“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Ətin bahalaşması idxalın genişlənməsinə gətirib çıxardıb“ - VİDEO

Tarix 06.07.26, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 4 ayında Azərbaycana ət idxalı kəskin artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında ölkəyə 17,4 milyon dollar dəyərində 4 min 412 ton iribuynuzlu heyvan əti gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 faiz, kəmiyyət baxımından isə 39 faiz çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər hesab edirlər ki, idxalın artmasının əsas səbəbi daxili bazarda ətin bahalaşmasıdır. Qiymətlər yüksəldikcə xaricdən ət gətirmək idxalçılar üçün daha sərfəli olur. Bahalaşmanın arxasında isə həm tələbatın artması, həm də ölkədə saxlanılan heyvanların sayının azalması dayanır.

Heyvandarlıqda xərclərin artması da qiymətlərə təsir edən əsas amillərdən sayılır. Yem, saxlanma və yetişdirmə xərcləri yüksəldikcə yerli istehsalda maya dəyəri artır. Bu isə daha ucuz istehsal imkanlarına malik ölkələrdən idxalı stimullaşdırır.

Bəs idxalın artması ətin ucuzlaşmasına səbəb ola bilərmi?

Ekspertlərə görə, hazırkı mərhələdə idxal qiymətləri aşağı salmaqdan daha çox, onların kəskin bahalaşmasının qarşısını alır.

Ekspertlər idxalın yerli heyvandarlığı tam sıxışdıracağı fikri ilə razılaşmırlar. Çünki bazarda yerli ətə tələbat hələ də yüksəkdir. İstehlakçılar qiymət fərqinə baxmayaraq, daha çox təzə kəsilmiş və yerli məhsula üstünlük verirlər. Yaxın dövrdə qiymətlərin ucuzlaşması isə daha çox daxili istehsalın artmasından, yem və saxlanma xərclərinin azalmasından, eləcə də bazara çıxarılan yerli ətin həcmindən asılı olacaq.





Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap