“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ

Tarix 03.07.26, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son beş ildə qeydiyyata alınan bəzi yoluxucu və parazitar xəstəliklər üzrə statistika açıqlanıb. Məlumatlar exinokokkoz və dəri leyşmaniozu hallarında azalma müşahidə olunduğunu göstərir.

Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə exinokokkoz üzrə 24 yoluxma halı qeydə alınıb. Bu göstərici 2024-cü ildə 33, 2023-cü ildə 58, 2022-ci ildə 74, 2021-ci ildə isə 43 olub.

Cüzam xəstəliyi üzrə vəziyyət son illərdə sabit qalıb. Belə ki, 2021-ci ildə 11, 2022-2025-ci illərdə isə hər il 10 yoluxma halı qeydə alınıb.

Visseral leyşmanioz üzrə 2025-ci ildə 19 yoluxma faktı qeydə alınıb. Bu göstərici 2024-cü ildə 11, 2023-cü ildə 31, 2022-ci ildə 27, 2021-ci ildə isə 42 olub.

Dəri leyşmaniozu hallarında isə son illərdə əhəmiyyətli azalma müşahidə edilir. 2023-cü ildə 46 yoluxma halı qeydə alındığı halda, bu rəqəm 2024-cü ildə 16-ya, 2025-ci ildə isə 5-ə enib. Müqayisə üçün qeyd edək ki, 2021 və 2022-ci illərdə hər il 19 yoluxma halı qeydə alınmışdı.

Quduzluq xəstəliyi üzrə isə son beş ildə yoluxma halları çox aşağı səviyyədə qalıb. 2021-ci ildə 1, 2022-ci ildə 1, 2023-cü ildə 3, 2024-cü ildə 2, 2025-ci ildə isə 1 yoluxma faktı qeydə alınıb.



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap