“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

​​​​​​​Sığorta ödənişi ilə bağlı yenilik - VİDEO

Tarix 04.07.26, 9:02

Font ölçüsü : - / +
bitmap-img6


İş yerində bədbəxt hadisə baş verərən zaman sığorta ödənişi ala biləcək şəxslərin dairəsi genişləndirilir.

Xezerxeber.az-ın məlumata görə, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, artıq təkcə əmək müqaviləsi ilə çalışanlar deyil, könüllülük müqaviləsi əsasında fəaliyyət göstərənlər, təcrübə keçən tələbə və şagirdlər də bu mexanizmdən yararlana biləcəklər.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyir ki, layihənin digər mühüm tərəfi sığorta ödənişinin hesablanma meyarı ilə bağlıdır. İndiyə qədər əsas yanaşma əmək qabiliyyətinin itirilməsi, yəni əlillik dərəcəsinin müəyyənləşməsi ilə bağlı idi. Yeni mexanizmdə isə peşə əmək qabiliyyətinin itirilməsi də əsas götürüləcək. Bu isə o deməkdir ki, istehsalat hadisəsi nəticəsində sağlamlığına nisbətən daha az zərər dəyən şəxslər də sığorta təminatından kənarda qalmayacaqlar.

Dəyişikliklərin daha bir istiqaməti sığorta sisteminin maliyyə dayanıqlığını əhatə edir. Qanunda birdəfəlik sığorta ödənişləri üzrə maksimum hədd müəyyənləşdirilir. Bu məbləğ minimum aylıq əməkhaqqının min misli qədər olacaq.

Millət vəkili qeyd edib ki, təklif edilən dəyişikliklər həm sığorta olunan şəxslərin əhatə dairəsini artırır, həm də ödənişlərin daha aydın mexanizmlə hesablanmasını nəzərdə tutur.




Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap