Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Qurban ətinin satılması şəriətə uyğun deyil” - Təzəpir məscidinin imamı

Tarix 16.06.24, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzi ət kəsimi mağazlarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil”.

Bu sözləri Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu bayram İbrahim peyğəmbərdən başlayıb:

“İbrahim peyğəmbər övladını Allah yolunda Qurban vermək istədiyi üçün böyük imtahandan keçdi. Allah ona qurban üçün qoyun göndərdi. Bu bayram artıq dünya səviyyəsində qeyd edilir və onun ən gözəl tərəfi odur ki, insanlar Həcc ziyarətinə gedirlər. İstər bizim ölkədə, istərsə də digər ölkələrdə insanlar bir-birinə yardımlar edirlər. Müstəhəbdir ki, insanlar kəsdiyi qurbanları üç yerə bölsünlər - bir hissəsi özünə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsini də ehtiyacı olanlara versinlər. Bu gün işğaldan azad olunan torpaqlarımızda Qurban bayramı qeyd edilir. Dövlətimizin başçısı və xalqımız üçün dualar edilir”.

Hacı Şamil Rəsulov bəzi ət satışı mağazalarında “satışda qurban əti var” adı ilə vurulan elanlara münasibət bildirib. O deyib ki, qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil:

“Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəziləri var ki, o qoyunu kəsəndən sonra ətini satırlar. Bu şəriətə uyğun deyil və Qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman, buna məcbur deyil”.//Report



Xəbərin oxunma sayı : 814




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap