“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Milyarderlərin gizləndiyi ölkəni Bakı ilə nə bağlayır? - VİDEO

Tarix 01.07.26, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında Karib dənizi ilə Sakit okean arasında yerləşən, məşhur kanalı, milli parkları və çimərlikləri ilə tanınan Panamadan bəhs edilib.

Ölkənin paytaxtı Panama şəhərinə bölgələrdən çoxlu sayda insan işləmək və yaşamaq üçün üz tutur. Burada minimum əməkhaqqı 475 dollar, orta aylıq maaş isə 1500 dollar təşkil edir. Panama şəhərində müasir göydələnlərlə yanaşı, tarixi 300 ilə çatan qədim evlər də mövcuddur. Şəhərin tarixi hissəsindəki bəzi küçələr görünüşünə görə Bakının qədim mərkəzi küçələrini xatırladır.

Maraqlı məqamlardan biri isə budur ki, evin xarici hissəsi baxımsız vəziyyətdə saxlanılarsa, dövlət həmin əmlakı sahibinin əlindən ala bilər. Ölkənin əsas simvollarından biri uzunluğu təxminən 82 kilometr olan Panama kanalıdır. Gün ərzində buradan 35 gəmi keçir, keçid haqqı isə laynerin ölçüsünə görə 500 dollardan 1 milyon dollaradək dəyişir.

Panamada bəzi peşələrdə çalışmaq üçün mütləq ölkə vətəndaşı olmaq tələb edilir. Polis, həkim, hüquqşünas, mühasib və taksi sürücüsü kimi sahələr yalnız panamalılar üçün nəzərdə tutulub.

Bu ölkə həm də ofşor şirkətləri ilə məşhurdur. Panama qanunlarına əsasən, şirkətlər və onların rəhbərləri haqqında məlumatlar gizli saxlanılır, buna görə də müxtəlif ölkələrdən olan milyarderlər aktivlərini burada qeydiyyatdan keçirirlər.





Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap