Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Putin təhlükəli adamdır, nüvə silahı istifadə edə bilər” - Prezidentin köhnə tanışı

Tarix 28.09.22, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin emosialarının təsiri altında fəaliyyət göstərən təhlükəli adamdır. O, tam halında nüvə silahını tətbiq edə bilər.

Bu fikri DTK-nın və RF Xarici Kəfiyyat Xidmətinin eks-əməkdaşı Sergey Jirnov danışıb. O, Putini hələ cavanlıqdan tanıyıb («UNİAN»).

«Mən, fikirləşirəm ki, Putin düşdüyü hazırkı situasiyada bunu edə bilər. Mən, qorxuram ki, o, bunu edə bilər - o, qeyd edib - Putinə qarşı daha güclü koalisiya dayanıb, nəinki vaxtilə Hitlerə qarşı dayanmışdı. ABŞ-ın və NATO-nun toplam hərbi potensialı RF-nın toplam potensialını aşır və hətta onun nüvə potensialını bir qədər üstələyir. Rusiyanın bütün nüvə potensialı, hansı ki, 6 min döyüş başlığından bir qədər artıq qiymətləndirilir, realda hamısı döyüş qabiliyyətli deyil».
Ətraflı
Ad - 00:13

Jirnovun sözlərinə görə, o, Putinlə 1980-ci ildə tanış olub - o vaxt Putin onu dindirib: «O zaman o, mənə öz hakimiyyətində üzən adam təsiri bağışlayıb və vəzifəsində yüksəlmək istəyi çox olub, ona görə mənə «torba tikmək» istəyib. Bu, ona müyəssər olmayıb».

Jirnov əlavə edib ki, 1984-cü ildə o, Putinlə birlikdə Andropov adına Qırmızı bayraqlı DTK institutunun tələbəsi olublar - institutda xarici kəşfiyyat üzrə mütəxəssislər hazırlayıblar.

«Təhsildən sonra, Putinə xasiyyətnamə veriblər ki, bu adam emosiyaların təsiri altında elə qərar qəbul edə bilər ki, onun özü üçün və həm də xidmət üçün təhlükəli olar. Və onu xarici kəşfiyyata xidmətə qəbul etmədilər… Bu xasiyyətnamə hazırda da təsdiqini tapır. Putin - çox təhlükəli adamdır, emosiyaların təsiri altında fəaliyyət göstərir» - DTK-nın eks-əməkdaşı əlavə edib.



Xəbərin oxunma sayı : 661




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap