| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
Tarix 11.07.26, 13:56 |
|
Tarix bəzən ən gözlənilməz coğrafiyaları heç kəsin ağlına gəlməyən ortaq nöqtələrdə birləşdirir. 1930-cu illərin sonunda Azərbaycanın qədim Gəncə şəhəri ilə uzaq İspaniya arasında qurulan gizli tale körpüsü də məhz belə hadisələrdəndir.
"AnewZ” televiziya kanalının təqdim etdiyi "The Aviators of Ganja” ("Gəncənin aviatorları”) sənədli filmi Avropa tarixinin az məlum olan bu dramatik səhifəsinə işıq salır. Ekran əsəri 1936-cı ildə İspaniya vətəndaş müharibəsi dövründə Sovet İttifaqının dəstəyi ilə Gəncədə yaradılmış hərbi aviasiya məktəbində təlim keçmiş gənc ispan pilotların acılı-şirinli taleyindən, döyüş yollarından və İkinci Dünya müharibəsindəki iştirakından bəhs edir.
İspaniyadan Gəncəyə uzanan məxfi marşrut
1936-cı ildə general Fransisko Frankonun demokratik yolla seçilmiş İkinci İspaniya Respublikasına qarşı qaldırdığı hərbi çevriliş ölkəni qanlı vətəndaş müharibəsinə sürüklədi. Sənədli filmdə vurğulandığı kimi, bu münaqişə sadəcə daxili qarşıdurma deyildi, o, yaxınlaşmaqda olan İkinci Dünya müharibəsinin ideologiyaları, silahları və beynəlxalq ittifaqları üçün bir sınaq meydanı idi.
Respublika hökumətinin təcili olaraq hərbi pilotlara ehtiyacı var idi. Lakin ölkədəki aviasiya məktəbləri tam gücü ilə işləyir, təlimatçılar isə cəbhədə vuruşurdu. Beynəlxalq arenada Fransa yalnız ilkin uçuş hazırlığı təklif edir, Böyük Britaniya isə kömək etməkdən imtina edirdi. Çarəsiz qalan İspaniya Respublikası üzünü şərqə — Sovet İttifaqına tutdu. Məhz bu strateji addım yüzlərlə gənc ispanın taleyini Azərbaycanla bağladı.
Yüzlərlə gənc ispan gizli yollarla Avropanı keçərək SSRİ-yə göndərildi. Gəmi və qatarlarla Leninqrad, Moskva, Xarkov və Odessadan keçən gənclərin son dayanacağı o dövrdə Kirovabad adlandırılan Gəncə şəhəri oldu. Burada onların hərbi pilot kimi yetişdirilməsi üçün xüsusi aviasiya məktəbi quruldu.
Hamının bildiyi "Məxfi sirr" və ağır sınaqlar
Məktəbin fəaliyyəti tamamilə məxfi saxlanılırdı. Təhlükəsizlik naminə ispan kursantların adları rus adları ilə əvəzlənmiş, rəsmi sənədlərdə onlar sovet tələbələri kimi qeydiyyata alınmışdı. Lakin bu məxfilik uzun sürmədi. Gənc ispanlar yerli əhali ilə qaynayıb-qarışır, şəhərin gündəlik həyatına rəng qatırdılar. Tezliklə onların Gəncədə olması hər kəsin bildiyi bir "açıq sirrə" çevrildi.
Filmdə məktəbin fəaliyyət göstərdiyi çətin şərait də diqqətdən qaçmır. Bu, klassik və dəbdəbəli bir aviasiya akademiyası deyildi. Uçuş meydançaları kifayət qədər sadə idi, kursantlar uçuşlardan əvvəl zolaqları daşlardan təmizləyirdilər. Kazarmalar minimal şəraitə malik idi və normalda bir neçə il davam edən pilot hazırlığı proqramı cəmi bir neçə aya sığışdırılmışdı.
Gənclər ilk təlim uçuşlarını taxta və parçadan düzəldilmiş, müasir standartlara görə olduqca sadə, lakin texniki baxımdan etibarlı olan "Polikarpov U-2” təyyarələrində edirdilər. Digər bir böyük problem isə dil baryeri idi. İspanlar rusca, sovet təlimatçıları isə ispanca bilmirdilər. Təhlükəsizlik üçün ən sadə əmrlərin belə həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, tərcüməçilərin köməyi ilə xüsusi rusca-ispanca aviasiya lüğəti tərtib edildi.
Gəncədəki gərgin hazırlıqdan sonra kursantlar "Tupolev SB-2” bombardmançıları, həmçinin "Polikarpov I-15” və "Polikarpov I-16” qırıcılarında təlimlərini tamamladılar. Respublikaçıların "Mosca” (Milçək), frankoçuların isə "Rat” (Siçovul) adlandırdığı I-16 qırıcıları Respublika Hərbi Hava Qüvvələrinin gücünü xeyli artırdı. Gəncə səmasında bişən gənclər İspaniyaya artıq təcrübəsiz kursant kimi deyil, peşəkar döyüş pilotları kimi qayıtdılar və bəziləri sonradan ölkənin ən tanınmış qəhrəmanlarına çevrildilər.
Bakı neftinin önəmi və sürgün taleyi
Filmin baş qəhrəmanlarından olan pilot Xose Mariya Bravonun qızı Lüdmila Bravonun xatirələri ekran əsərinə xüsusi bir dramatizm qatır. Onun bəhs etdiyi xatirələr müharibəni uzaq səmada bir qəhrəmanlıq dastanı kimi deyil, qorxu, ağır məsuliyyət və sağ qalmaq uğrunda amansız mübarizə kimi gözlər önünə gətirir.
İspaniya vətəndaş müharibəsi respublikaçıların məğlubiyyəti və Frankonun hakimiyyətə gəlməsi ilə bitdi, lakin pilotların çiləsi bitmədi. Onların çoxu vətənə qayıda bilməyib mühacirət etdi və ya SSRİ-də qaldı. Filmdəki faktlara görə, 1939-cu ildə hazırlığı bitirən 185 pilotdan 84-ü sonradan Meksikaya köçdü, 101-i isə Azərbaycanda məskunlaşdı.
1941-ci ildə nasist Almaniyasının SSRİ-yə hücumu ilə bu pilotlar yenidən silaha — təyyarə sükanına sarılmalı oldular. İkinci Dünya müharibəsində Azərbaycanın və xüsusilə Bakı neftinin rolu həlledici idi. Çünki döyüşlərin taleyini mühərriklər, mühərriklərin fəaliyyətini isə yanacaq müəyyən edirdi. İspan aviatorlar Qafqaz, Moskva, Odessa və Bakı səmalarının müdafiəsində böyük şücaət göstərdilər. Elə Xose Mariya Bravo özü də Bakı neft yataqlarını qoruyan hərbi hissədə xidmət edir, alman kəşfiyyat təyyarələrinin strateji məlumatlar toplamasının qarşısını alırdı.
Lakin sovet rejimi bu fədakar pilotların heç də hamısına eyni rəftarı göstərmədi. Film müharibənin acı ssenarilərini gizlətmir: bəzi ispan pilotlara etibar edilmədiyi üçün onların uçuşuna icazə verilmədi. Bəzilərinin yolu əmək düşərgələrindən, həbsxanalardan keçdi, digərləri diversiya qruplarına göndərildi. Döyüşlərdə şəhid olanlar da oldu, taleyi qaranlıq qalanlar da.
Müharibədən illər sonra İspaniyaya qayıda bilənləri də xoş günlər gözləmirdi. SSRİ ilə İspaniya arasında diplomatik əlaqələrin olmaması ucbatından onların sovet ordusunda qazandıqları rütbə və ixtisaslar tanınmadı. Onlar uzun müddət yerli orqanların və xarici xüsusi xidmət orqanlarının sorğu-suallarına, şübhəli baxışlarına məruz qaldılar. Çoxu sadəcə keçmişi unudub yeni, sakit bir həyat qurmağa çalışdı.
Yaddaşın bərpası: "Onların gəncliyi müharibədə itdi"
"The Aviators of Ganja” sadəcə quru hərbi aviasiya tarixindən bəhs edən bir xronika deyil, o, həm də insan yaddaşı haqqında dərin bir hekayədir. Bu film Azərbaycanın Avropa tarixinin unudulmuş, lakin çox vacib bir səhifəsindəki rolunu yenidən xatırladır. Ölkəmizi sadəcə hadisələrin fonu kimi deyil, İspaniya Hərbi Hava Qüvvələrinin intibah tapdığı, gənc qanadların bərkidiyi bir məkan kimi təqdim edir.
Təlimlər zamanı qəzaya uğrayaraq həlak olan bəzi ispan pilotları bu gün Gəncədə, müharibədə canından keçənlər isə Bakı torpağında əbədi uyuyurlar. Onların qəbirləri Azərbaycan, İspaniya və 20-ci əsrin ən qanlı müharibələrini birləşdirən ortaq tarixin maddi sübutudur.
Filmdə səslənən bir cümlə bu talelərin ortaq fəryadıdır: "Onların gəncliyinin ən gözəl illəri müharibədə itdi”.
Müharibə, sürgün və onilliklərlə davam edən məcburi sükutun içindən boylanan bu pilotlar arxalarında böyük bir cəsarət, ziddiyyət və sağ qalma dastanı qoyub getdilər. Onlar Gəncəyə göylərə ucalmağı, uçmağı öyrənməyə gəlmişdilər. İllər sonra vətənlərinə dönə bilənlər isə özləri ilə yalnız uçuş təcrübəsi aparmadılar, onlar çiyinlərində ən ağır yükü — əvvəlcə gəncliklərini səmada yetişdirən, sonra isə onları tarixin unudulmuş arxivlərinə gömən qəddar bir əsrin silinməz xatirələrini daşıdılar.

Xəbərin oxunma sayı : 1135
Sosial
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Axmaqlar, onlar bunun necə bir iş olduğunu bilmirlər“ - Lukaşenko
-
Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır+Foto
-
“Türkiyə Avropanın 6-cı iqtisadiyyatıdır” - Ərdoğan
-
“Sea Breeze”də ayağı su nasosunda qalan azyaşlı öldü - RƏSMİ
-
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
-
Husilər Moha limanına raketlər - Dronlar və qayıqlarla hücum edib
-
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? - Açıqlama
-
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
-
“Pilot 16“ tikinti şirkəti vətəndaşın evinə ziyan vurub - VİDEO
-
Azərbaycanda zəlzələ - Şimal rayonlarında hiss olundu
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama
-
Şam yeməyini nə vaxt yemək yaxşıdır? - Alimlər uyğun vaxtı açıqladı
-
Bu marşrutların hərəkətinə məhdudiyyət tətbiq edildi - SİYAHI
-
Vaşinqton və Kiyev arasında kəşfiyyat mübadiləsi - Əməkdaşlıq ən yüksək həddə çatıb...
-
Paşinyan II Qaregindən əl çəkmir - Məhkəmə işi icraata götürdü
-
Bakıda mənzil qiymətləri yenə artır: Ən bahalı rayonlar və rekord qiymətlər
-
Yekun tibbi müayinə kimlərə şamil olunur? - Nazirlikdən açıqlama
-
Ermənistandan Azərbaycana hansı məhsullar ixrac edilə bilər? - VİDEO
-
Türkiyə Aİ-yə qəbul edilməyəcəyini yaxşı bilir - Lavrov
-
“Dövlət satınalmalarında 294,3 milyon manat qənaət edilib“ - Sədr müavini
-
Kartdan-karta ianə köçürmələri dayandırılır? - Açıqlama
-
Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var
-
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb - İllər üzrə rəqəmlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
ABŞ artıq İsrail kəşfiyyatına inanmır - “Trampla Netanyahu arasında çatlar yaranıb”
-
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? - VİDEO
-
Mərkəzi Asiya qaranlığa qərq oldu - 4 ölkədə işıqlar söndü
-
“Daha sərt olacağıq...” - Lavrov “qan-qan” deyir
-
Hansı bankın öhdəliyi daha çoxdur? - CƏDVƏL
-
Alıuşağı kəndinin girişində qarayaraya görə post yaradılıb - Fotolar
-
Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın - DİN
-
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
-
Yeni dövlət rüsumları müəyyənləşdi - FƏRMAN
-
Azərbaycanda bir ilk - Qüsursuz İnklüziv Teatr fəaliyyətə başlayır
-
Marketlər bizi belə aldadır: Daha çox pul xərcləməyimiz üçün 7 gizli üsul
-
Naxçıvanın tarixində böyük dirçəliş və inkişaf mərhələsi başlayır
-
“Baku Electronics”dən onlayn alış-veriş etməyin - Müştəri şikayətçidir
-
Pakistan geosiyasi oyunlarda əsas əlaqələndirici ölkəyə çevrilməyə çalışır - Financial Times
-
Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar
-
Xameneidən şok qərarlar: SEPAH və orduda yeni komandirlər
-
Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək
-
Mina partlayışlarından 363 nəfər xəsarət alıb - Baş Prokurorluq
-
Türkiyədə “Süleymançılar“a qarşı əməliyyat: 37 şübhəli saxlanıldı
-
Xüsusi qorunan torpaqlarda təsərrüfat fəaliyyətinə icazə - Qanun nə deyir?
-
Niyə davamlı yuxumuz gəlir - Bu yazını mütləq oxuyun
-
Sabahdan metroda dəyişiklik: “Nizami“ və “28 May“ arasında qatar olmayacaq
-
Kamran Əsədov məhkəmədə: “Onlara qarşı tədbir görün“
-
Milyardlarla dollar zərər, yüz minlər müflisləşmə həddində - “Wildberries“ çökür
-
Sığorta şirkətlərinin yığım və ödənişləri bir ildə necə dəyişib? - SİYAHI
-
Naxçıvanın yeni iqtisadi modelinin konturları
-
Hörmüzdən hər gün 8-9 milyon barel neft keçir - ABŞ energetika naziri
-
Bağlı qalan 10 cinayətin üstü açılıb - 130 nəfər saxlanılıb
-
Şimali Koreyadan xəbərdarlıq: “Nüvə müharibəsi həddinə yaxınlaşırıq”
-
IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - SİYAHI
-
“Azeri Light“ yenidən ucuzlaşdı - Neçəyə satılır?
-
Tramp Türkiyədən niyə gizli çıxarılıb? - Yeni detallar
-
Borc bataqlığına düşməmək üçün qızıl qayda - Kredit götürənlərin diqqətinə!
-
Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər
-
Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
-
Böyük Qayıdış davam edir - Ağdam şəhərinə daha 92 ailə ...
-
Naxçıvanın inkişafı daha sürətlənir
-
“Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir“ - Azərbaycan XİN
-
Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb
-
Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Siyahı
-
Konfrans Liqası:“Qarabağ“ “Dinamo“nu məğlub etdi, “pley-off“a çıxdı
-
Filippində plastik fəlakət - musson yağışı zibil selinə səbəb olub
-
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın
-
Bakının mərkəzində tualet DAVASI: saxlanılan var
-
Etibarnaməni ləğv etmək niyə ödənişlidir? - Hüquqşünasdan AÇIQLAMA
-
Tovuzda təbii fəlakət baş verdi - İki nəfər xilas edilib (VİDEO)
-
Oğurlandığı iddia edilən uşaq atasının yanında imiş - DİN açıqladı
-
Pensiyalar neçə faiz artacaq? - Minimum rəqəm bəlli oldu
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
-
“Əhali arasında narahatlıq yaranmasına əsas yoxdur” - Səhiyyə Naziriyi
-
MDB ölkələri axtarışda olanları belə tutacaq - Azərbaycan da razılaşmada
-
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir? - Statistika
-
“Qarabağ“da şok ayrılıq: 2 milyonluq ulduz yarıqiymətinə satılır?
-
Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı - AQTA
-
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
-
Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar
-
Vətən müharibəsi iştirakçısı müavin təyin edildi - Direktor vəzifəsini icra edəcək
-
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət - “Dərhal yüksəkliyə qalxın...“
-
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı - Fotolar
-
İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
-
Fransanın ikiüzlülüyü utandırıcıdır - Abbas Əraqçi
-
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
-
Apteklərdə qiymətlər artdı, dövriyyədə rekord HƏDD: Nə baş verir?
-
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı
-
“150-dən çox bal toplayanlar universitetə qəbul olacaqlar“ - Məleykə Abbaszadə
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
-
Bu il ən az sığorta haqqı toplayan şirkətlər - SİYAHI
-
Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi - ARAŞDIRMA
-
AMB-dən iqtisadi artımla bağlı yeni ssenari: 1,3 faizə çata bilər
-
Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər - Paşinyan
-
Binəqədi sakinləri çıxılmaz vəziyyətdə: “220 manat verdim, 120-si yoxdur!“ - VİDEO
-
Valideynlik hüququndan kimlər məhrum edilə bilər? - Ali Məhkəmə qərar verdi
-
Prezident Almaniyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu il məktəbli formaları neçəyə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Trampın növbəti hədəfi bəlli oldu: Vaşinqtondan Kubaya hərbi müdaxilə siqnalı
-
Azərbaycanda ən çox mal-qara bu rayonlardadır - TAM SİYAHI
-
Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
-
İran səfirinin “Artsax” pavilyonunda nə işi vardı? - VİDEO
-
Putinin güclü, lakin tamamilə idarəolunmaz “müttəfiqi“ var - Newsweek
-
Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr - SİYAHI
-
Ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ
-
Naxçıvan büdcəsində tarixi ilk: 60 milyon manatlıq fərq
-
Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
-
Qəçrəşdə meşəlik ərazidə ağaclar kütləvi kəsilib - VİDEO
-
“Avroviziya”dan üç böyük dəyişiklik – yaş həddi, fonoqrama, müharibə
-
Tiflisdən Rusiyaya gizli yanacaq xətti - Saakaşvilidən şok açıqlama
-
Samuxda kütləvi zəhərlənmə - 5 nəfər xəstəxanalıq oldu
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - VİDEO
-
Pərvin Abıyeva belə dincəlir - Sahil kənarı...(VİDEO)
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
-
“Təcili danışmaq istəmişəm, amma...“ - “David Selivestrov”un vəkilindən yeni açıqlamalar
-
Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib
TOP 10
ARXİV






