“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qusarda tenderlərin dəyişməyən qalibi - “Biznes Klas“a yeni sifariş

Tarix 26.11.26, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı şəhərdə küçə və parkların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, bu dəfə də tenderin qalibi “Biznes Klas” MMC seçilib.

Qusar şəhərində küçə və parkların əsaslı təmiri işlərinə görə şirkətə 421 546,84 manat ödəniləcək.

“Biznes Klas” MMC iyul ayında da Qusar şəhər yollarının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Həmin satınalma üzrə müqavilənin maliyyə dəyəri 839 278,54 manat olub.

Beləliklə, iki satınalma üzrə şirkətə həvalə edilən sifarişlərin ümumi dəyəri 1 260 825,38 manata çatır.

Şirkətin Qusarda aldığı sifarişlər bununla da məhdudlaşmır. 2026-cı ilin sentyabrında yayılan məlumatlarda Qusar şəhər yollarının əsaslı təmiri ilə bağlı daha bir tenderin də “Biznes Klas” MMC-yə verildiyi, həmin müqavilənin dəyərinin 499 000,84 manat olduğu bildirilirdi. Bu məlumatlar da nəzərə alınarsa, şirkətin Qusar Rayon İcra Hakimiyyətindən aldığı sifarişlərin ümumi maliyyə həcmi daha da artır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına istinadən yayılan əvvəlki məlumatlara əsasən, “Biznes Klas” MMC 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi ünvanı Quba rayonunun Digah kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Fərid Səid oğludur.

Açıq internet resurslarında “Biznes Klas” MMC-nin fəaliyyəti, icra etdiyi layihələr, texniki imkanları və maddi-texniki bazası barədə geniş məlumatlara rast gəlinmir. Şirkətin əvvəlki sifarişləri hansı keyfiyyətdə və hansı müddətdə yerinə yetirdiyi barədə də ictimaiyyət üçün əlçatan məlumatlar məhduddur.

Təbii ki, nizamnamə kapitalının 10 manat olması şirkətin böyük həcmli işləri yerinə yetirmək imkanına malik olmadığını özlüyündə sübut etmir. Lakin bir neçə yüz min manatlıq, hətta milyon manata yaxın dövlət sifarişləri alan şirkətin maliyyə və texniki imkanlarının hansı göstəricilərlə təsdiqləndiyi sual doğurur.

Digər tərəfdən, eyni dövlət qurumunun müxtəlif satınalmalarda təkrar-təkrar eyni şirkəti qalib seçməsi də diqqətdən kənarda qalmamalıdır. Tenderlərdə rəqabətin səviyyəsi, digər iştirakçıların təklifləri, qalib şirkətin qiymət üstünlüyü və seçim meyarları barədə məlumatların açıqlanması ictimai maraq baxımından vacibdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap