“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Toyuq kəsimi sexlərindəki vəziyyət ürəkaçan deyil” - Açıqlama

Tarix 02.07.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün broylerlərin kəsim sexlərində vəziyyət ürəkaçan deyil. Ən çox sanitar-gigiyenik normaların kobud formada pozulmasıdır. İşçilərin qeyri-sanitar vəziyyətdə çalışması, məhsulların qeyri-sanitar vəziyyətdə daşınması, onların kəsimlərinin həyata keçirilməsi görünən hissədir. Qida ilə bağlı hər hansısa bir problemlə insanları zəhərləyənlər, qidaya edilən müdaxilələr, sonda arxa tərəfdə kütləvi pul qazananlar, insanın həyatını təhlükəyə atanlar  ən ağır formada cəzalandırılmalıdırlar”.

AzFakt.com xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov deyib.

O bildirib ki, qida həyatın ayrılmaz hissəsidir və bu kimi məsələlər hər zaman nəzarətdə olan mövzulardır: “Hər bir şəxs qidalanır, toyuq, ət alır… “Nə yeyirik, ona oxşayırıq” məsələsi var. İnsanların özündə də ictimai qınaq olmalıdır ki, hər şeyi də dövlətdən tələb etmək bir az doğru deyil. Məsələn, gözünün qabağında xəstə toyuq satırlarsa və müdaxilə etməyib, bunu dövlətdən gözləyirsənsə, bu, insanın öz sağlamlığına olan biganəliyidir”.

Mütəxəssis qeyd edib ki, toyuqların geni dəyişdirilmiş yemlərlə qidalanması barədə söylənilənlər həqiqəti əks etdirmir: “Hormonal yemləmə məsələsi illərdir, danışılan məsələlərdən biridir. Bildirilir ki, toyuqlara hormonal yemlər verilir. Ancaq bu yemlərlə bağlı hansısa sübut varmı? Hələ ki hormonal qidalanma ilə bağlı sübut görməmişəm. Bu qidalar balanslı və düzənli qidalanmanın nəticəsidir və illərdir, seleksiya olunmuş ətli cinslərin bu gün yetişdirilmə məsələsidir ki, quşçuluq fermalarında balanslı şəkildə yetişdirilməklə nəticəni əldə etmək olur. Toyuqlara iynələrin vurulması məsələsinə dair görüntülər olsa da, bu, görüntülərin məkan olaraq harada olunması dəqiq təsbit olunmayıb. Yanlız balanslı qidalanma var. Müəyyən yem komponentləri var ki, onlar da balanslı şəkildə istifadə edilir, kökəldici təsiri olur. Yəni qapalı şəraitdə də hər insan həmin o seleksiya olunmuş cücələrdən alıb ev şəraitində də yetişdirsələr görərlər. Həmçinin maldarlıqda, qoyunçuluqda da kökəltmə fermaları var. Onlara da hormonal yemlər verirlər? Qətiyyən. Sadəcə, balanslı yemləmə həmişə nəticə əldə etməyə istənilən heyvanda çəkiyə kömək edir”.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap