“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir: Bizi nə gözləyir?

Tarix 05.07.26, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər dənizində suyun səviyyəsinin enməsi prosesi davam edir.

Dövlət Su Ehtiyatlarına Nəzarət Xidmətinin hesablamalarına görə, son 5 ildə dənizin səviyyəsi təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda illik enmə tempi 20-30 santimetr təşkil edir.

Ekoloq Rövşən Abbasov deyir ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi prosesi davamlı hal almayıb. Yəni proses fasilələrlə gedir.

Onun sözlərinə görə, illər əvvəl də eyni hal təkrarlanmışdı - bir müddət suyun səviyyəsi enirdi, sonradan isə qalxmağa başladı.

Qazaxıstanın Ekologiya Nazirliyinin uzunmüddətli proqnozlarına əsasən, optimist ssenaridə 2030-cu ilə qədər Xəzərin səviyyəsinin mənfi 29,8 metrə, 2050-ci ilə qədər isə mənfi 32,4 metrə enəcəyi gözlənilir. Pessimist ssenaridə isə bu göstəricinin 2050-ci ildə mənfi 34 metrə qədər azalacağı ehtimal edilir. Ancaq ekoloqlar hesab edirlər ki, belə proqnozlar təcrübədə özünü doğurtlmayıb.

Mütəxəssislər bildirirlər ki, Xəzərin səviyyəsindəki dəyişikliklər təkcə sahilboyu ərazilərə deyil, limanların fəaliyyətinə, balıqçılığa, biomüxtəlifliyə və regionun iqtisadiyyatına da təsir göstərir. Buna görə də dəyişən şəraitə uyğunlaşma tədbirlərinin hazırlanması və su ehtiyatlarının səmərəli idarə olunması əsas prioritetlərdən biri hesab edilir.//Xəzər TV




Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap