“Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO Samirə və Rilaya dodaq-dodağa - VİDEO Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO
Axtar
 
  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

  • / Maqazin / — 17 Oktyabr 2021

    Samirə və Rilaya dodaq-dodağa - VİDEO

  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

“Qətli Rövşən Ələkbərov törədib“ - Nazim İbrahimov və Orucəli Hacıyev ifadə verdi

Tarix 16.07.21, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Ona qarşı 1,2 milyon manatlıq mülki iddia qaldırılıb

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək iş kobud qanun pozuntuların yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini istəyiblər.

Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaspora üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.

Onlar qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisənin kim tərəfindən törədildiyini bilmədiklərini desələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun törətdiyini deyiblər:

"Bu səbəbdən onların ifadəsi sübutlar siyahısından çıxarılması istəyirik".

Vəkillər Rövşən Əkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib.

Zərərçəkmiş şəxsin verdiyi mülki iddianı məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı iyulun 30-a təyin edilib.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 1462

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda