“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu məktəblərin direktorları dəyişdi - TAM SİYAHI

Tarix 26.11.26, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrləri ilə ölkənin müxtəlif bölgələrində yerləşən ümumilikdə 8 ümumtəhsil müəssisəsinə yeni direktorlar təyin edilib.

AzFakt.com Müsahibə mərhələsindən uğurla keçən namizədlərin təyinat siyahısını təqdim edir:

Bakı və Sumqayıt şəhərləri üzrə:

Bakı şəhəri 292 nömrəli tam orta ümumtəhsil məktəbi: İlahə Fərmanlı direktor təyin edilib. O, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olur və bu təyinata qədər 76 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini çalışıb. 
Bakı şəhəri 67 nömrəli tam orta ümumtəhsil məktəbi: İlkin Əflatun oğlu Əliyev təyinat alıb. İxtisasca ingilis dili müəllimi olan İ.Əliyev 2019-cu ildən pedaqoji fəaliyyət göstərir, son olaraq 136 nömrəli məktəbdə direktor müavini olub. 
Sumqayıt şəhər F.Piriyev adına 18 nömrəli tam orta məktəb: Hicran Musa qızı Nəsirova direktor vəzifəsinə gətirilib. BDU-nun Biologiya fakültəsinin məzunu olan H.Nəsirova 2008-ci ildən pedaqoji fəaliyyətdədir. O, əvvəllər Xırdalan şəhər 6 nömrəli məktəbdə direktor müavini, 2022–2024-cü illərdə isə Sumqayıt şəhər 42 nömrəli məktəbin direktoru vəzifəsini icra edib. 
Qobustan rayonu üzrə:
Agentliyin direktoru Eşqi Bağırovun əmri ilə rayonun 5 məktəbinə təyin olunan yeni direktorlar artıq kollektivlərə təqdim ediliblər: 

Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi: Ədalət Kamalov
Təklə kənd tam orta ümumtəhsil məktəbi: Gülnar Atamoğlanova
Xilmilli kənd tam orta ümumtəhsil məktəbi: Günel İmaməlizadə
Yaşar Sadiqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbi: Şahin İbrahimov
Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbi: Buğday Azadə 
Qeyd edək ki, 27 noyabr 2026-cı il saat 15:00-dan etibarən vakant direktor vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbuluna başlanılır. Namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.



Xəbərin oxunma sayı : 61




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap