Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Qiymət artımı əhalinin aldığı maaşı, pensiyanı məhv edir” – Vahid Əhmədov

Tarix 18.07.21, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib.

Bu il yanacaq və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşür?

Milli Məclisin üzvü Vahid Əhmədov Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlarla bağlı həmişə fikir ayrılığı olduğunu vurğulayaraq bildirib ki, qurum inflyasiyanın aşağı olduğunu göstərsə də, reallıqda fərqli mənzərədir. Onun fikrincə, Komitənin hesablamalarında səbətə nələrin daxil edildiyinə diqqət yetirmək lazımdır: “Səbətə daxil edilən məhsulların miqdarından çox şey asılıdır”.

Bununla belə Vahid Əhmədov DSK-nin məlumatlarının həqiqəti əks etdirmədiyi qənaətindədir: “Çünki Azərbaycanda qiymət artımı kifayət qədər böyükdür. İnflyasiyaya gəldikdə, 9 və 9.5 faiz inflyasiya var. Qiymətlərin artması real idi, çünki məhsulların maya dəyərinə təsir göstərən yanacağın, qazın və suyun qiyməti artıb”.

Vahid Əhmədov deyir ki, hökumət indiki vəziyyətdə qiymət siyasətinə baxmalıdır. Onun fikrincə, qiymətləri reallığa uyğunlaşdırmaq üçün addımlar atmalıdır. Hərçənd deputat hesab edir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti yaxşı işləyir, monitorinqlər aparır və süni qiymət artıranları cərimələyir: “Amma hökumət də bu işlə məşğul olmalıdır. Azərbaycanda əsas problemlərdən biri qiymətlərin subyektiv şəkildə artırılmasıdır. Obyektiv qiymət artımı anlaşılandır, çünki maya dəyərinə təsir göstərir. Bəzi sahibkarlar isə bundan istifadə edib süni şəkildə qiymətləri artırırlar ki, bu, subyektiv qiymət artımıdır. Təəssüf ki, son vaxtlar qiymət artımı sürətlə gedir, faktiki olaraq, əhalinin aldığı maaşı, müavinəti, pensiyanı məhv edir”.

“Azadliq.org”



Xəbərin oxunma sayı : 862




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap