Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil“ - Trampdan ehtimal

Tarix 26.04.25, 22:01

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibənin bitməsində maraqlı deyil.

“Report” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində bildirib.

Amerika lideri bildirib ki, Putinin son günlər Ukraynanı atəşə tutmağa heç bir əsası yoxdur: “Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur. Bu, məni onun müharibəni bitirmək istəmədiyini düşünməyə vadar edir. Düşünürəm ki, onunla başqa cür davranmaq lazımdır - “bankçılıq” və ya “ikinci dərəcəli sanksiyalar”? Çox sayda insan ölür!”.

ABŞ prezidenti mediada “Ukrayna müharibəni dayandırmaq üçün öz ərazisini, o cümlədən Krımı geri almalıdır” barədə yazılan xəbərləri gülünc adlandırıb: ““Tayms” qəzetinin son dərəcə qərəzli və bacarıqsız jurnalisti redaktorunun göstərişlərinə əməl edərək yazıb ki, Ukrayna öz ərazilərini, o cümlədən, mənim anladığım kimi, Krımı geri almalı və İkinci dünya müharibəsindən bəri ən pis olan qırğını dayandırmaq üçün başqa gülünc tələblər irəli sürüb. Bu yüngül çəkili müxbir niyə Rusiya Krımı Ukraynadan bir güllə atmadan ələ keçirməyə imkan verənin Obama olduğunu yazmır?”.

Xatırladaq ki, bu gün ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski Papa Fransiskin dəfn mərasimində Vatikanda olublar. Mərasimdən əvvəl onlar “həssas məsələləri” müzakirə etmək üçün qısa görüş keçiriblər.



Xəbərin oxunma sayı : 1063




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap