“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qaçqınkom“ vergi borcu olan şirkətlə müvaqilə imzaladı - Şübhəli tender

Tarix 23.06.21, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti "EMV Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

AzFakt.com Hit.az-a istinadla xəbər verir ki, maliyyə dəyəri 273 317.91 AZN təşkil edən müqavilədə Füzuli rayonu birinci mərhəllədəki fərdi yaşayış evlərinin təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “EMV Group” MMC 10 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçə, dalan 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xalid Nəriman oğludur. 



“EMV Group” yaradılarkən hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 16, mənzil 13-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olub. 07 aprel 2021-ci il tarixində reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib.

“EMV Group” MMC-nin yaranmağaından 1 il keçsə də, artıq bir neçə iriməbləğli satınalma müsabiqəsinin qalibi olub. Maraqlıdır ki, sözügedən MMC ilə müqavilə bağlayan dövlət qurumları şirkətin vergi borcu olduğunu nəzərə almır. Şirkətin bundan əvvəl 8710.82 AZN vergi borcu olub. Buna baxmayaraq, bir neçə tenderin qalibi olub. Hazırda isə “EMV Group” MMC-nin 2473.37 AZN vergi borcu var. Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir. Həmçinin, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 1 ildir fəaliyyət göstərən şirkətin bu kriteriyalara cavab verdiyi inandırıcı görünmür. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti təkcə 2021-ci ildə toplam maliyyə dəyəri 1 211 341.85 AZN olan 10 satınalma müqaviləsi imzalayıb. Komitənin sədri Rövşən Rzayevdir. O, 21 aprel 2018-ci il tarixdən bu vəzifədədir.






Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap