“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi - Baş nazir istəmədi + FOTO

Tarix 09.07.26, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO sammitində iştirak edən dövlət başçılarına qeyri-adi hədiyyələr təqdim edib.

AzFakt.com "Modern.az"-a istinadən xəbər verir ki, "Turkiye Today" nəşrinin məlumatına görə, liderlərə adları həkk olunmuş revolverlər və döyüş patronları olan qutular bağışlanıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer jurnalistlərə bildirib ki, ölkəsində qüvvədə olan sərt qanunvericiliyə görə, qısalüləli odlu silahların idxalı və şəxsi mülkiyyəti qadağan edildiyindən o, bu hədiyyəni Britaniyaya apara bilməyəcək.

Starmerin sözlərinə görə, revolver Ankarada qalacaq və istifadədən çıxarılacaq. Bildirilir ki, Ərdoğan hər bir liderə hədiyyənin Türkiyənin ixrac məhdudiyyətlərindən azad olunduğunu təsdiqləyən şəxsi məktub da təqdim edib. Lakin bu sənəd digər ölkələrin qanunvericiliyini qüvvədən sala bilməz.

Digər sammit iştirakçılarının da oxşar problemlə üzləşib-üzləşmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, NATO sammiti iyulun 7–8-də Ankarada keçirilib. Bu, 2004-cü ildən bəri Türkiyənin ev sahibliyi etdiyi ilk NATO liderlər sammiti olub. Toplantıda NATO ölkələrinin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstək və ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə tədarükünün bərpası perspektivləri müzakirə edilib.





Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap