| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində rekord artım
Tarix 05.07.26, 15:44 |
|
Yay mövsümündə istirahət planları aktuallaşır. Kimi ölkə xaricinə, kimi isə bölgələrə üz tutur. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin bir qismi isə bağ evlərinə üstünlük verir ki, bu da kirayə bazarında hərəkətliliyi artırır. Xüsusilə Bakı və Abşeron yarımadasında bağ evlərinə tələbatın çoxalması qiymətlərdə də özünü göstərir. Bəs bu mövsüm bağ kirayələmək istəyənlər bunun üçün nə qədər vəsait xərcləməli olacaqlar?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
1000 manatdan 30 min manata qədər
Bu il bağ evlərinin kirayə qiymətləri ötən illərlə müqayisədə daha yüksəkdir. Qiymətlərə təsir edən əsas amillər dənizə yaxınlıq, hovuzun olması, torpaq sahəsinin ölçüsü, evin təmir vəziyyəti və infrastruktur imkanlarıdır. Xüsusilə dəniz sahilinə yaxın, geniş həyətyanı sahəyə və yüksək komfort şəraitinə malik villalar bazarın ən bahalı seqmentini təşkil edir.
Bakıətrafı bəzi villaların aylıq kirayə haqqı 30 min manata qədər yüksəlir. Söhbət əsasən Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və Nardaran kimi prestijli qəsəbələrdə yerləşən villalardan gedir. Ərazilər üzrə qiymətlər fərqlənir: Nardaranda aylıq kirayə haqqı 4 500-20 000 manat, Bilgəhdə 2 500-17 000 manat, Pirşağıda 1 500-14 000 manat arasında dəyişir. Mərdəkanda bağ evləri əsasən 3 500-15 000 manata, Şüvəlanda isə 1 500-8 500 manata təklif olunur. Günlük villalar isə 150 manatdan başlayır, 500 manata qədər yüksəlir.
Dənizdən nisbətən uzaq ərazilərdə qiymətlər daha münasibdir. Türkan, Zirə, Hövsan və Maştağa kimi qəsəbələrdə daha əlçatan qiymətlərlə bağ evi kirayələmək mümkündür. Bu ərazilər əsasən orta büdcəli ailələrin seçimləri sırasında yer alır.
Hazırda Türkanda bağ evlərinin aylıq kirayə haqqı 600-2 000 manat, Zirədə 700-2 500 manat, Hövsanda 700-2 000 manat, Maştağada isə 800-3 000 manat aralığında dəyişir. Hovuzlu bağlarla adi bağlar arasındakı fərq 2-3 dəfə çoxdur.
"Əvvəllər xaricə 500 dollara səyahət edə bilirdiksə..."
Əmlak eksperti Firdovsi Xəlilov da təsdiqləyir ki, son illərdə Bakı ətrafında kirayəyə verilən bağ evləri və villalar bazarında ciddi dəyişikliklər müşahidə olunur. Ekspert hesab edir ki, bu tendensiyaya təsir edən əsas səbəblərdən biri xarici istirahətin bahalaşmasıdır:
"Quru sərhədlərin bağlı qalması və təyyarə biletlərinin bahalaşması insanların ölkə xaricinə səyahət imkanlarını məhdudlaşdırıb. Nəticədə yerli istirahət məkanlarına maraq artıb. Əgər əvvəllər adambaşına 500-600 dollar büdcə ilə xarici istirahət planlaşdırmaq mümkün idisə, indi eyni büdcə ilə bunu həyata keçirmək demək olar ki, mümkün deyil".
"Bəzi villalar personalı ilə verilir"
F.Xəlilovun sözlərinə görə, qiymətlərə təsir edən ikinci mühüm amil Bakı ətrafında həyata keçirilən iri yaşayış və istirahət layihələridir:
"Həmin layihələr çərçivəsində həm mənzillər, həm də villalar kirayə bazarına çıxarılır. Eyni zamanda bu ərazilərdə yaradılan geniş infrastruktur onların cəlbediciliyini artırır və tələbatın yüksəlməsinə səbəb olur. Hazırda Bakı və ətraf ərazilərdə istirahət məqsədilə kirayəyə verilən bağ evləri və villaların qiyməti obyektin yerləşməsindən, dənizə yaxınlığından, hovuzunun olub-olmamasından, eləcə də evin villa, "A-frame" və ya klassik həyət evi tipində olmasından asılı olaraq dəyişir. Bu tip obyektlərin aylıq kirayə haqqı təxminən 3 min manatdan 30 min manata qədərdir. Bəzi villalar bağban, texniki xidmət işçiləri və digər xidmət personalı ilə birlikdə təklif olunur ki, bu da qiymətə təsir edən amillərdən biridir".
Villanı üç aylıq müqavilə ilə götürsəniz...
Əmlak eksperti bildirir ki, qiymətə təsir göstərən amillərdən biri də obyektin hansı müddətə icarəyə götürülməsidir: "Məsələn, aylıq kirayə haqqı 10 min manat olan villanı üç və ya dörd aylıq müqavilə ilə götürdükdə daha sərfəli şərtlər əldə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, bu obyektlərin böyük əksəriyyəti mövsümi xarakter daşıyır. Buna görə də yay aylarında qiymətlər daha yüksək olur".
Villaları və bağ evlərini icarəyə götürərkən diqqət edilməli məqamlardan danışan ekspert qeyd edir ki, obyekt təhvil alınarkən onun vəziyyəti mütləq sənədləşdirilməlidir:
"Xüsusilə villaların icarəsi zamanı həm icarəyə verən, həm də icarəyə götürən tərəf obyektin vəziyyətini foto və video çəkilişlərlə qeydə almalı, təhvil-təslim aktı tərtib etməlidir. İnventar siyahısının hazırlanması da məqsədəuyğundur. Çünki kirayə müddəti başa çatdıqdan sonra inventarla bağlı tərəflər arasında mübahisələr yarana bilər. Bundan əlavə, tərəflərin hüquq və öhdəliklərini aydın şəkildə müəyyən edən yazılı müqavilənin bağlanması gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir".
"Qiymət artımı son illərdə davamlı xarakter alıb"
Əmlak eksperti Anar Nəsirov deyir ki, Bakıətrafı qəsəbələrdə kirayə bazarında qiymət artımı son illərdə davamlı xarakter alıb:
"2019-cu ildən etibarən Bakı və ətraf qəsəbələrdə kirayə mənzillərin qiymətində mütəmadi artım müşahidə olunur. Tələbin artması qiymətlərə birbaşa təsir göstərir və bu tendensiya 2026-cı ildə də davam edir. Xüsusilə istirahət üçün əlverişli şəraitə malik qəsəbələrdə bağ evlərinin qiymətində artım müşahidə olunur".
Mütəxəssis bildirir ki, vətəndaşların əksəriyyəti yay mövsümündə qiymətlərin daha da yüksələcəyini nəzərə alaraq bağ evlərini əvvəlcədən, əsasən mart-aprel aylarından bron edir. Bu isə tələbatın daha erkən formalaşmasına səbəb olur:
"Ən yüksək qiymətlər dənizə yaxın və istirahət üçün əlverişli ərazilərdə müşahidə edilir. Ev sahilə nə qədər yaxın yerləşirsə, kirayə haqqı da bir o qədər yüksək olur".
Xəbərin oxunma sayı : 484
Sosial
Xəbərlər
-
“Müharibəyə son qoymaq üçün real perspektiv var“ - Zelenski
-
Telefona baxdığına görə qəza törətdi - Həm özü, həm də sərnişin öldü
-
Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? - CƏDVƏL
-
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində rekord artım
-
İranda dövlətə nəzarət praqmatik qruplaşmaya keçib - Kimlər var?
-
Alış-verişdə yeni dövr başlayır: Kassirlər tarixə qovuşa bilər
-
Sabah Bakıda 34 dərəcə isti olacaq - PROQNOZ
-
Paşinyan hökuməti təkbaşına qurur - Konstitusiya Məhkəməsi qərarını verdi
-
Qəbul imtahanına telefonla girən 11 nəfər xaric olunub - DİM
-
Avropa ölkələri üçüncü dünya ölkəsinə çevrilir - Tramp
-
Zooparkdan qaçan meymunlar şəhəri bir-birinə qatdı - Fotolar
-
ABŞ və İran yenidən danışıqlar masasına qayıdır: Tarix açıqlandı
-
Xəzərdə suyun səviyyəsi enməkdə davam edir: Bizi nə gözləyir?
-
“Milan“dan ulduz futbolçuya yeni təklif: Modriçin qərarı nə olacaq?
-
ABŞ-da anomal istilər - Çoxsaylı ölümlər qeydə alınıb
-
Həkəri çayında 64 yaşlı kişi batıb - Axtarışı davam edir
-
Tikilməkdə olan yol və körpünü su basıb, iş dayanıb - VİDEO
-
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur - AZAL
-
İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO
-
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək
-
NATO sammiti ərəfəsində mühüm zəng: Tramp və Putin nələri müzakirə etdilər?
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - VİDEO
-
DÇ-2026: 1/8 finalın bütün cütləri və oyun vaxtları - TƏQVİM
-
Müdafiə Nazirliyindən çağırış - Hərbçilərə telefonla neqativ xəbər ötürməyin
-
Yasamalda partlayış - Ölən və yaralananlar var
-
Enerji içkilərinin gizli təhlükələri: Dişlərdən ürəyə qədər risklər
-
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
-
İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
-
Selin dağıtdığı körpü kəndləri çətin vəziyyətdə qoyub - VİDEO
-
Mark Zukerberq süni intellektə yatırımları artırır - “Reuters“
-
Rusiya Sumı şəhərini bombalayıb - Ölənlər var
-
Azərbaycanda ucuz qiymətə idxal ət satılır? - VİDEO
-
Sığorta ödənişi ilə bağlı yenilik - VİDEO
-
Biləcəridə avtobus dayanacağı zəbt olunub - VİDEO
-
Argentina və Kolumbiya 1/8 finalda - İCMAL
-
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Qarabağ“ daha bir transferi açıqladı - VİDEO
-
Həmin şəxs barəsində araşdırma aparılır - Dövlət İmtahan Mərkəzi
-
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
-
Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? - Siyahı
-
Magistraturada yenə 99 bal topladı: “Bu nəticəni gözləyirdim“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Almaniya sosial mediaya yaş həddi tətbiqini müzakirə edir - “Deutsche Welle”
-
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
-
Özəl klinikalarda yoxlama aparılıb - 14 tibb müəssisəsi cərimələnib
-
Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO
-
Konqoda Eboladan ölənlərin sayı artdı: Virusa qarşı dərman sınaqlarına başlanıldı
-
Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? - CƏDVƏL
-
Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar - SİYAHI
-
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
-
İsrail Əraqçi və Qalibafı öldürməsin deyə ABŞ İrana məlumat ötürüb - “The Washington Post”
-
“Nar” Gəncədə tələbələr üçün təlimlər təşkil etdi - Fotolar
-
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
-
Deputatlar bu tarixdə toplanacaq: hansı qanunlar dəyişir?
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ
-
“Sabah“ transferlərə nə qədər pul xərcləyib? - Britaniya mətbuatı açıqladı
-
Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü - FOTO
-
Prezident “Qaz təchizatı haqqında“ fərman imzaladı - DETALLAR
-
Bakıda marşrut avtobusu ağaca çırpıldı - Çox sayda xəsarət alan var
-
“Azenco”da 3 milyon manatlıq qalmaqal - Keçmiş direktor həbs edildi
-
Tibb Universiteti bu şirkətlə sövdələşdi - 2 845 160 manatlıq alqı-satqı olacaq
-
Qatar bərpa edilidi - Gürcüstana gedənlərin sayı artdı?
-
Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi - FOTO
-
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərdi - MƏTN
-
Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir
-
“Nuka“ MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO
-
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
-
Ləman Ələşrəfqızının pulu qaytarıldı - Dələduz saxlanıldı
-
Xamenei ilə Tehranda vida mərasimi keçirilir - FOTOLAR
-
“Arzum“ ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı
-
Hadisə analıq arzusundan danışdı - “Hazıram”
-
Venesuelada zəlzələdə ölənlərin sayı 3 minə çatıb - Fotolar
-
Portuqaliya Xorvatiyanı, İsveçrə Əlcəzairi yendi - VİDEO
-
Silahlılar Mərkəzi Afrikada sərhəd şəhərini ələ keçirdi - 28 ölü
-
500 nömrəli avtobuslarda kondisioner niyə işləmir? - VİDEO
-
Xərçəngə qarşı güclü qoruyucu təsirə malik - Qidalar
-
Bakının dörd rayonunda işıq olmayacaq - Xəbərdarlıq
-
“Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
-
“Argentinaya qalib gəlmək şansımız 100 faizdir“ - Kabo Verde prezidenti
-
“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz +Video
-
Suriyada şok təyinat: aktrisa parlamentə düşdü, mühafizəkarlar ayağa qalxdı
-
Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - VİDEO
-
Közərmə lampalarının dövriyyədən çıxarılması prosesi davam edir - VİDEO
-
Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur - Cinayət işi açılıb
-
Azərbaycanlı gəncin böyrəyi qanunsuz transplantasiyada istifadə olunub - Hökm elan olundu
-
“Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq“ - Zelenski
-
Son 5 ilin ən böyük avtomobil istehsalçıları - SİYAHI
-
Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
-
Paşinyan Koçaryandan danışıb - “Hamısı həbs olunacaq“
-
Sabah maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Milli Məclisdə yeni təyinat - Spikerə köməkçi təyin edildi + FOTO
-
İran-ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda keçiriləcək - “Al Hadath”
-
Azərbaycan Ordusunun sülhməramlı bölmələri hansı ölkələrdə fəaliyyət göstərib? - HESABAT
-
“Bank of Baku“nun kredit portfeli 21% artıb, avtokreditlər isə azalıb - Rəqəmlər
-
281 milyon manata yaxın azalma - Azərbaycana gələn turistlərlə bağlı STATİSTİKA
-
Avropanın ABŞ-dan asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır - “Bloomberg“
-
“Bu şəxslər universitetdən xaric oluna bilərlər” - XƏBƏRDARLIQ
-
Netanyahudan ABŞ-ı sarsıdan qərar: “Amerikanın maliyyə yardımından imtina edirik“
-
Simonyan Paşinyandan ayrıldı - “Mandatı götürməyəcəm, prezidentliyə isə...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 nəqliyyat vasitəsi 25% endirimlə təkrar hərraca çıxarılır - QİYMƏTLƏR
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN
-
Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
-
“Lazım gələrsə, SEPAH-a 100 milyon barel neft ayırarıq” - Pezeşkian
-
AAYDA-ya məxsus idarələr ləğv olundu - SİYAHI
-
“Toyuq kəsimi sexlərindəki vəziyyət ürəkaçan deyil” - Açıqlama
-
Bəzi dərmanlar satışdan kənarlaşdırıldı - SƏBƏB
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır - Bu tarixdən
-
Beyləqanda Polis Günü qeyd edildi - FOTOLAR
-
Agentlikdən xəbərdarlıq - Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
-
Xamenei ilə vida mərasiminə bu ölkələrin nümayəndələri qatılacaq - Azərbaycandan isə...
-
ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
Gənclərin ən çox və ən az yaşadığı rayonlar - TAM SİYAHI
-
“Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb“ - VİDEO
-
Xalqa və dövlətə xidmət təntənəsi - VİDEO+FOTOLAR
-
Alyona Əliyeva moda nümayişini izlədi - FOTOLAR
-
Sabah Bakının 4 rayonunun bu ərazilərində su olmayacaq - Xəbərdarlıq
TOP 10
ARXİV






