bərpa olunmur - VİDEO
-
Böyük Qayıdış davam edir - Növbəti köç karvanı ilə 50 ailə yola salındı
-
15 sentyabr-Azərbaycanda Bilik Günüdür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu ixtisaslar tezliklə sıradan çıxacaq - AÇIQLAMA
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sabah Yasamalın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq? - Açıqlama
-
Yeni tədris ilinə görə metro və avtobuslarda hərəkət intervalları azaldılacaq? - VİDEO
-
Toylarında taxılan qızıllar gündəm oldu: “Vanlı Kara Haydar“ın həyat yoldaşı da həbs edildi
-
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
-
Endirimli internet adı ilə kart məlumatları toplanır - “TikTok”da TƏHLÜKƏ!
-
Trampdan yeni əmr: “Yadplanetlilərlə görüşə hazırlaşın”
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Avropada qazın qiyməti 1000 dolları keçdi - Bu sahədə rekorddur…
-
Prezident 500 min dollarlıq mükafatını bağışladı - Qarabağ Dirçəliş Fonduna
-
Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi - Tramp açıqladı
-
Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir - DETALLAR
-
“Xınalıq və Köç Yolu“ndakı evləri 2 manatlıq şirkət bərpa edəcək - 627 minlik sifariş
-
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə mexanizm yoxdur - Ruben Rubinyan
-
Bakıda yeniyetmənin ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
-
Azərbaycanla BƏƏ arasında 6 sənəd imzalandı - FOTOLAR
-
Nazirdən 3 illik bakalavr açıqlaması: “Bəzi ixtisaslarda mümkündür”
-
DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu - TƏFƏRRÜAT
-
Prezident BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - FOTOLAR
-
Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
-
“Toyota Bakı Mərkəzi“nin həbs edilən sürücüsü Rauf Xəlilovun adından istifadə edibmiş - TƏFƏRRÜAT
-
Mark Rütte Moskvaya meydan oxudu: “Rusiya birliyimizi poza bilməyəcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu məktəblər bağlanacaq - Nazir anons verdi
-
Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir? - Açıqlama
-
Həmin dəbdəbəli toydakı bəyin də atası yüksək vəzifəli şəxs olub - Foto
-
Məktəblərdə dərs saatları dəyişdiriləcək? - Nazirdən cavab
-
“Bəy Mamed“ yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir“ - FOTO
-
İyul ayında Azərbaycandan 4 ölkəyə 336 baş diri ətlik at satılıb - SİYAHI
-
Azərbaycanda neçə uşaq məktəbə gedəcək? - Nazirdən açıqlama
-
Müəmmalı şəraitdə oğlu ölən ana-ataya Türkiyədən vəkil gətirəcəyi adı ilə dələduzluq edildi - TƏFƏRRÜAT
-
SOCAR istiqrazlarını satan şirkət milyonlarla manat borca düşdü - DETALLAR
-
Nazirliyin adından 10 min manatlıq dələduzluq - Hökm oxundu
-
Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var
-
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başladı - FOTO
-
“Xəzri Rezidens”də sevgilisinə 5 bıçaq vuran kişi həbs olunmadı - TƏFƏRRÜAT
-
Qızına dəbdəbəli toy edən sabiq məmurun atası və babası da yüksək vəzifələrdə işləyiblər – Dosye
-
“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? - İDDİA (Video)
-
Putin istəsə, iki məsələyə görə atəşkəs elan edə bilərik - Zelenski
-
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“nın sertifikatı verildi - FOTOLAR
-
Beyləqanda qanvermə aksiyası keçirilib - FOTOLAR
-
Avropada ən çox vergi tətbiq edən ölkələr hansılardır? - Siyahı
-
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
-
DTX rəisi Çində - Təhlükəsizlik sahəsində yeni saziş imzalandı
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Prezident “SABAH.city”nin açılışında - FOTOLAR
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
-
Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq?
-
Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevi niyə müdafiə edir? - FOTO
-
Avropada meşə yanğınlarına qarşı yeni üsul: “Yanğınsöndürən keçilər“ işə düşür
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər: Yeni limitlər nəyi dəyişəcək?
-
Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO
-
ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq - Tramp
-
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri
-
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
-
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
-
Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO
-
Husilər strateji adanı ələ keçirdi - ABŞ qarşısında yeni problem
-
Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...
-
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
TOP 10
ARXİV






